Icma.az
close
up
RU
Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi YENİ FAKTLAR

Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi YENİ FAKTLAR

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb. Məlum olub ki, onlara qarşı cinayət işi sən demə keçmiş hüquq-mühafizə əməkdaşı və Tümen vilayəti qubernatorunun sabiq müşaviri Yevgeni Filipoviçin saxlanılmasından sonra başlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Filipoviç 2024-cü ildə Talitsada azərbaycanlı kriminal avtoritetlərdən pul alarkən tutulub. Sabiq müşavir polis ilə bağlı problemlərin həllində onlara kömək edəcəyinə söz verib, lakin vədini yerinə yetirməyib. Bundan sonra əməliyyatçılar keçmiş Sredneuralsk merinə çatıb, ardınca isə Azərbaycan əsilli Səfərovlar klanına qədər izi sürüblər. 

Yerli ura.ru nəşrinin mənbəsinin sözlərinə görə, hər şey ötən ilin sonunda Talitsada qanunsuz ağac qırmaqla məşğul olan Azərbaycan əsilli bir şəxsin saxlanılması ilə başlayıb.

“Bacarıqlı sahibkarın ətrafında dostu Əhliman Gəncəyev var (Səfərovlar işi üzrə həbs olunanlardan biri — red. qeydi). Söz-söhbətə görə, o, Filipoviç ilə yaxşı münasibətdə olub və ondan kömək istəyib. Filipoviç guya on milyon rubl tələb edib və bütün məsələləri hüquq-mühafizə orqanları ilə həll edəcəyini deyib. Lakin sahibkarlar aldadıldığını anlayaraq onu ifşa ediblər. Filipoviç isə beş milyon rublun verilməsi zamanı avtomobildə saxlanılıb” — deyə mənbə bildirib.

Filipoviçə qarşı dələduzluq etmək cəhdi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsi, 3-cü hissə və 159-cu maddəsi, 4-cü hissə) üzrə cinayət işi açılıb. Yanvarda onun istintaq təcridxanasına salındığı məlum olub. “Deyirlər ki, o, inkar etməyib, günahını etiraf edib və guya başqa bir azərbaycanlı – Vidadi Mustafayev barədə də məlumat verib,” — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Ura.ru-nun məlumatına görə, bundan sonra keçmiş Sredneuralsk meri Andrey Zaşlyapin saxlanılıb. Hüquq-mühafizə orqanları onu keçmiş təhlükəsizlik əməkdaşı Artyom Şunaylova altı milyon rubl rüşvət verməkdə ittiham ediblər. Mənbənin sözlərinə görə, keçmiş məmur pulları guya vasitəçi — Vidadi Mustafayev vasitəsilə ötürüb.

Zaşlyapin ev dustaqlığına məhkum edilib. O, cinayətini etiraf edib və Şunaylov barəsində ifadə verib (Şunaylov isə günahsız olduğunu bildirir və bunun böhtan olduğunu hesab edir). Onunla bağlı iş hərbi məhkəmədə araşdırılır. Mustafayev isə ümumiyyətlə məhkəmədən yayınıb, çünki guya korrupsiya barədə ilk olaraq hüquq-mühafizə orqanlarına məlumat verdiyinə görə qanundakı qeyd üzrə məsuliyyətdən azad edilib. Mustafayev müxbirə təsdiqləyib ki, o, cinayət işində fiqurant deyil.

Ehtimal olunur ki, Mustafayevin ifadələri Səfərovların saxlanılmasına da səbəb ola bilər. Məlumata görə, Səfərovlar Sverdlovsk vilayətində Azərbaycan diasporunun lideri Şahin Şıxlınskiyə yaxın olublar. “Məlumdur ki, Şıxlınski ilə Mustafayev arasında münaqişə mövcuddur,” — deyə mənbə əlavə edib.

Qeyd edək ki, iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların tutulmasına yönəlmiş genişmiqyaslı əməliyyat keçirilib. Məlumata görə, həmin vaxt hüquq-mühafizə orqanları 50-dən çox azərbaycanlını yoxlayıb. Onlar arasında 2001, 2010 və 2011-ci illərdə baş vermiş qətllər və qətl cəhdləri ilə bağlı şəxslər axtarılıb. Həmin əməliyyatda Məzahir, Akif, Ayaz, Bakir, Kamal Səfərovlar, Əhliman Gəncəyev, Şahin Lalayev və Azər Abbasov həbs olunublar. Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, onlardan biri dəstənin digər üzvləri barəsində ittihamedici ifadə verib. Hüquq-mühafizə orqanları onları “etnik qruplaşma” adlandırıb.

Əməliyyat zamanı iki qardaş - Hüseyn və Ziyəddin Səfərovlar öldürüblər.

Versiyalardan birinə görə, istintaqla əməkdaşlıq çərçivəsində saxlanılanlardan biri Sverdlovsk vilayətində Azərbaycan diasporunun lideri Şahin Şıxlınski barədə də ifadə verə bilər. Hazırda o, Basmannı rayon məhkəməsinin qərarı ilə düşdüyü istintaq təcridxanasında saxlanılır (o, özünü günahkar saymır). Qeyri-rəsmi məlumatlara görə, ona iyulun 1-də saxlanılması əməliyyatında iştirak edən xüsusi təyinatlı əməkdaşa qarşı zor tətbiq etmə və adam öldürməyə cəhd ittihamı irəli sürülüb.

Bu hadisədən sonra Şahinin oğlu — vəkil Mutvalı Şıxlınski də saxlanılıb. İstintaq versiyasına görə, o, atası ilə birlikdə olduğu qara “Mercedes”lə geriyə hərəkət edərkən hüquq-mühafizə əməkdaşını vurub. Nəticədə həmin şəxs yıxılıb və başından xəsarət alıb. Məhkəmə Mutvalını istintaq təcridxanasına göndərib. O, etdiyi hərəkətə görə peşman olduğunu bildirib, lakin əməliyyatçını görmədiyini əlavə edib.

Bu faktlar barədə Yekaterinburqda əməliyyat zamanı öldürülən Hüseyn və Ziyəddin Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynovla əlaqə saxladıq. Həmkarımız məsələ barədə tamamilə məlumatsız olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Avqust 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri