“Yelo Bank” ASC ajanda hazırlanmasına dair texniki tender elan edir
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Yelo Bank-ın Brendin İdarəedilməsi departamentinin ajanda sifarişi üçün texniki tender elan olunur. Qeyd edək ki, texniki tenderdə yalnız nümunə tələb olunur, qiymətlər təqdim edilmir.
Sifarişçinin tələblərinə cavab verən nümunələr seçilmiş hesab ediləcək. Seçilmiş nümunələri hazırlayan tender iştirakçısı maliyyə tenderində iştirak etmək hüququ əldə edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı və təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Texniki şərtlər və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/47DN7EU.
Bank xidmətlərinə dair əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya "Facebook”, "Instagram”, "Whatsapp” və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 12 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















