Icma.az
close
up
RU
Yazdıqlarım bir dost sözü...

Yazdıqlarım bir dost sözü...

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 Dost haqqında yazmaq, mənim aləmimdə, bir az çətin məsələdir. Bütün yönləri ilə tanıdığın əziz bir adamın portret cizgilərini hansı sözlərlə başlayasan, onun hansı cəhətlərindən danışasan ki, həm ürəyini boşaldasan, həm də onu olduğu kimi təqdim eləyə biləsən, gerçək obrazını yaradasan. Bu düşüncələr içində vurnuxduğun vaxt ikinci bir sual başının üstünü alır: onunla nə vaxt tanış olubsan?.. 

Bu bahar axşamında bu sətirləri yaza-yaza nə illah eləyirəmsə, onunla ilk əyani tanışlığımızın harada, hansı şəraitdə baş tutduğunu xatırlaya bilmirəm, amma bircə o yadımdadır ki, “Bir sual işarəsi...” adlı məqaləsini böyük maraqla oxuyanda onu şəxsən tanımırdım və sonralar dövri mətbuatda vaxtaşırı “Bədirxan Əhmədov” imzasına rast gəldikcə istər-istəməz həmin məqaləni xatırlayırdım. Məqalə Borçalının tanınnmış şairi, klassik üslubda yazdığı şeirlərinə “Məcruh”, qoşmalarına, gəraylılarına “Yaralı” imzasını qoyan Həsən Məmmədov haqqında idi. O Həsən Məmmədov ki, kifayət qədər zəngin bədii yaradıcılığa malik olsa da, iyirminci illərin səksən-doxsanıncı illərinə qədər geniş oxucu kütləsi onun haqqında ətraflı bilgilərə malik deyildi, əlyazmaları bütünlüklə gün işığına çıxmamışdı, əski əlifba ilə qələmə alınmış şeirlər dəftərlərinə hələ təzə-təzə tədqiqatçı nəfəsi dəyirdi. Həsən Məmmədov Sabir ədəbi məktəbinin davamçılarından, Borçalının mollanəsrəddinçi şairlərindən idi, “Molla Nəsrəddin” jurnalında satirik yazılarla çıxış edirdi. Böyük Mirzə Cəlillə onu Əbdürrəhim bəy Haqverdiyev tanış etmişdi. Bir müddət Borçalının Qəza Komissarı vəzifəsini tutan Əbdürrəhim bəyin katibi olmuşdu, ana dilindən başqa, ərəb, fars, gürcü və rus dillərini mükəmməl bilirdi, Şərq ədəbiyyatı və fəlsəfəsinə dərindən bələd idi. Həsən Məmmədovun – Həsən Məcruhun həyat və yaradıcılığının öyrənilməsi iyirminci əsrin əvvələri Azərbaycan ədəbiyyatının Borçalı qolunun tədqiqi, üstəlik, Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyevin müasirləri haqqında əlavə bilgilər baxımından xeyli əhəmiyyətli idi. Bu məqamda fürsətdən istifadə edib Həsən Məcruh haqqında çox dəyərli tədqiqatlar aparmış ayrı bir əziz dostum, hazırda Ərdəhan Universitetində çalışan professor Şurəddin Məmmədlinin də adını böyük məmnuniyyətlə çəkirəm və professor Bədirxan Əhmədovun “Bir sual işarəsi” adlı məqaləsinin məndə yaratdığı böyük təəssüratın səbəbini açıqlamış oluram...

O vaxtlar dırnağa aldığı bir sual işarəsinin arxasında gizlənən bir çox mətləblərə Bədirxan Əhmədov sonralar qələmə aldığı fundamental əsərlərində dönə-dönə aydınlıqlar gətirdi. Namizədlik və doktorluq dissertasiyaları Azərbaycan satirasına aid olsa da, Bədirxan Əhmədov dissertasiya mövzularının orbitində, bir az da obrazlı desək, onun cazibəsində ilişib qalmadı, Azərbaycan ədəbiyyatı tarixinin ən aktual problemlərinə dair xeyli sayda məqalə və monoqrafiyalar yazdı və etiraf etməliyik onun bu araşdırmaları zamanın tələblərindən yaranıb, zamnın tələblərinə də tamamilə cavab verir, hələ uzun illər keçəcək həmin əsərlər məzmun və mündəricə baxımından özünün əhəmiyyətini qoruyub-saxlayacaq, yeni-yeni tədqiqatçılar nəsli üçün örnək və yolgöstərici olacaq.

