Icma.az
close
up
RU
Yekaterinburqda törədilən qətliam: Rusiyanın imperiya siyasəti açıq formaya keçir

Yekaterinburqda törədilən qətliam: Rusiyanın imperiya siyasəti açıq formaya keçir

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən azərbaycanlı ailələrə basqın, heç bir müqavimət göstərməyən insanların işgəncələrə məruz qalması və vəhşicəsinə qətlə yetirilməsi şovinizmdən qaynaqlanan və azərbaycanlılara qarşı qəsdən törədilmiş terror hadisəsidir. Rusiya Xarici İşlər Nazirliyinin ötən ilin dekabrında AZAL-a məxsus mülki təyyarənin vurulması ilə bağlı verilən açıqlamalara bənzər absurd açıqlaması bir daha sübut edir ki, Yekaterinburqda törədilən insanlığa sığmayan bu vəhşilik Rusiya tərəfindən Azərbaycana qarşı yeridilən şovinist və ikiüzlü siyasətin tərkib hissəsidir. Əvvəlcədən planlaşdırlmış bu cür anti-Azərbaycan tədbiləri Rusiyada azərbaycanlılara və digər türk, müsəlman xalqların nümayəndələrinə, qeyri-rus xalqlara qarşı aparılan şovinist, ayrı-seçkilik siyasəti əslində əsrlər boyu onun müxtəlif xalqlara qarşı həyata keçirilən və zəmanəmizin reallıq prizmasından baxdıqda bumeranq effekti verən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır

Rusiyada miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı artan təzyiqlər insan haqlarının kobud şəkildə pozulması ilə yanaşı, həm də artıq sistematik xarakter almış etnik ayrı-seçkilik siyasətin qətliamlarla müşayət olunmağa başlaması, onun çox təhlükəli həddə çatdığını göstərir. Bütün bunlar ötən ilin dekabrında təyyarə qəzasından sonra Rusiyanın nümayiş etdirdiyi saymazlıq və Azərbaycan tərəfinə göstərilən təzyiqlər nəticəsində onsuz da korlanmış Rusiya-Azərbaycan münasibərlərini daha da pisləşdirir.

Azərbacan Xarici İşlər Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburqda azərbaycanlılara qarşı törətdiyi bu cinayət hadisəsi ilə əlaqədar Rusiyaya öz etirazını bildirib və cinayətkarların cəzalandırılmasını tələb edib. Biz də törədilən bu işgəncə faktlarını, 5 nəfərin vəhşicəsinə qətlə yetirilməsini nifrət və şiddətlə pisləyirik. Azərbaycan cəmiyyətində dərin hiddət və ciddi narahatçılıq doğuran bu hadisələr əslində insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir.

Əgər Rusiya tərəfi azərbaycanlılara qarşı qanlı OMON hucumunu və qətliamı rəsmi siyasətinin tərkib hissəsi kimi sifariş əsasında həyata keçirildiyini qəbul etmirsə, onda dərhal üzr istəməli və iki ölkə arasında bağlanmış müqavilələrin və beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edilərək hərtərəfli və obyektiv araşdırılmalı, qətliamın sifarışçiləri, icraçıları, bütün iştirakçıları cinayət məsuliyyətinə cəlb olunmalı, cazalandırılmalı və açıq-aydın etnik xarakterli bu cür hadisələrin digər soydaşlarımıza münasibətdə belə dəhşətli hadisələrin təkrarlanmasının qarşısının alınmasına nail olmaqdan ötrü təxirəsalınmaz sistemli tədbirlər görülməlidir.  

Bu vəhşi qətl nəticəsində dünyasını dəyişmiş soydaşlarımızın böyük faciə yaşayan ailələrinə, yaxınlarına dərin hüznlə baş sağlığı verir, Tanrıdan rəhmət diləyirik.

 Əli Məsimli,

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see239

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see161

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see150

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see150

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see131

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see129

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see127

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see126

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri