Icma.az
close
up
RU
“Ay alan!..Məmləkəti Rey satıram...”

“Ay alan!..Məmləkəti Rey satıram...”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə Gəncənin M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirilərkən burada gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsal edildiyi aşkar olunub.

Rəhmətlik şairimizin adına olan küçədəki evlərin birində 33 yaşlı qadının saxta araq düzəldib satdığı xəbərini eşidəndə, elə onun öz beyti yadıma düşdü.

Mal mənim, məsləhəti-kar mənim,
Satıram, dövləti-Qacar mənim;
Kimə nə dəxli ki, mən şey satıram,
Ay alan!..Məmləkəti-Rey satıram!

AQTA-nın və yerli polis idarəsi əməkdaşlarının birgə keçirdikləri bu yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən edilib. Burada 60-dan çox müxtəlif ölçülü şüşələrə doldurulan “Banketnaya Yubiley”, “Organic Line”, “Banketnaya”, “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək(şəkildə) aşkarlanıb.

Təbii ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçiriləcək, bunlar öz yerində. Hələlik, 33 yaşlı bu qadın haqqında da bir söz deməyəcəyik, çünki hazırda araşdırma aparılır, sübut dəlillər toplanır. Bircə onu bildirək ki, bu, Əsmər Fituri ilə bağlı ilk fakt deyil. Onun buna bənzər əməlləri Daşkəsəndə, Gədəbəydə də aşkarlanıb və sonu nə ilə qurtarıb, deyə bilmərik.

Yaxşı, necə olur ki, son vaxtlar istər fərdi evlərdə, zirzəmilərdə, digər yerlərdə saxta araq düzəldib satanların, eləcə də başına 5–10 nəfər yığıb adını zavod, MMC qoyub ağına-bozuna baxmadan ucuz qiymətə spirtli içki istehsal edən bədnam “ iş adamları”nın sayı nəzərəçarpacaq dərəcədə artıb? Bir il əvvəl Samuxda “Qara Çanaq” alkaqollu içkilərin istehsalı müəssisəsində aşkarlanan ciddi faktlar nəticəsində onun fəaliyyəti məhdudlaşdırılıb.Antisanitariya, normalara qətiyyən əməl olunmaması və digər çatışmazlıqlar bir daha sübut etmişdir ki, hər belə üzdəniraq müəssisələrin məhsullarını piştaxtalara yaxın belə buraxmaq olmaz. İstehsal sahəsi hörümçək toruna bənzəyir. Hamam vannası, primitiv cihazlar, çəlləklər...Digər müəssisələrin də adlarını çəkmək mümkündür. Amma məqsədimiz onların əl-qol açdığını və ölkədə sahibkarlıq fəaliyyəti ilə bağlı həyata keçirilən islahatlardan sui istifadə edərək insanların sağlamlığını təhlükə altına qoyanlardan söz açmaqdır. Özü də bir sıra hallarda ev şəraitində, yuxarıda qeyd etdiyimiz kimi, gizli şəkildə saxta spirtli içki hazırlayanlar məhz həmin müəssisələrlə də əlaqə yarada bilir, iş birliyi qururlar.

Sualımıza cavab verməyə çalışacağıq. Qeyd edək ki, 2019-cu ildə spirtli içkilərin istehsalı üçün lisenziyalar ləğv olundu. Daha sonra yoxlamalar, demək olar ki, keçirimədi və birdən-birə bazara 90-a qədər araq istehsalçısının daxil olmasına şərait yarandı. Halbuki buna qədər cəmi 5–6 araq istehsalçısı var idi. Lisenziyaların ləğvindən sonra isə cəmi bir şərab istehsalı müəssisəsi yaradıldı. Bilirsiniz niyə belə az? Çünki şərab istehsal etmək və bazara çıxmaq çox çətin, ağır bir iş, mürəkkəb prosesdir. Digər tərəfdən, şərabın saxta olduğu dərhal hiss olunur. Araq hazırlamaq isə asan başa gəlir. Təbii ki, əsl, tanınmış müəssisələri nəzərdə tutmuruq. Onlar rəhbərlik etdikləri müəssisəni modernləşdirir, ən müasir, bahalı avadanlıqlar alıb gətirir, hətta öz spirt zavodlarını qurur, məhsullarının şöhrətini yaymaq, xarici bazara çıxmaq üçün əllərindən gələni edirlər. İşbazlar, o cümlədən araqbağlayanlar isə haradansa mənşəyi məlum olmayan ucuz qiymətə spirt tapır, məşhur araqların etiketini şüşələrə yapışdırır və bazara, özü də ucuz qiymətə çıxarırlar.

İndi gəlin baxaq. Bir litrlik arağın təkcə aksizinin qiyməti 4 manat 80 qəpikdir. Bunun da üstünə18 faiz gəlir vergisi gələndə, bu arağın maya dəyəri 5 manat 66 qəpik edir. Yaxşı, onda necə olur ki, mağazada 5 manata, lap 7 manata araq satılır? Deməli, bunlar saxtadır, özü də yüz faiz! Heç alıcı da bilmir bu məhsulun yaxşı, ya pis olduğunu. Çünki həmin araqlar sexlərdə, evlərdə elə peşəkar şəkildə hazırlanır ki, yalnız zavod istehsalçısı içkinin saxta olduğunu ayırd edə bilər.

