Icma.az
close
up
RU
Yediyimiz qidalar genimizi də DƏYIŞDİRİR

Yediyimiz qidalar genimizi də DƏYIŞDİRİR

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar aparılan bir araşdırma tez-tez ultra emal olunmuş qidalar istehlak edən qadınların DNT metilləşməsində (gen funksiyasını tənzimləyən kimyəvi etiketlərdə-red.) əhəmiyyətli dəyişikliklər yaşadığını aşkarlayıb.

"Cebheinfo.az" xəbər verir ki, alimlər bunun pəhrizlə əlaqəli bioloji dəyişikliklərin erkən əlaməti ola biləcəyinə inanırlar. Onlar gündəlik qidalanma vərdişlərinin molekulyar səviyyədə bədənə necə təsir etdiyini izah edirlər.

"Nutrients" jurnalında dərc olunan tədqiqat müxtəlif bədən kütlə indeksləri olan 20-40 yaş arası qadınlar arasında aparılıb. İştirakçılar bir neçə gün ərzində ətraflı qida gündəlikləri aparıblar, bundan sonra tədqiqatçılar ultra emal olunmuş qidalardan - şirniyyatlardan, çipslərdən, içkilərdən, hazır yeməklərdən və digər yüksək dərəcədə emal olunmuş qidalardan əldə edilən enerji nisbətini hesablayıblar.

Daha sonra onlar iki ifrat qrupu müqayisə ediblər. Ən az miqdarda bu cür qidalar yeyənlər və ən çox yeyənlər.

Məlum olub ki, bu cür qidaları çox istehlak edən qadınlarda 80 DNT bölgəsində metilləşmə dəyişib və demək olar ki, bütün hallarda azalıb.

Bu bölgələr ən çox gen tənzimlənməsi ilə əlaqəli sahələrdə yerləşirdi. Alimlər hesab edirlər ki, bu cür dəyişikliklər metabolik və iltihabi xəstəliklər riski ilə əlaqəli ola bilər, lakin səbəb-nəticə əlaqəsi hələ müəyyən edilə bilmir; Daha çox araşdırmaya ehtiyac var.

Bu gün bir çox ölkədə ultra emal olunmuş qidalar gündəlik pəhrizin yarısını təşkil edir. Onlar yalnız piylənmə ilə deyil, həm də zəif zehni və ürək-damar sağlamlığı, eləcə də sürətlənmiş bioloji qocalma ilə əlaqələndirilir. Yeni tədqiqat yalnız yediyimiz şeylərin hətta genlərimizin strukturunda da iz buraxa biləcəyini göstərir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri