Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Payıza bir yarpaq vida sözü

Payıza bir yarpaq vida sözü

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzən təbiət də, insanlar kimi əbədi bölgüyə məhəl qoymur. Olur ki, təqvimdə yaz gəlir, həftələr ötür, ancaq günlərin sir-sifəti açılmaq bilmir ki, bilmir. Yazın ortasında soyuq payız küləkləri əsir, bəzən də qırov, qar düşür. Tumurcuqlamış, çiçək açmış ağac və kollar oyanmalarına peşman olurlar. Belə günlərdə ürəyi bahara köklənmişlər daha çox darıxır.

Bəzən də böyük çillənin ortasında, mayın axırlarında olduğu kimi, pencəkdə kürəyin tərləyir. Hətta ağaclar da vaxtsız oyanır, çiçək açır. Nə bilsinlər hələ şaxtalı, çovğunlu çağlar qabaqdadı (Bu, bir az bəzi insanların vaxtsız, vədəsiz sevdalanmalarına bənzəyir – ya tələsirlər, ya da gecikirlər). Belə dəmlərdə fikirləşirsən ki, Xudaya, yoxsa, qışla yazın yerini dəyişmisən, bəndələrinin xəbəri yoxdur?

İnsan hansı yaşda olursa-olsun, xoş, ağrısız günündə elə bilir hələ cavandı, elə bilir ömrün payızına çox qalıb. Ona görə də ötən günləri vecinə almır... Lakin unudur ki, hər şey göründüyü və düşünüldüyü kimi deyil.

Bu il təqvimdə payız girsə də, təbiətdə hələ qaynarlıq yaşanırdı. Sanki düz-dünya sarışın paltarını geyinməyə, quşlar qürbətə uçmağa tələsmirdi. Bağlarda heyva hələ sarala-sarala, nar qızara-qızara dünyaya baxırdı. İnsanlarsa isti paltar geyinməyi lazım bilmirdilər...

Amma ürəklərdə bir payız havası vardı. O havanı arabir budaqlara vida deyən yarpaqlar, ilk payız yağışından sonra təbiətə hakim kəsilən həzinlik, nigarançılıq, yenidən göyərən otlar, dağların sinəsinə çəkilən xınalı naxışlar doğurmuşdu. Payız addım-addım, sakitcə gəlirdi. Məncə, bu duyğuların ürəyimizdə yaratdığı təzadlı ovqat, əslində, sözlə təsvirə gəlmir. Çünki o hisslər rənglərin qarışığından yaranmış bir şeydi. Bu çulğaşma fikir bulantısıdır. Bu qarışım, adətən, ilin yaz-yayını yola salandan sonra düşüncələrimizdə formalaşmağa başlayır. Və günlər ötdükcə bu dünyanın işığı da, yağışı da, səs-küyü də, sevinci – kədəri də o rəngin canına qarışır. Yalnız bundan sonra hiss edirik ki, təbiət ahıllaşıb, kövrəkləşib. Belə məqamlarda sanki canlı-cansız hər şey içinə çəkilir, öz daxilində gizlənməyə çalışır. Belə çağlarda insan quşlara qoşulub uzaqlara uçmaq, bulud olub yağışa dönmək, bir xoş duyğu olub tənha, kimsəsiz insanların ümidinə çevrilmək istəyir...

O gün həyətdə gəzişir, barı dərilmiş nar, heyva ağaclarına baxırdım. Hava elə ilıq və xoş idi ki, evə girmək istəmirdim. Bu dəqiqələrdə kəndin üstündən bir qatar qaz uçub geçdi. Səsləri çox zəif eşidilirdi. O quşları görcək uşaqlığımda olmuş bir olayı xatırladım. O xatirə mənə əzizdir. Bəlkə ona görə ki, o xatirədə ata-anam hələ cavandılar. Bəlkə ona görə o illər ömrümün qayğısız çağlarıdı, qədərimdə nələr olduğundan isə xəbərsizəm.

Atam yaxşı ovçu idi. Günlərin bir günü Küdrü düzündən yaralı qu quşunu tutub gətirmişdi. Anam quşun yarasını ilıq su ilə yudu, sonra yaraya gərman səpib bağladı. Qu quşu bütün günü ağlayırdı. Ot, yonca verirdik yemirdi. Onun halı hamımızü üzürdü...Anam deyirdi ki, yəqin balasını gözləri önündə vurublar, ya da ailəsi üçün ağlayır, yarası sağalan kimi aparıb Küdrüyə buraxın, uçub getsin, bu, ah-nalədi...

Bu aylarda adam çox darıxır. Elə bilir ki, uzaqdan kimsə gələcək, Amma o adam gəlib çıxmır, nə də zəng edir. Əslində, o Allah bəndəsinin kim olduğu bizim üçün məchuldu. Bəlkə, üzünü heç görməmişik, həndəvərində dolanmamışıq, səsini eşitməmişik. Adamın cibində pulu olmaz, soyuqda-qarda geyinməyə isti paltarı, rahat evi olmaz, fikir çəkər. Sonra ağlıma gəlir ki, yox, məni darıxdıran başqa şeylərdi.

Darıxanda hərdən geyinib Küdrüyə gedirəm. Cəngi gölünün yulğunluğa çevrilmiş yatağından və qarağan kollarının arasından keçib uşaqlığımın oylağına çıxıram. Son illərdə bəzi məmurlar tərəfindən sinəsinə çalın-çarpaz dağlar çəkilmiş Küdrü düzündə nə axtardığımı özüm də bilmirəm – göbələk yığan, yaşıdları ilə qaçdı-tutdu oynayan, at sürən o qarayanız oğlanımı, yoxsa qədəri qədərimə bənzər o ağ qu quşunumu...

Bu ilin payızı sakit, təmkinli, xeyirxah insana bənzəyir. Günlər elə sakit axıb gedir ki, adam ürəyində payıza təşəkkür etməyə bilmir. İndi torpağın sinəsi yaşıldı. Vaxtında səpin aparılmış ərazilərdə toxumlar çüçərib. Təbii biçənək sahələri də yaşıllaşıb. Demək, payız öz nəfəsi ilə torpağa bərəkət havası verib. Xalq arasında deyirlər ki, payızı xoş keçən ilin məhsulu bol olar.

İndi torpağa qırov düşəndə hərdən yadıma bir vaxtlar həyətimizdəki nar ağacları gəlir. Əzəl Allah, torpağın bərəkəti, Günəşin istisi və atamın əllərinin tumarı ilə ərsəyə gələn o ağaclar indikindən qat-qat çox məhsul verərdi. O narlardan seçib budağı ilə birlikdə evimizin divarındakı xalçaların üstündən asardıq və onlar Novruza qədər yanan fanar kimi orada işıq saçardı. Bəzən məhsul dərildikdən sonra budaqlarda kiçik narlar qalırdı. Atam deyirdi ki, onlar quşların payıdı. Payızın qırovundan, şaxtasından və ilk qarından sonra o xırda narlar elə ətirli və dadlı olurdu ki, şirəsini içməkdən doymazdıq. Görəsən o dad-tam, bərəkət niyə yoxa çıxdı?

Son həftələrdə bir anda külək qopur, ağacların olub-qalan “saçlarını” yolub aparır. Artıq bəzi ağacların budaqları çılpaqlaşıb. Baxdıqda adam üşüyür. Həmin anlarda adamın yadına gözəl şairimiz Musa Yaqubun bu kövrək misraları düşür:

Bu payızın dərdi götürüb məni.
Nə qədər hicranlar var bu dünyada,
Payızın ən həzin çağı olanda,
Kimsə bu payızla tənha qalanda
O hicranlı təklər necə dözəcək?
O solan sevgilər, insan ağaclar,
O insan çiçəklər necə dözəcək?

Elə gün də olur ki, təbiət fikirli adam kimi donub durur. Bu donuqluq adamı çox yorur.

Payız ilin ahıl çağıdır. Belə günlərdə adam təbiətin qoynunda qəribə hisslər yaşayır. Ayaqların altında sarı, qırmızı yarpaqlar xışıldayır.

Son günlər düzlərə də qırov düşür. Günəşin şəfəqləri altında buz kristalları par-par parıldayır. Buz kristallarının əmələ gətirdiyi mozaik naxışlara baxdıqca zövq alırsan və təbiətin ən böyük rəssam olduğuna şübhən qalmır.

Həftələr, aylar ötəcək, ağaclar yarpaq paltarını yenidən geyinəcək, çiçək açacaq. Amma ömrümüzün daha bir ili heç vaxt dönməyəcək və bundan sonra neçə payız görsək də, o payızlarda builki ovqatı yaşada bilməyəcəyik.

Artıq dağlar qara bələnib. Havalar getdikcə soyuyur. Çöldən əl-ayaq yığışır. Qışa son hazırlıq işləri görülür.

Sağ ol, payız! Sən süfrəmizə əlavə bərəkət qatdın, qəlbimizə isti duyğular bəxş elədin, indiyədək ayırd edə bilmədiyimiz bir çox həqiqətləri aydınlatdın, həyatın nə qədər şirin olduğunu bir daha göstərdin, bizi sevindirdin, kövrəltdin, qəribsətdin...

Səməd MƏLİKZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2024 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri