Icma.az
close
up
RU
“Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” Aydın Kazımzadə

“Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” Aydın Kazımzadə

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bir ara məktəblərdə hamının eyni formada və geyimdə olması məsələsi qaldırılanda bir balaca narazılıq hiss olundu. Sonradan bu məsələ səngidi. Çünki başa düşdülər ki, Azərbaycanda yeni qaydaya əsasən məktəblərdə hamı vahid geyim formasında olmalıdır. Lakin məsələ orta məktəb şagirdinin başını bağlamamasına, eləcə də müəllimin müvafiq geyiminin olmasına gələndə təkrar narazılıq baş qaldırdı. Daha doğrusu, bunu bizimkilər yox, xarici ölkələr ortaya atdı. Əllərinə fürsət düşən kimi Azərbaycanda qarışıqlıq yaratmaq istədilər. Bunu elədilər, amma qarşısı çox gözəl alındı”.  

Bunu “Yeni Sabah”a  kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə deyib. O bildirib ki, bütün müəllimlər şagirdlərə nümunə olmalıdırlar:

“İnsan xəcalət çəkir. İndi hansı zamandır ki, məktəbin qapısına təpik vurursan? Cavan uşaqları ortaya salıblar. Televiziyada göstərirlər ki, enlikürək, pəhləvana oxşayan bir adam orada qayda-qanunu qoruyan cavan oğlana şillə vurur. Bu, sənə necə yaraşır? Əvvəla, o boy-buxununla, gücünlə belə hərəkət edəndə xəcalət çəkmədin? Şüşəni sındırıb içəri girməklə uşaqlara nümunə göstərdin? Sonra da başladılar içəri soxulmağa, orada hər şeyi sındırmağa. Bu masaların, oturacaqların nə günahı var? Pepperoni pizza

Dünən baxıram ki, uşağın əlinə plakat veriblər. Bu uşağın valideynləri kimdir görəsən? Onlar xəcalət çəkmirlər? Sənin övladın bu məktəbdə böyüyür. Görünür, özün də məktəb, kitab görməmisən.

Mən belə hesab edirəm ki, bəzi insanlar Azərbaycanın böyük olmasa da, çox güclü bir məmləkət olduğunu, Şərqlə Qərbin qovşağında yerləşdiyini anlamırlar. Şərqdən də, Qərbdən də yaxşı nə varsa, götürülüb. Ona görə də paytaxtımıza gələn qonaqlar Bakıda Şərqlə Qərbin necə birləşdiyinə heyran qalırlar. Xaricilər buna heyran olduğu halda, bizimkilər bəhanə edirlər ki, “mən müəlliməyəm, forma geyinmərəm, gərək sırğa taxım, boğazımda, başımda nəsə olsun”. Sən toya getmirsən. Qız uşaqları səndən, oğlanlar da kişi müəllimlərdən nümunə götürürlər. Bunları nəzərə almaq lazımdır. Dövlətimiz, hökumətimiz də bunu nəzərə alaraq qayda qoyub”.

Kinoşünas qeyd edib ki, məktəbdə hamının eyni formada olduğunu görəndə insanın ürəyi açılır:

“Yadıma Hacı Zeynalabdin Tağıyev düşdü. Onun haqqında dördseriyalı film çəkilmişdi, seriyalardan birinin adı “Məktəb” idi. Tağıyev orada azərbaycanlı balalarını bir yerə yığmışdı, hamısı eyni formada idi. Adamın ürəyi açılırdı. Gör, üstündən neçə il, hətta əsr keçib. Amma yenə də bəzi adamlar ağıllanmayıblar. Belə olmaz.

Azərbaycan İslam dövləti deyil, müstəqil, tolerant müsəlman ölkəsidir. Bütün dünya Azərbaycanın tolerant ölkə olduğunu qəbul edib. Burada müxtəlif millətlər yaşayır, hamı eyni şəkildə məktəbə gedir. Hətta mən bir dəfə televiziya kanallarının birində müsahibə verəndə dedim ki, Cəfər Cabbarlıya bağlı adamam, onu özüm üçün mənəvi insan hesab edirəm. Onun şəkillərindən birində institutda oxuyarkən forma geyindiyini görmüşəm. Yəni bu, əvvəllər də olub. Hətta Ərəblinskinin dövründə institutda oxuyanlar da forma geyinərdilər.

Bu forma hamıya lazımdır. Burada nə var ki, təpik atırsan, şıllaq atırsan? Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur. Qəhrəmandır bu? Sənin nəyin qəhrəmandır? Bizi düşmənlərimizə güldürürsünüz. Belə olmaz”.

A.Kazımzadə bildirib ki, məktəblərdə vahid geyimlə bağlı tələb düzgün qoyulub və hamı eyni formada olmalıdır:

“Balaca uşaqların başını bağlamaq haradan çıxdı? Analar, atalar nə istəyirlər, etsinlər, onlara qadağa qoyulmayıb. Elə qızlar var ki, küçəyə çıxanda yalnız gözləri görünür, hətta qara eynək taxırlar ki, gözləri də görünməsin. Onlara söz deyən var? Özləri bilər. Başdan ayağa qara geyinirlər. Qara ümumiyyətlə rəng deyil, rəngsizlikdir. Rəngsiz geyinirsən, geyin, özün bilərsən. Sənə heç kim demir ki, niyə belə geyinirsən. Amma məktəb dövlətin məktəbidir, oyuncaq yeri deyil. Burada uşaqlar təhsil alırlar.

Məni yandıran odur ki, dünya artıq Marsa uçur, biz burada “Ləbbeyk” deməyə başlamışıq. Yığışdırın bu söhbətləri. Azərbaycanın hansı qayda-qanunları varsa, onlara riayət edin. Hər şeyin bir qaydası var. Dövlətimizin, hökumətimizin qoyduğu qayda-qanunlara, Konstitusiyaya riayət etmək lazımdır. Uşaqlarımızın gələcəyini fikirləşin. Məktəbin qapısına təpik vuranda şəhid olmuş uşaqlarımızı yadınıza salın. Onlar bizim üçün düşmənlə vuruşdular, sinələrini qabağa verdilər. Sən o təpiyi məktəbə yox, bizim uşaqlarımıza vururdun.

Yazıq Cəfər Cabbarlının ürəyi elə belə şeylərdən ötrü partladı. O, Azərbaycan qadınını azad görmək istəyirdi. “Azad qadın” heykəli Cəfər Cabbarlının “Sevil” əsərinin qəhrəmanı olan, çadrasını atan Sevilin obrazıdır. İndi biz yenidən çadraya bürünürük. Olmaz. Biz müsəlman ölkəsiyik və elə də qalacağıq, amma İslam dövləti deyilik. Bunu camaat başa düşməlidir.

Narazılığın varsa, sivil yolla yaz, bildir. Sənə mane olan yoxdur. Amma təpik atmaqla o təpiyi ziyalılarımıza, müəllimlərimizə atmış olursan.

Əvvəllər hər rayonda pionerlər evi var idi. Gedib orada təyyarə modeli düzəldərdik. Mən fotoqrafiyanı da orada öyrənmişəm. Belə yerləri hər rayonda açmaq lazımdır ki, uşaqlar faydalı işlərlə məşğul olsunlar, küçələrdə gəzib ora-bura təpik atmasınlar. Çox işlər görmək lazımdır və dövlətimizin də buna imkanı var. Yəqin ki, edərlər”.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri