Icma.az
close
up
RU
Yel çərşənbəsi qədim zamanlardan bu günümüzə kimi xalq tərəfindən qeyd olunur TARİXÇİ ŞƏRH ETDİ

Yel çərşənbəsi qədim zamanlardan bu günümüzə kimi xalq tərəfindən qeyd olunur TARİXÇİ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yel çərşənbəsi qədim zamanlardan bu günümüzə kimi xalq tərəfindən qeyd olunur. Əsasən yel çərşənbəsində evlərdə bahar təmizliyi edilir. Bu çərşənbədə həyətdə toplanmış, qışdan qalma ot, ağac qırıntılarının hamsını bir yerə yığardılar". Bu sözləri SİA-ya açıqlamasında tarixçi müəllimə Sevda Novruzova deyib.

Onun sözlərinə görə, Yel və Torpaq çərşənbəsində onları yandırardılar ki, köhnə ildən qalan ağırlıqlar təmizlənsin. Bahar həm də təmizlik deməkdir: "Bu çərşənbədə camaat hamılıqla bir növ iməclik formasında qəbirstanlığa gedər, orada təmizlik işləri aparardılar. Orada qəbirlərin üstü, ətrafı təmizlənərdi. Çünki, adətə görə yel çərşənbəsi ilə torpaq çərşənbəsinin arasındakı dördüncü gün rəhmətə gedənlərin məzarını ziyarət edərdilər. Buna görə də, yel çərşənbəsində insanlar qəbirstanlığa rahat gələ bilsinlər deyə ora təmizlənərdi.
Əsasən toran çalan vaxta yaxın tonqal qalanardı. Əgər kimin ki, həyətində, evində saxladığı qəfəs quşları var idisə, onları yel çərşənbəsində azad buraxardılar. Bu artıq üçüncü çərşənbənin olmasına işarə idi. Yel çərşənbəsində "yelə nəfə endi" deyərdilər. Yəni bütün təbiətdə nələr varsa, onlar hamsı oyanacaq, çiçələnəcək.
Yel çərşənbəsinin sonuncu çərşənbə olması ilə bağlı deyimlər də mövcud olmuşdur. Su, Od, Torpaq çərşənbəsi və sonda Yel çərşənbəsi öz gəlişi ilə onları birləşdirdi və bütün təbiətin oyanışına səbəb oldu.
Bəzi folklorşünaslar bunu bu formada da izah edir. Ancaq indi müasir dövrdə artıq yel çərşənbəsini biz üçüncü çərşənbə olaraq qeyd edirik. Səməni cücərdilməsini də yel çərşənbəsində edirlər. Səməni bolluq-bərəkət, oyanışın rəmzidir. Bundan başqa "Yel baba" , "Çərşənbə nənə" deyimləri vardır. Belə bir inanc olub ki, ilk çərşənbə - su çərşənbəsində nənələrimiz deyib ki, bu günü yuyunmayın. Bu gün "çərşənbə nənə"nin günüdür, yuyunmaq olmaz. Su çərşənbə günü su "çərşənbə nənə"nindir, o təmizlənməlidir. Amma müasir dövrümüzdə əksinədir.
İnanca görə, Yel çərşənbəsində axşam söyüd ağacının altında dayanıb "Yel baba"dan dilək diləyirsən ki, bu il arzum yerinə yetsin. Əgər yel əsər və söyüd ağacının yarpaqları tərpənərsə, həmin dilək yerinə yetəcək.
Başqa bir inanca görə Yel və Torpaq çərşənbəsində eyni adəti söyüd ağacının altında edirlər. 2 ədəd yumurtanı qaynadıb aparırlar söyüd ağacının altında yanaşı qoyurlar. Onların yanına qara kömür və qırmızı rəngdə boyaq qoyurlar. Əl açıb ağacın altında arzu tutulur və deyilir ki, yumurtaya qara rəng dəyərsə, arzu gerçəkləşmir amma qırmızı rəng dəyərsə, arzu gerçəkləşir. Bir gün boyunca yumurtalar ağacın altında qalır. Səhər gəlib baxırlır ki yumurtaya qara rəng mi dəyib, yoxsa qırmızı rəng. Sonuncu çərşənbədə isə bu adət axar su kənarında edilir.

Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırarmışlar

Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.

Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.Ələk olar, vələk olar,
Xırmanlarda gərək olar.

Cavabı külək olan bu tapmacada Yel babanın gəlib xırmanı sovurub insanlara kömək inamının izləri müşahidə olunur. Küləyin (havanın) antropomorflaşmış obrazı olan Yel babanın burada insanlara himayədarlığı - taxılını sovurub dəni adamlara verməsi və yardımçı olması ilə əlaqədar.
Qara yel sizdən uzaq, ağ yel yol yoldaşınız olsun!

Yelin qanadında ulusumun diləkləri yüksəlsin, yollarımız açıq olsun!

Yellərin oyanışı günü qutlu olsun"

Müəllif: Qumral Əlizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri