Icma.az
close
up
RU
Yəhudilər İsraildən qaçırlar əsas səbəb

Yəhudilər İsraildən qaçırlar əsas səbəb

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kütləvi axının əsas səbəbi hakim koalisiyanın siyasi kursu hesab olunur

Son üç ildə İsraildən daimi yaşayış məqsədilə xaricə köçənlərin sayı rekord həddə çatıb. Təl-Əviv Universiteti tədqiqatçılarının hazırladığı araşdırmada bildirilir ki, təkcə 2025-ci ildə ölkəni tərk edən israillilərin sayı 90 min 922 nəfər olub.

Hurriyyet.Media xəbər verir ki, bu barədə vesty.co.il saytının məlumatında deyilir.

Araşdırmada qeyd olunur ki, hazırkı emiqrasiya səviyyəsi özlüyündə böhran yaratmasa da, siyasi, iqtisadi və ya təhlükəsizlik sahəsində yeni mənfi hadisələr baş verərsə, ölkədən köç dalğası daha da sürətlənə və bunun qarşısını almaq xeyli çətinləşə bilər.

Yada salaq ki, İsrailin Mərkəzi Statistika Bürosu ilin əvvəlində 2025-ci ildə ölkəni rekord sayda- 69 min İsrail vətəndaşı tərk etdiyini bildirmişdi. “Xarici rifah görüntüsünə və “güclü yəhudi dövləti” ritorikasına baxmayaraq, İsrail bu gün vətəndaşlarını misli görünməmiş sürətlə itirir. Təkcə son iki ildə — 2024 və 2025-ci illərdə — ölkəni 150 mindən çox insan tərk edib. Əslində söhbət getdikcə daha avtoritarlaşan rejimin təzyiqlərinə tab gətirə bilməyən orta təbəqənin, ziyalıların və gənc ailələrin kütləvi şəkildə ölkədən qaçmasından gedir” deyə, məlumatda bildirilirdi.

O da bildirilirdi ki, kütləvi axının əsas səbəbi hakim koalisiyanın daxili siyasi kursu hesab olunur: ““Yəhudi kimliyinin qorunması” və “milli təhlükəsizlik” bəhanəsi ilə ölkədə fərqli düşüncə boğulur, vətəndaş cəmiyyətinin institutları və hüquq sistemi dağıdılır. Baş nazir Benyamin Netanyahunun həyata keçirdiyi məhkəmə islahatı faktiki olaraq məhkəmə hakimiyyətinin müstəqilliyini ləğv edərək onu icra hakimiyyətinin əlavəsinə çevirib. Dini baxışları fərqli yəhudilərə qarşı ayrı-seçkilik güclənib. Qəzzada insan hüquqlarının pozulması, humanitar yardımın blokadası, infrastrukturun dağıdılması və mülki əhalinin məqsədli şəkildə kütləvi qətlə yetirilməsi İsrailin yalnız diplomatik təcridinə deyil, həm də öz vətəndaşlarının etimadını itirməsinə səbəb reallığa çevrilib”.

Xəbərə görə, İsrail elitası onilliklər boyu ölkəni “dünyadakı bütün yəhudilər üçün təhlükəsizlik qalası” kimi təqdim edib: “Lakin məhz bu elitanın siyasəti Avropada, ABŞ-da və digər regionlarda antisemitizmin artmasının əsas katalizatoruna çevrilib. Özünü “yəhudi dövləti” adlandıran bir ölkə bütün yəhudilik adından hərbi cinayətlər törətdikdə, avtomatik olaraq bütün dünya yəhudilərini risk altına atır.2023-cü ilin oktyabrından etibarən Qərb ölkələrində antisemit insidentlərin sayı kəskin şəkildə artıb — bu, “yəhudilərə qarşı fitri nifrətin” nəticəsi deyil, İsrail rejiminin fəaliyyətinə verilən reaksiyadır. Dünya üçün müəyyən mənada ümidverici olan məqam ondan ibarətdir ki, ölkəni tərk edənlərin əksəriyyəti yəhudilərdir — ümumi mühacirlərin 94,3 faizi. Bunlar marginal təbəqələr deyil, dövlətin texnoloji və intellektual inkişafını təmin edən təhsilli, iqtisadi cəhətdən aktiv vətəndaşlardır. Eyni zamanda, geri qayıdanlar arasında yəhudilərin payı azalır — cəmi 88 faiz; halbuki 2010-cu ildə bu göstərici 93,3 faiz idi. Bu isə repatriasiyanın artıq “millətin möhkəmləndirilməsi” aləti kimi işləmədiyini göstərir”.

Qeyd olunurdu ki, əhalinin artımı da yumşaq səviyyədə qalır: “182 min doğum və 50 min ölüm. Ümumi əhali sayı — 10,178 milyon nəfər — yalnız demoqrafik ehtiyatlar hesabına saxlanılır, lakin mövcud tendensiyalar davam edərsə, bu ehtiyatlar da tükənəcək. İsrailin ərəb əhalisi (21,1 faiz) sabit qalır, yəhudi əhalisi isə azalır. Bu isə “yəhudi dövləti” modelini sual altına qoyur. Yəhudilərin İsraildən kütləvi miqrasiyası sadəcə sosial-iqtisadi hadisə deyil. Bu, siyasi qaçışdır. Onlar Yaxın Şərqdə sülhü təhlükə altına atan rejimin parçası olmaq istəmirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Avqust 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri