Yelo Bank çöl reklamı xidməti üzrə texniki tender elan edir!
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Yelo Bank” ASC maraqlanan təşkilatları texniki tenderdə iştiraka dəvət edir. Qeyd edək ki, texniki tenderdə yalnız nümunə tələb olunur və qiymət təqdim edilmir. Sifarişçinin tələblərinə cavab verən nümunələr seçilmiş hesab ediləcək. Seçilmiş nümunələri hazırlayan tender iştirakçısı maliyyə tenderində iştirak etmək hüququ əldə edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı və təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Hazırlanma və quraşdırma kimi işlər birbaşa tender iştirakçısı tərəfindən icra edilməlidir;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə fayllara keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/44ubV0y.
Kredit kartları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