Dəfələrlə deyilib ki, keyfiyyətsiz, standartlara uyğun hazırlanmayan alkoqollu içkilər insan sağlamlığı üçün olduqca təhlükəlidir. Belə içkilərin hazırlanmasında daha çox metil spirtindən istifadə edilir. Çünki o ucuzdur. Daha heç kim fikirləşmir ki, ondan hazırlanan araq insanların ölümünə səbəb ola bilər. Bu yaxınlarda qardaş Türkiyənin paytaxtı Ankarada saxta içkilərdən ölənlərin sayı 100-ü keçdi. Ölkəmizdə də bununla bağı ölüm faktları qeydə alınıb. Belə spirtli içki hazırlayarkən onun tərkibinə qatılan su yumşaldılmır, kömürdən keçirilmir. Bundan əlavə, sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. İstehsalatda qida üçün yararlı olmayan, keyfiyyətsiz qablaşdırma materialları və tıxaclardan istifadə edilir. İşçilər heç bir tibbi yoxlamadan keçmədən istehsal prosesində iştirak edirlər. Bu da azmış kimi, spirti və suyu qarışdıraraq onu hətta isti günlərdə plastik çəlləklərdə saxlayırlar. Gəncədəki adıçəkilən ünvanda 25 litrlik su-spirt qarışığı olan çəlləyin (şəkildə) aşkar olunması dəhşət doğurur. Hətta təmiz spirti belə çəlləkdə saxlamaq, artıq zəhərlənmənin yarısıdır.

Suala bir də qayıdırıq. Bəs, necə etmək lazımdır ki, kustar üsulla hazırlanmış, adı araq olub, necə deyərlər, zəhər qatılmış üzdəniraq məhsulların bazara çıxmasının qarşısı alınsın? Əslində, cavab sadədir: mübarizə aparmaq!

Amma bu mübarizə təkcə hüquq-mühafizə orqanlarının, qida təhlükəsizliyi agentliyinin işi olmamalıdır. Onlar bu sahədə lazımi işlər görürlər. Hərçənd lazımi səviyyədə olmasa da bu mübarizə var və təqdirəlayiqdir. Lakin yaşayış yerlərində bu işin əməlli-başlı gücləndirilməsi tələb olunur. Uzağa getməyək. Elə Gəncə şəhərində bu bədxah əməllərlə məşğul olanların adlarını və ünvanlarını əksəriyyət bilir və təəssüf ki, “xatası məndən uzaq” mövqeyi bir çoxlarının əsas şüarıdır. Maraqlıdır ki, bəzi hallarda araq istehsalı ilə məşğul olan istehsalçıların özləri saxta araq ünvanlarını arayıb axtarır və tədbir görülmək üçün müvafiq qurumlara verirlər. Çünki bu vacib məsələyə kifayət qədər diqqət yetirilmədiyini görüb, özləri mübarizəyə başlayırlar. Özünüz fikirləşin, axı artıq öz məhsullarını nəinki daxili bazarda, hətta bir çox Avropa ölkələrində tanıdan müəssisənin rəhbərliyi necə razı ola bilər ki, onun əziyyəti yerə vurulsun, şöhrətinə xələl gətirilsin. Polisin hər yaşayış sahəsində müvəkkilləri var. Onların bir çoxu 15 –20 il, hətta daha uzun müddətdir ki, həmin sahələrin sakinləri ilə əlaqəli işləyir. Ola bilməz ki, saxta araq düzəldənlər yalnız reydlər zamanı aşkar edilsin. Eyni sözlər qida təhlükəsizliyi agentliyinə də aiddir.

Lisenziyaların ləğvindən və yoxlamaların dayandırılmasından sonra sürətlə artan, özünü zavod, MMC, firma, şirkət adlandıran, “On beş adama çörək verirəm” deyib saxta “istehsal müəssisəsi” yaradılan yerlər tam nəzarətə alınmaldır. Ola bilsin hay-küy salıb desinlər ki, iş adamlarına təzyiq olunur və sair. Qoy desinlər, onsuz da deyirlər. Amma nəzərə almaq lazımdır ki, insanların sağlamlıqları bu qaragüruhçuluqdan qat-qat üstündür.

Şəxsi qənaətimdir. Tədricən tələbatı ödəməyən, gələcəkdə isə fərdi üzüm təsərrüfatı, spirt zavodu, müasir texnologiyası olmayan müəssisələrin fəaliyyəti məhdudlaşdırılmalı və hətta dayandırılmalıdır. Onların bir çoxunun 50–60 kvadratmetrlik istehsal sahəsinə, döşəməyə düzülmüş qablarına, şüşələrinə, artıq süzülməkdən deşik-deşik olmuş süzgəclərinə, işçilərinin geyimlərinə, sanitariya vəziyyətinə baxanda məlum olur ki, “bu xına, o xınadan deyil”.

Gəncə bölgəsində az da olsa şərabçılıq müəssisələri var ki, ora daxil olanda, sanki, ən inkişaf etmiş ölkənin şərab zavodundasan. Yaxud elə bil ki, hansısa məşhur tibb müəssisəsindəsən. Belə də olmalıdır. Çünki ortada insan amili var, bizim vətəndaş var, bizə inanan alıcı var. Gəlin, bunları yaddan çıxarmayaq.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə şəhəri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see213

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see192

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see186

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see137

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see137

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see134

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see132

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see131

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see131

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see130

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see129

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see128

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see123

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri