Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Yazmaq sevinci Rey Bredberinin essesi

Yazmaq sevinci Rey Bredberinin essesi

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün tanınmış amerikalı yazıçı və ssenarist Rey Bredberinin doğum günüdür.

Kulis.az onun "Yazmaq sevinci" essesini Malik Atilayın tərcüməsində təqdim edir.


Şövq. Ehtiras. Bu sözləri artıq nə qədər az eşidirik. Həm həyatda, həm də yaradıcılıqda nadirən qarşımıza çıxır bu sözlər. Yenə də məndən yazıçı kimi içimdəki ən vacib şeyin adını çəkməyimi xahiş etsələr, cavabım belə olacaq: ehtiras və şövq...

Hər birinizin sevimli yazıçılarınız var, mənimkilər: Dikkens, Mark Tven, Tomas Vulf, Peakok, Bernard Şou, Moliere, Ben Conson, Wycherley, Sam Johnson. Şairlər: Gerard Manley Hopkins, Dilan Tomas, Pop. Rəssamlar: El Qreco, Tintoretto. Bəstəkarlar: Motsart, Haydn, Ravel, İohann Ştraus.

Məsələn, Şekspir və ya Melvill haqqında düşünsəniz, külək, şimşək, ildırım haqqında düşünmüş olacaqsınız. Adlarını çəkdiyim hər kəs ehtirasla yaradıb, bəziləri böyük, bəziləri kiçik formalarda, bəziləri məhdud kətanlarda, bəziləri qeyri-məhdud şəkildə. Tanrıların övladları idi onlar, bəzən işləmək nə qədər çətin olsa da, başqalarından gizli olan şəxsi həyatları hansı xəstəliklərə düçar olsa da, yaradıcılıq sevincinin nə olduğunu bilirdilər.

Onlar öz canları və əlləri ilə yaratdıqlarından, həqiqətən, əhəmiyyətli olanın nə olduğunu bizə daha da aydın çatdırdılar və indi də bizim üçün onların yaradıcılığı son həddə qədər insani və intellektual güclə doludur.

Məsələn, El Qrekonun portretlərindəki detallara daha yaxından baxın; işin ona sevinc gətirmədiyini deməyə cəsarət edərsiniz?

Ən yaxşı caz musiqisi bar-bar bağırır: “Mən əbədi yaşayacağam, ölümə inanmıram”.

Ən yaxşı heykəl, Nefertitinin başı kimi, təkrar-təkrar deyir: "Gözəl olan bura gəldi və əbədi olaraq burada qaldı".

Adını çəkdiklərimin hər biri bu civədən həyatın bir damlasını tutmağı bacardı, onu əbədi olaraq dondurdu və yaradıcı alovla alovlanaraq, ona işarə edib, dedi: “Yaxşı, bu yaxşı deyilmi?” Və bu yaxşı idi.

Soruşursunuz ki, bunların bu günlərdə yazıçının hekayələr üzərində işləməsi ilə nə əlaqəsi var? Məsələ burasındadır: ehtirassız, şövqsüz, sevgisiz yazırsınızsa, siz ancaq yazıçının yarısısınız. Bu o deməkdir ki, siz daim ticarət bazarına baxırsınız və ya avanqard elitanın fikirlərini dinləyirsiniz və buna görə də, özünüzdən qıraqda qalırsınız. Üstəlik, bu gedişlə siz özünüzü tanıya bilmirsiniz. Hər şeydən əvvəl yazıçının ürəyi narahat olmalıdır. Yazıçı həyəcan və ləzzət qızdırması içində olmalıdır. Əgər belə deyilsə, qoy çöldə işləsin, şaftalı yığsın və ya səngər qazsın; Allah bilir, bu fəaliyyətlər sənin sağlamlığın üçün daha faydalıdır.

Əsl sevgini və ya əsl nifrətini göstərən hekayəni sonuncu dəfə nə zaman yazmısınız? Axırıncı dəfə əlyazmanızın vərəqlərinə yırtıcı bir heyvanı buraxmaq üçün nə vaxt cəsarət tapmısınız? Həyatınızdakı ən yaxşı və ən pis şey nədir və nəhayət, nə vaxt qışqıracaqsınız və ya hər ikisini pıçıldayacaqsınız?

Yaxşı, məsələn, gözləmə otağında vərəqlədiyiniz "Harpers"i stolun üstünə tullamaq, yazı makinanıza tələsmək və bu jurnalın heyrətamiz dərəcədə axmaq bayağılığına şən qəzəblə hücum etmək gözəl deyilmi? Bu, bir neçə il əvvəl etdiyim şeydir. Elə bir məsələ ilə rastlaşdım ki, "Harpers"in fotoqrafları bərabərlik haqqında alt-üst fikirləri ilə bu dəfə Puerto-Rikanın gecəqondularının sakinlərini fon kimi istifadə ediblər. Bu şəkillər məni o qədər hiddətləndirdi ki, yazı makinasına tərəf qaçdım və bir oturuma qoca Puerto-Rikalının hekayəsini – “Günəş və Kölgə”ni yazdım.

Yəqin ki, bəziləriniz mənimlə eyni şeyi etməkdən çəkinməzsiniz. Mən özüm bu sevinci tam olaraq yaşadım, həzz fəryadımın və içimdəki vəhşi ehtirasın kişnəməsinin təmizləyici təsirini gördüm. “Harpers” redaktorlarının, çox güman ki, hekayədən xəbəri belə yox idi, lakin bir çox oxucular bilirdi və onlar bizi bir-birimizə qarşı qoymağa başladılar. Demirəm ki, qalib gəldim, amma əlcəklərimin üstündə qan ləkələri vardı...

Siz axırıncı dəfə nə vaxt mənim kimi, sadəcə, qəzəbdən hekayə yazmısınız?

Gecələr gəzməyi və bəlkə də, düşünməyi sevdiyiniz üçün sonuncu dəfə nə vaxt evinizin iki addımlığında polis sizi saxlayıb? Bu, mənim başıma tez-tez gəlirdi və bir gün əsəbləşib, təxminən, əlli il sonrakı zaman haqqında hekayə yazdım: bir adamı reallığı televiziyada deyil, həyatda görmək istədiyi üçün həbs edib psixiatrik müayinəyə aparırlar...

Qəzəb və qıcıqlanma haqqında kifayət qədər danışdım, bəs sevgi haqqında nə demək olar? Dünyada ən çox nəyi sevirsiniz? Mən kiçik və ya böyük şeylərdən danışıram. Bəlkə, bir tramvay, ya da bir cüt tennis ayaqqabısı? Çoxdan, biz uşaq olanda, bu şeylər bizim üçün sehrli idi. Keçən il bir oğlanın tramvayın sonuncu sərnişini olması haqqında hekayə dərc etmişdim. Tramvaydan yay tufanları və şimşək iyi gəlir, oturacaqları sərin yaşıl mamırla örtülmüş kimi görünür, lakin o, yerini daha az romantik qoxan avtobusa verməyə məhkumdur.

Bir cüt yeni tennis ayaqqabısı istəyən bir oğlan haqqında başqa bir hekayə var idi, çünki o, çayların, evlərin və küçələrin, hətta kolların, səkilərin və itlərin üstündən tullana bilərdi. Yayda Afrika veldtində qaçan antiloplar və ceyranlar - onun üçün bu ayaqqabıların mənası budur. Onlar fırtınalı çayların və tufanların enerjisini ehtiva edir; Onun tamamilə onlara, bu tennis ayaqqabılarına ehtiyacı var, onlara hər şeydən çox ehtiyacı var.

Budur, mənim reseptim, çox sadədir. Ən çox nəyə ehtiyacınız var? Nəyi sevirsiniz və nəyə nifrət edirsiniz? Sizə oxşayan birini düşünün, məsələn, bir şeyi bütün qəlbi ilə istəyən və ya istəməyən. Qoy, qaçmağa hazırlaşsın. Sonra bir başlanğıc verin. Və izləmək, bir addım da geri qalmamaq. Siz bilmədən qəhrəmanınız böyük sevgisi və ya nifrəti ilə sizi hekayənin sonuna qədər aparacaq. Onun ehtiraslarının şövqü (təkcə sevgidə deyil, nifrətdə də ehtiras var) ətrafdakı hər şeyi alovlandıracaq və makinanızın hərarətini otuz dərəcə qaldıracaq.

Büdrəməmək üçün kifayət qədər qrammatik və ədəbi biliyi olan yazıçılara müraciət edirəm. Bununla belə, bu məsləhət yeni başlayanlar üçün də uyğundur. Ehtiras belə hallarda çox vaxt kömək edir.

Buna görə də, hər hansı bir hekayə hava xəbərləri kimi oxunmalıdır: bu gün soyuq, sabah isti. Bu gün günortadan sonra evi yandırın. Sabah hələ də yanan kömürlərin üzərinə soyuq tənqid suyu tökün. Sabah düşünmək, parçalamaq və yenidən yazmaq üçün vaxt olacaq, amma bu gün partlayacaq, hər tərəfə parçalanacaq, ən kiçik hissəciklərə parçalanacaq! Növbəti altı-yeddi qaralama əsl işgəncə olacaq.

Alovun böyük olması heç də vacib deyil. Kiçik qığılcım kifayətdir: tramvay kimi sehrli maşın və ya səhər tezdən otların arasında dovşan kimi hoppanan bir cüt tennis ayaqqabısı kimi. Özünüz üçün kiçik ləzzətlər tapmağa çalışın, kiçik kədərlər axtarın və hər ikisinə forma verin. Onları dadın, makinanızı da sınayın. Axırıncı dəfə nə vaxt şeir kitabı oxumusuz, yaxud bir axşam bir-iki esse yazmağa vaxt tapmısız?

Tomas Vulf dünyanı uddu və lava səpdi kağızların üstünə. Çarlz Dikkens bir masadan yeməklərin dadına baxaraq onu digər masa ilə dəyişdi. Molyer həyatın dadına baxaraq neştər götürməyə getdi. Pop və Şou da eyni şeyi etdilər. Ədəbiyyat kosmosunda hara baxırsan, böyüklər sevgi və nifrətə qərq olurlar. İşinizdə nifrət, sevgi kimi köhnəlmiş şeylərə yer qalıbmı? Əgər yoxsa, o zaman nə qədər sevinc sizdən uzaq keçir! Qəzəblənmək və məyus olmaq sevinci, sevmək və sevilmək sevinci, başqalarına toxunmaq və bizi beşikdən məzara qədər dövrələyən bu maskarad topunun həyəcanını yaşamaq sevinci.

Ömür qısadır, iztirablar sonsuzdur, ölüm qaçılmazdır. Amma səfərə çıxanda, bəlkə də, birində "Şövq", digərində "Ehtiras" yazılan bu iki şarı götürməyə dəyər.

Eyni zamanda, tabutun içində olanda hələ də balaca bir qızın oyuncaqlarını yerdən götürmək, yaraşıqlı bir qızın saçını sığallamaq və ağaca dırmaşan nadinc oğlanlara əl yelləmək fikrindəyəm.

Kim mənə qoşulmaq istəyirsə, xoş gəlmisiniz - yolda hamı üçün kifayət qədər yer var...

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri "Ümid vəd eləmir o gözlər sənə..." - Abay Kunanbayev “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgi açıldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Avqust 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri