Icma.az
close
up
RU
Yazıçılar Birliyində “Səhifələrdən obrazlar” sərgisi açılıb

Yazıçılar Birliyində “Səhifələrdən obrazlar” sərgisi açılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin zalında “Səhifələrdən obrazlar” sərgisinin açılışı olub. Sərgi “Arts Council Azerbaijan” və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Səbinə Zülalova tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgi Səbinə Zülalovanın “Qaranlıqdan işığa” yeni romanının motivləri əsasında müasir rəssamların yaratdığı əsərləri bir araya gətirir.

Sərgi unikal yaradıcı təcrübədir: rəssamlar nəşr olunmamış mətni vizuallaşdıraraq, obrazları, mənaları və emosional xətləri müstəqil bədii ifadələrə çevirirlər.

Layihənin əsas mövzusu qadınların üzləşdiyi sosial çətinliklər, eləcə də daxili dayağın və həyatın çətinliklərini aradan qaldırmağın yollarının axtarışıdır. Romanın ideyaları ilə konseptual olaraq əlaqəli olan psixoloq Firəngiz Ləmbəranskinin tövsiyələri layihəyə əlavə ölçü qatır.

Tədbirdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev də iştirak edib. Tanınmış yazıçı AZƏRTAC-ın müxbirinə ədəbiyyat əsərləri və ədəbi layihələr vasitəsilə cəmiyyətin problemləri barədə danışmağın nə dərəcədə vacib olduğundan bəhs edib.

“Bu, olduqca vacibdir. Ümumiyyətlə kitablar nə üçün yazılır? Folkner hesab edirdi ki, onlar bizə tab gətirməyə və yaşamağa kömək edir! Uzun illər ərzində Azərbaycan yazıçıları və şairləri Qarabağdakı faciə, həlak olanlar, Xocalıdakı qurbanlar, itirilmiş torpaqlar haqqında yazıblar. Və 2020-ci ildə yüzlərlə və minlərlə gənc könüllü olaraq Qarabağı azad etməyə gedirdi. İkinci Dünya Müharibəsi zamanı Simonovun şeirləri və ya Erenburqun məqalələri əsgərlərimiz üçün güclü stimul idi. “Tom dayının daxması” romanının kölələrin azad edilməsində öz rolu olub və “Marselyeza” mahnısı Fransa millətinə ilham verib. Yazıçı öz xalqının perspektivdə müdafiəçisidir. O, ən aktual məsələləri qaldırmalı və onlar haqqında danışmaqdan çəkinməməlidir. Yalnız o zaman əsl yazıçıdır! Və ən əsası, müasir cəmiyyətin ən aktual problemlərini qaldırmaqdır”, - deyə Ç.Abdullayev vurğulayıb.

“Səhifələrdən obrazlar” sərgisinin kuratoru Sona Quliyevanın sözlərinə görə, bu kimi layihələr çox vacibdir, çünki incəsənət mürəkkəb məsələlərə yumşaq, lakin çox dərindən toxuna bilər.

“Bəzən rəsm, hekayə və ya sərgi insana sadə sözlərdən və ya müzakirələrdən daha dərindən təsir edə bilər. Rəssamlar yaradıcılığı vasitəsilə vacib sosial məsələləri qaldırdıqda, insanlar daha dərindən düşünməyə, başqasının dərdinə şərik olmağa və bir çox problemə fərqli baxmağa başlayırlar. İncəsənət bizə ucadan müzakirə edilməsi çətin olan məsələlər haqqında danışmağa kömək edir”.

“Səhifələrdən obrazlar” layihəsi xüsusilə ona görə maraqlıdır ki, hər bir rəssam bu hekayəni özünəməxsus şəkildə hiss edib və onu öz əsərləri vasitəsilə çatdırıb.

Mənə elə gəlir ki, məhz belə layihələr sənəti canlı və aktual edir. Onlar gözəl əsərləri nümayiş etdirməklə yanaşı, həm də insanlara bir-birini hiss etməyə, başa düşməyə və vacib mövzularla biganə qalmamağa kömək edir”, - deyə S.Quliyeva bildirib.

Müəllif – Anara Axundova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri