Icma.az
close
up
RU
Yediyimiz bu qidalar neftdən HAZIRLANIRMIŞ

Yediyimiz bu qidalar neftdən HAZIRLANIRMIŞ

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hamımız neftin əsasən yanacaq sənayesində istifadə olunmasından məlumatlıyıq. Lakin bu xammal müxtəlif məişət əşyaları və hətta qida məhsulları istehsal etmək üçün də istifadə olunur.

Milli.Az neftdən hazırlanan və sizi təəccübləndirəcək qida və digər məhsulların siyahısını təqdim edir.

Təsəvvür etmək çətindir, amma neft-kimya sənayesi qida məhsullarında geniş şəkildə istifadə olunur. Hər kəsin tanıdığı və kulinariyada istifadə etdiyi boyalar, qatılaşdırıcılar, ətirləndiricilər və digər qida əlavələri karbohidrogen emalının nəticəsidir. Məsələn, nəfəsi təravətləndirmək üçün nəzərdə tutulan saqqız neft məhsullarından hazırlanır. Saqqızın çeynəmə əsasını neft polimer qatranları, polietilen və parafin təşkil edir.

Konfet, marmelad, şokalad və digər parlaq, rəngli görünüşlərdə olan şirniyyatlarda da neft izləri var. Məsələn, bu məhsullarda Allura Red AC adlı boya, E129 və ya qoruyucu E211 natrium benzoatdan istifadə olunur.

Vanil kremi, vanil lattesi, vanil dondurması, tortlar və şirniyyatlar - bunların hamısı vanilindən hazırlanır. Vanil isə öz növbəsində aromatik karbohidrogen benzoldan hazırlanır.

20-ci əsrin ortalarında amerikalı alimlər bitki və heyvan yağlarına alternativ olan super qida - sıfır kalorili sintetik yağ olestrası hazırlayıblar. İstehsalçılar onu adətən kökəltməyə meyilli olan çipslərə və digər qəlyanaltılara əlavə edirlər. Olestra neftdən istehsal olunan mineral yağdan hazırlanır, ona görə də xarab olmur.

Süni ət bu gün heç kəsi təəccübləndirmir. ABŞ-da sintetik ət məhsullarının istehsalı üzrə ilk təcrübələr 1990-cı illərdə başlamışdısa, Rusiyada karbohidrogenlərdən zülal istehsalı sahəsində inkişaflar 1960-cı illərdə başlayıb. Bu prosesdə maya biokütləsi yetişdirmək üçün parafin adlı neft məhsulundan istifadə edilir. Göbələk mikroorqanizmləri parafini udduqda zəhərli olmayan bir protein istehsal edir və bu protein emaldan, filtrasiyadan və təmizlənmədən sonra nə dadı, nə də qoxusu olan vitamin-protein konsentratına - paprinə çevrilir. Bu günlərdə paprin kənd təsərrüfatı sahəsindən qida sənayesinə keçib. İstehsalçılar onu kolbasa üçün qiymə ətinə əlavə edirlər.

Bəzi məlumatlara görə, Almaniya müharibədən əvvəl çörək istehsalında neft məhsullarından istifadə edib. İstehsalat zamanı marqarin yağından istifadə olunduğu iddia olunur. Bu iddia SSRİ üçün də səsləndirilib. Bunun üçün əsaslar da var: 1970-ci illərdə SSRİ neft sərvətlərindən maksimum dərəcədə istifadə etməyə çalışıb və qara qızıldan təkcə benzin, rezin və digər yeyilməz şeylər deyil, həm də qida məhsulları çıxarmağın yollarını axtarıb. O dövrdə marqarin yağının tərkibində neft məhsullarından istifadə olunması barədə məqalələr də dərc olunub. Əslində, belə bir ideya olsa da, layihənin heç vaxt həyata keçirilmədiyi deyilir. Neftdən marqarin istehsalı bahalı, texnoloji cəhətdən çətin olub.

Bir neçə məhsulun üzərində palma yağından istifadə olunduğu da qeyd olunur. Lakin palma yağının ərsəyə gətirilməsi olduqca bahalı bir proses olduğundan onun tərkibinin də neftdən alınan məhsullardan hazırlandığı iddia olunur.

Əczaçılıq sənayesi də neft komponentlərindən ən çox istifadə edən sahələrdən biridir. Məsələn, fenollar antibiotiklərin, antiseptiklərin, ağrıkəsicilərin, iltihab əleyhinə və qızdırmasalıcı dərmanların, aspirinin istehsalı üçün əsasdır.

Neftin tərkibində birbaşa spirtin olduğunu demək düzgün deyil. Lakin bu xammal emal zamanı yan məhsul qazlarını buraxır, bunlardan biri də etil spirti (etanol) istehsalı üçün törəmə olan etilendir.

Neft və təbii qazdan əldə olunan neft-kimya məhsulları 6000-dən çox gündəlik əşyada istifadə olunaraq yanacaq, kosmetika və məişət sahələrində geniş yer tutur. Zavodlarda xam neftlə yanaşı digər maye komponentlər və qatqılar da istifadə olunur, bu da son məhsulun həcmini və keyfiyyətini artırır.

Neftdən əldə olunan kimyəvi maddələr gündəlik həyatda otaq ətirləri, vazelin (petroleum jelesi), ətir, təraş kremi, diş pastasında istifadə olunur. Diş məcunlarında və təraş kremlərində polietilen qlikol kimi neft törəmələri tekstura və funksionallıq üçün əlavə olunur. Ətir və otaq spreylərində sintetik aromatik maddələr, boya istehsalında plastik əsaslı komponentlər, bəzi dərmanlarda isə qoruyucu örtüklər neft mənşəli maddələrdən hazırlanır. Vazelin kimi geniş istifadə olunan məhsullar da xam neftin emalı nəticəsində əldə edilir./Axar.az

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Aprel 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri