Icma.az
close
up
RU
Qərbin iqtisadi sanksiyalarına qarşı ciddi dözümlülük göstərən Rusiya, savaşmağa davam edəcək

Qərbin iqtisadi sanksiyalarına qarşı ciddi dözümlülük göstərən Rusiya, savaşmağa davam edəcək

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı inflyasiyanı “həyəcan siqnalı” adlandırıb. Prezidentin sözlərinə görə, hər şeyə baxmayaraq, iqtisadi vəziyyət sabitdir və inkişaf davam edir. Prezident sanksiyalara da diqqət yetirib. Putinin sözlərinə görə, qiymətlərlə bağlı vəziyyətdə onların əsas əhəmiyyəti yoxdur, lakin “onlar hələ də bu və ya digər şəkildə əks olunur, çünki onlar logistikanı bahalaşdırır”.

“Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya iqtisadi və sosial rifah baxımdan NATO-nun və Avropa Birliyinin bir çox ölkələrindən geridə qalıb.

Əhəd Məmmədli

“Böyük “yeddilik” (G7) ölkələrini müzakirə edək. İqtisadiyyat baxımından, sosial rifah baxımından Rusiya hamısından geridə qalıb. Bu, Rusiya üçün çətindir. Rusiya da Qərbə cavab verir. Rusiya qazın ixracı ilə bağlı təsir edə bilər. Başqa nə təsiri ola bilər ki? Rusiyada meşələr var, Rusiya iqtisadiyyatına qoyulan yatırımlar və s. Qərbin Rusiyaya təsiri ilə müqayisədə daha çoxdur. Böyük dövlətlər - Rusiya, İran, Şimali Koreya və s. onlar sübut edə bildilər ki, iqtisadi sanksiyaların qarşısında dura bilərlər”-deyə politoloq qeyd edib.

Əhəd Məmmədli vurğulayıb ki, Rusiya ayaqda qalacaq və savaşacaq: “Əvvəlki vəziyyət olmasa da, artıq Rusiya Şərqlə dünyanın digər hissəsi ilə əlaqələr qurub. Çin, Hindistan, Latın Amerikası, Türkiyə, ərəb ölkələri ilə Rusiyanın əlaqələri var. Bu da iqtisadi meydandır. Rusiya yenə qaz, neft ixrac edir. Bütün dünyanın təbii sərvətləri Rusiya ərazisindədir. Rusiya bunun hesabına ayaqda qalacaq”.

Politoloq hesab edir ki, böyük dövlətlərin ayaqda durmaq və səbr etmək kimi ideologiyası olur.

“Rusiya da itkiləri olsa da, ayaqda duracaq. Müharibə canlı itki sayılır. 50 ilə yaxındır ki, İrana tətbiq olunan sanksiyalar var. Amma İran birbaşa və rəsmi olaraq heç kimlə müharibə etmir. Eynilə, Şimali Koreya... Ancaq Rusiya fakt olaraq hazırda Ukrayna ilə müharibə edir. Bu da canlı itkidir. Hələ ki, Rusiya bu canlı itkini sığortalaya bilir. Əhalisi çoxdur, eyni zamanda başqa ölkələrdən də kömək gəlir. Məsələn; Şimali Koreya canlı dəstək verir. Muzdlu əsgərlər gəlir və bütün bunların sayəsində ayaqda durur. Amma bu müharibə uzandıqca, Rusiya üçün daha çətin olacaq. Mənim firkimcə, Sovetlər Birliyinin dağılması da Əfqanıstan müharibəsi ilə başlamışdı. Əfqanıstan müharibəsi 10 ilə yaxın davam etdi. Sonra Sovetlər oradan çıxmağa məcbur oldu”-deyən Əhəd Məmmədli bildirib ki, sonra SSRİ-nin yavaş-yavaş dağılma prosesi başladı.

“Hələ o dövrdə müharibədə sovet ordusunda məhdud kontingent yer alırdı. Yəni ordusunun bir hissəsi döyüşürdü. Ukrayna ilə müqayisə etsək, Ukraynda itkilər on milərlədir. Amma Əfqanıstanda belə deyildi, 10 illik müharibədə təxmini 10 min itki var idi. Buna baxmayaraq, SSRİ-nin çöküşü Əfqan müharibəsi ilə başladı. Ukrayna müharibəsinə davam edərsə, bu da Rusiyanın sütunlarının laxlamasına səbəb bilər. Putinin də ən çox çəkindiyi budur”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri