Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Yel qayadan toz alar ... Rusiya Qərbin sanksiyalarına qarşı immunitet qazanıb, təsirlənmir

Yel qayadan toz alar ... Rusiya Qərbin sanksiyalarına qarşı immunitet qazanıb, təsirlənmir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib. Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsində yazıb. "Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib. "Qara siyahı"ya 200-ə yaxın tanker daxil edilib”, - o bildirib. Kaya Kallas vurğulayıb ki, artıq Moskvaya qarşı 18-ci sanksiya paketi üzərində işə başlanılıb.Sanksiya paketi Rusiyanı zəiflədir yoxsa gücləndirir?Aİ həqiqətən Ukraynanı Rusiyanın əlindən xilas etmək istəyir, yoxsa hər sanksiya paketində Ukraynanın gələcəyindən bir parça Rusiyaya verir?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmdəli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tarix göstərir ki, Rusiyada, Çində, İranda, hətta Şimali Koreya kimi bu tip ölkələrə sanksiyalar öz nəticəsini göstərmir.

Əhəd Məmmədli

“Venesuela Amerikaya yaxın olmasına baxmayaraq, alternativ hökumət qursalar da, yenə də istəklərinə nail ola bilmədilər. Yəni hakimiyyəti dəyişə bilmədilər. Eynən də indi. Çinə qarşı olan sanksiyaları nəzər salsaq görərik ki, o vaxt İkinci dünya savaşından sonra Amerika və Avropa Tayvanda oturan Çinin devrilmiş prezidenti Çan Kayşini tanıyırdı. Buna baxmayaraq heç nəyə nail ola bilmədi. Axırda məcbur olub, Çini dövlət kimi tanıdılar və Çin BMT-nin təhlükəsizlik şurasının beş üzvündən biri oldu. İranda da eyni sanksiyalarla heç bir nəticə əldə edilmədi. İndi də 5 ildir ki, davam edən müharibə dövründə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ciddi nəticə vermədi. Çünki buradan sanksiya tətbiq edilir, digər tərəfdən rus qazı Ukrayna ərazisindən satılır. Buna nə ad vermək olar? Ukrayna hərbçiləri Kursk vilayətində yerləşən Suca qaz stansiyasını tutanda əllərində imkan vardı ki, rus qazını kəssinlər. Bunu da etmədilər”-deyən Əhəd Məmmədli qeyd edib ki, eyni zamanda dolayı yolla da ticarət davam edir.

Politoloqun fikrincə, Rusiya üçüncü ölkələr vasitəsilə neftin də, qazını da satır. Əhəd Məmmdəli bildirib ki, bu sanksiyalar Rusiya kimi böyük dövlətə qismən zərbə vursa da, ciddi nəticə vermir.

“Dünya indi qlobal dünyadır. İndi elədir ki, “sən əgər mənə zərbə vurursansa, məndən də zərbə alacaqsan”. Rusiyadan olan cavab hərəkətləri də Avropaya zərbə vurur. İndiyə qədər ağacı, digər təbii sərvətləri Rusiyadan alırdılar. İndi bütün bunlardan imtina edəndən sonra bu zərbəni Avropa da özündə hiss edir. Rusiya ilə münasibətləri qarşılıqlıdır. Çünki müharibəyə qədər Yeltsinin dövründə, Putinin dövründə, Avropa ilə Rusiya arasında çox ciddi bir ticarət vardı, biznes vardı. Bu dayananda istər-istəməz bu Avropaya da təsirini göstərir”-deyən politoloqun fikrincə, 17-ci sanksiya paketi də Rusiyaya ciddi təsir etməyəcək və ya Vladimir Putin iqtidarının laxlamasına səbəb olmayacaq.

Politoloqun fikrincə, Rusiya artıq sanksiyalara qarşı dayanıqlı olduğunu göstərdi.

“Rusiyanın Çin kimi partnyoru var. Böyük bir ərazidir, böyük bir dövlətdir. Şimali Koreya, İran, Braziliya, Hindistan var. Yenə də böyük dövlətlərlə ticarətini davam edir. Yəni Avropanın və Amerikanın alternativini tapıb. Bu səbəbdən də Rusiya artıq özünün sanksiyalara qarşı ayaqda dura biləcəyini göstərib. Bu cür sanksiyalar da sırf protokol qaydasıdır və Ukraynaya “sənin yanındayam” görüntüsündən başqa bir şeyə yaramır”-deyə Əhəd Məmmədli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 May 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri