Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər FOTO

Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər FOTO

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qara maskalı”lar bizə dedilər ki, qol çəkib Ukrayna ilə müharibəyə getməlisiniz. Qol çəkməsəniz, sizin bütün bədəninizi qırıq-qırıq edəcəyik”.

Bunu APA-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Vüqar Səfərov bildirib.

O, iyunun 27-də səhər saatlarında baş verən hadisənin təfərrüatlarını danışıb:

“Evdə yatmışdıq, səhər saat 5-də qapı döyüldü. Gördük ki, qapını qırırlar. Anam gəldi qapıya, qışqırdı ki, polislərdi. Anam onlardan sənədlərini göstərməsini istədi. Onlar qapını açmağı təkid etdilər. Maskada idilər. O anda gördüm ki, qapını lomla qırdılar. Anama bir şillə vurub, atdılar qırağa. Qaçdılar mənim, qardaşımın və atamın üstünə, bizi möhkəm döydülər. Hamımızı otaqda uzandırdılar yerə. Bizi elektroşokla vurdular. “Dubinka” ilə, “montirovka” ilə döyürdülər. Evdəki stolları belimizdə qırdılar. Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandalladılar, apardılar Frunze 74 ünvanındakı bölməyə… Yolda bizi, qardaşımla məni bir maşına, “Qazel”ə uzandırdılar, atamı başqa maşınlar apardılar. “Qazel” içi palçıq idi, yolda bizi məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Deyirdilər ki, bu palçığı sizə yedirdəcəyik. Yemədiyimizə görə döyürdülər. Bölməyə çatana kimi döydülər. Çatdıq, bizi qaldırdılar beşinci mərtəbəyə. Orda da həmin şiddəti tətbiq etdilər. “Toka” verdilər, elekroşokla vurdular. “Dubinka, “remen”lə vurdular. İt yerinə qoymurdular. Bizi iki qardaş - mən və qardaşım Məhəmmədi bir otaqdaydıq, atam Məzahir Səfərovu isə başqa yerə apardılar. Gördüm ki, atam qışqırır. Atama “tok” verirdilər. Atam qışqırırdı ki, ürəyim xəstədi, ürəyimdə stend var. Atam elə dedikcə, onlar təhqir edib, ürəyinə “tok” verirdilər. Bizi axşama kimi saxlayıb, döydülər. Ayaz Səfərovu, Akif Səfərovu döyüb toka verdilər. Bir anda eşitdim ki, deyirlər ölənlər var. “İki nəfər öldü” deyirdilər. Fikirləşdim ki, ay Allah, bu kimlərdi? Axşam saat 9 olardı, gördüm atama qışqırırlar ki, “Sənin qardaşlarını, oğlanlarını, hamını öldürəcəyik, günahını etiraf elə, imza at”.

Vüqar Səfərovun sözlərinə görə, onlara bildirilib ki, Ukrayna ilə müharibəyə getməlidirlər: “Bizə dedilər ki, indi idarədən gəlirlər, bizə SVO-ya (xüsusi hərbi əməliyyat-Ukrayna cəbhəsi-red) getməliyik. Müqavilə bağlayacağıq, qol çəkəcəksən. Müqaviləyə qol çəkməsən, sizi qırıq-qırıq edəcəyik. Qol çəksən, sizi səhər müharibəyə göndərəcəyik. Bu vaxt atam gəldi. Onun qabırğalarını qırmışdılar. Arxasında təcili tibbi yardım maşını çağırmışdılar. Atam dedi ki, sizi buraxacaqlar, evdəkilər sizə əmanət. Atam danışa bilmirdi, nəfəs ala bilmirdi. Atam onlardan soruşdu ki, 100 faiz uşaqlarımı, qardaşlarımı buraxacaqsınız, dedilər “hə”. Bizi buraxdılar, amma əmimgili buraxmadılar. Çıxanda da eşitdim ki, iki əmim rəhmətə gedib”.

V. Səfərov onlara işgəncə verənlərin özlərini təqdim etmədiklərini, “Rosqvardiya”nın binasına apardıqlarını söyləyib: “Biz idarədən çıxanda yeriyə bilmirdik. Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu gəlmişdi. Onlarla birlikdə oradan çıxdıq”.

V. Səfərov qohumları Kamal Qədimalı oğlu Səfərovun hazırda xəstəxanada olduğunu da bildirib: “Kamalın da ürəyində stend var. Ona o qədər “tok” veriblər ki, vəziyyəti pisləşib. Götürüb aparıb ürək xəstəxanasında əməliyyat etdiriblər. İndi polislər onun yanındadır. Dediklərinə görə, əməliyyatdan sonra ayılıb. Başqa heç kəsdən xəbər yoxdur”.

V. Səfərov bu hadisə nəticəsində iki nəfərin, əmiləri Ziyəddin və Hüseyn Səfərovların öldüyünü bildirib. Onun sözlərinə görə, dörd nəfər də hazırda xəstəxanadadırlar: “Onlardan birinin adı Əzizdir, Biləsuvar rayonundandır. Digərinin adı isə Əhlimandır. O isə Masallı rayonundandır. O birilərini isə tanımıram”.

APA Səfərovlar ailəsinin bəzi üzvlərinin, eləcə də digər azərbaycanlıların işgəncələrə məruz qalmalarının görüntülərini də əldə edib. Görüntlərdən aydın olur ki, həmin şəxslərə qarşı ağır işgəncə metodları tətbiq olunub.

https://t.me/apa_az/99999

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 İyun 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri