Yeddi ayda ümumi daxili məhsul 6,3% artıb
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvar-iyul aylarında Qazaxıstanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artıb.
Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat verib. Bildirilib ki, məhsul istehsalının həcmi 8,3%, xidmətlər 5,2% (ən dinamik seqmentlər nəqliyyat və ticarət olmaqla), sənaye 6,9% artıb.
ÜDM artımına ən çox töhfə verən sektorlar: nəqliyyat və anbar təsərrüfatı – 22,5%, tikinti – 18,5%, topdan və pərakəndə ticarət – 8,6%, mədənçıxarma və karxanalar – 8,5% və emal sənayesi – 6,1% olub.
Dəmir yolu, boru kəmərləri və avtomobil nəqliyyatı ilə yükdaşımaların həcminin yüksək olması hesabına nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyətin həcmi 22,5 faiz artıb.
Mehman Mehdiyev
Baxış sayı:85
Bu xəbər 12 Avqust 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