Şairi bircə misrasından, rəssamı bir yağlı boyasından kəşf eləyirsən. Tədqiqatçı da yazdığı əsərlərindən boylanır, hər yeni əsərində onu bir daha yenidən tanıyırsan və beləcə hər bir araşdırması onun obrazına bir cizgi əlavə edir. Bədirxan Əhmədov hər yeni əsəri ilə, sözün yaxşı mənasında, təəccübləndirməyi bacarır. Şəxsi kitabxanamda onun yeddi-səkkiz kitabı, monoqrafiyaları və dərslikləri var. Böyük ədəbiyyatşünas sələflərinin yolunu inamla addımlaya bilir, ən azından həm ədəbiyyat tarixçiliyi məsələsində, həm də dərsliklər müəllifi kimi. Bir önəmli faktı burada qeyd etməyi vacib sayıram. Akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı fundamental əsərində ədəbiyyat tarixçiliyi məsələsi kontekstində Bədirxan Əhmədovun “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyinin adını xüsusi çəkir, dərsliyin “keçən yüzilliyin bötöv elmi mənzərəsinin yaradılması vəzifəsi”ni yerinə yetirdiyini vurğulayır. Akademik İsa Həbibbəyli onu “Azərbaycanda ədəbiyyat tarixçiliyində dərsliklə monoqrafik tədqiqatın qovşağında yazılmış orijinal elmi əsər” kimi yüksək qiymətləndirir. Elə buradaca qeyd etmək lazımdır ki, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” əsəri əslində ədəbiyyatımızın “yol xəritəsi” kimi dəyərlidir və ədəbiyyat tarixçiliyi üçün tamamilə yeni konsepsiyanı özündə ehtiva edir və bu konsepsiya əsasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda oncildlik “Azərbaycan ədəbiyyatı tarixi” hazırlanır və çoxcildliyin artıq səkkiz cildi hazırdır. Professor Bədirxan Əhmədov həmin cildlərin yazılması işində də aktiv iştirak edir. Bir faktı deyim ki, çoxcildliyin təkcə altıncı cildində Bədirxan Əhmədovun Haşım bəy Vəzirov, Əliabbas Müznib, Əli Yusif Rai, Səməd Mənsur və Əlipaşa Hüseynzadə Saburun bioqrafiyası və yaradıcılığına dair portret-oçerkləri özünə yer alır. 

Bədirxan Əhmədovun elmi fəaliyyəti, əsərlərinin hər biri haqqında kiçik bir yazıda ətraflı bəhs etmək mümkünsüzdür və ona görə də belə qərara gəlirəm ki, avtoqrafla mənə bağışladığı kitablar haqqında xronoloji ardıcıllıqla qısaca bəhs edim. 

“Bir istiqlal yolçusu... (Əmin Abid: həyatı, mühiti, yaradıcılığı)” əsəri Əmin Abid haqqında yazılmış ilk monoqrafik tədqiqatdır. Əmin Abid bizim milli ədəbiyyatımız, folklorumuz, ədəbiyyat tarixçiliyimiz üçün nadir simalardandır. Repressiya qurbanı olmuş bu böyük şəxsiyyətin siyasi müstəqilliyimizin bərpasından sonra bütün tərəfləri ilə öyrənilməsi əslində onun yenidən doğulması anlamına gəlir və bu baxımdan Bədirxan Əhmədovun monoqrafiyası həm elmi, həm də mənəvi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”nin bir cildinin və bir sıra məqalələrinin bir kitab halında çap edilməsi isə (Əli Şamillə birgə) Bədirxan Əhmədovun milli ədəbiyyatşünaslıq irsinə münasibətinin və sədaqətinin nümunəsi kimi qəbul oluna bilər.

Qarşımdakı növbəti iki kitab üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”inin birinci və ikinci cildləridir, 2010 və 2011-ci illərdə çap olunub və onu da deyim ki, dərsliyin təkmilləşdirilmiş cildələrinin yeni nəşrləri də artıq işıq üzü görüb. Dərslik dəqiq ölçülüb-biçilmiş struktura malikdir. Azərbaycan ədəbiyyatının həm ən zəngin, həm də ən mürəkkəb bir dövrünü əhatə edən dərslikdə müxtəlif ədəbi cərəyanlar, onların görkəmli nümayəndələri, XX əsrin əvvəllərində işıq üzü görmüş onlarla mətbuat orqanı araşdırılır. Dərslikdə ümumən ədəbi proses tamamilə yeni rakursdan dəyərləndirilir. Diqqəti çəkən ən mühüm məqam ondan ibarətdir ki, dərslik həm elmi, həm də metodoloji cəhətdən bütün standartlara cavab verir. Müstəqillik işığında realistlərin də, romantiklərin də, sentimentalistlərin də həqiqi qiymətini vermək, bütövlükdə ədəbi prosesi düzgün qiymətləndirmək şansı yaranır. Bu baxımdan Bədirxan Əhmədovun problemə yanaşması özünü tamamilə doğruldur və onun yazıb hazırladığı dərslik zamanın tələblərinə tamamilə cavab verə bilmək gücündədir.

“XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyiinin məntiqi davamı kimi 2015-ci ildə “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” dərslik-monoqrafiya işıq üzü görüb. Problemə bir ayrı rakursdan elmi baxış var. Altı fəsildən ibarət olan əsərin ən mühüm məziyyətlərindən biri sosrealizmin təşəkkülü məsələsinin qoyuluşu və elmi həllidir. Altmışıncı illər ədəbi prosesi və onun genezisi məsələsinin yeni düşüncə tərzi ilə araşdırılması müəllifin böyük uğuru kimi qiymətləndirilməlidir. Bədirxan Əhmədov kifayət qədər çox yazılmış və danışılmış bir problemə orijinal yanaşma ilə müraciət edir və məqsədinə nail ola bilir.

XX yüzil tariximizə həm də bizim bir millət olaraq özümüzü təsdiqlədiyimiz, ilk demokratik dövlət qurduğumuz əsr kimi daxil olub. Müstəmləkəçilik zəncirini qırıb da milli dövlətçiliyini elan etmək dövrün məlum şərtləri daxilində kifayət qədər müşkül bir məsələ idi. 1891-ci ildə - “Kəşkül”ün qapadılmasından 1903-cü ilə - “Şərqi-Rus”un yaranmasına qədər heç bir mətbuat orqanına malik olmayan, daha doğrusu, bundan məhrum edilən bir millətin az bir zamandan sonra müstəqil dövlətini qurması bir yandan möcüzə kimi görünürdüsə, digər yandan möcüzəni gerçəyə çevirən fikir adamlarının varlığı, mübarizəsi, bu mübarizələrdən qalibiyyətlə çıxmaları ilə bağlı idi. Bu, həm də milli ədəbiyyatın öz funksiyasını layiqincə yerinə yetirməsindən, ədəbiyyatın cəmiyyəti istiqamətləndirə bilməsindən qaynaqlanırdı. “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” əsərində məhz bizim milli mənlik tariximizin həmin ən mürəkkəb dövründə və sonrakı zamanlarda yaranan  ədəbiyyatın missiyasıməsələsi kifayət qədər aydın və məntiqli izahını tapa bilib. 

“Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” monoqrafiyası 2017-ci ildə işıq üzü görüb. Azərbaycan mühacirət ədəbiyyatının öyrənilməsi tarixi bir zərurət idi və biz buna ancaq müstəqilliyimizi bərpa edəndən sonra nail ola bildik. Mühacirət ədəbiyyatı olmadan milli ədəbiyyatın bütövlüyündən danışmaq mümkünsüzdür; milli ədəbiyyatın dairəsi mühacirət ədəbiyyatı ilə tamamlanır. Son otuz-otuz beş ildə mühacirət ədəbiyyatının öyrənilməsi sahəsində xeyli işlər görülüb və Bədirxan Əhmədovun monoqrafiyası da bu sahədə atılan addımlardan biri kimi qiymətlidir. Monoqrafiyada mühacirət ədəbiyyatı və mətbuatının təşəkkülü, inkişaf istiqamətləri və meyilləri araşdırılır, mühacir yazıçıların həyatı və yaradıcılığı tədqiq olunur. Burada da Bədirxan Əhmədovun öz dəst-xətti, problemə özünəməxsus yanaşması diqqəti cəlb edir.

2019-cu ildə işıq üzü görən “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” monoqrafiyası Bədirxan Əhmədovun elmi yaradıcılığında ayrıca bir hadisədir. Əsərdə ən çox danışılan və bu gün də ən çox mübahisələr mənbəyi olan məsələlərə yanaşma tərzi tamamilə yeni və orijinaldır. Müasirləşmək, Türkləşmək və İslamlaşmaq sadəcə üç sözdən ibarət bir şüar deyil, bu, millətin yoludur, bu yol M.F.Axundzadədən başlanır, dəfələrlə haçalanır, sonda milli müstəqilliyə qovuşur. Monoqrafiyada milli-mənlik tariximizə qızıl cizgilərlə daxil olan həmin məşhur “üçbucağın” yaradıcılarının əqidələri, düşüncələri, fəaliyyətləri zərgər dəqiqliyi ilə qruplaşdırılır, araşdırılır, dəyərləndirilir. Monoqrafiya heyrətdoğuracaq qədər zəngin faktoloji materiala malikdir və onların birər-birər saf-çürük edilməsi, ən müxtəlif müstəvidə süzgəcdən keçirilməsi müəllifdən dərin bilik, analitik təfəkkür, ən başlıcası böyük səbir tələb edir. Görünür zamanın sınaqlarına tab gətirə biləcək əsərlər yaza bilməyin kökündə bu sadə həqiqət dayanırmış...

Professor Bədirxan Əhmədovun əlimin altında olan əsərləri ilə bağlı indi yazdıqlarım bir dost sözüdür. Heç şübhəsiz ki, onun ədəbiyyatşünaslıq irsi monoqrafik tədqiqatlar üçün zəngin materiallar vermək imkanındadır. Ən yaxın gələcəkdə bu sahədə araşdırmalar aparılacağına əminliyimi buraya əlavə etmək istərdim...


Şahbaz Şamıoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Mart 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see318

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see180

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see140

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see134

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see132

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see126

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see125

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see125

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see119

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see115

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri