Yelo Bank da innovativ QR ilə ödəniş aktivdir!
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yelo Bank rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi istiqamətində növbəti yeniliyini təqdim edir. Bankın həm POS terminallarında, həm də mobil bankçılıq tətbiqi Yelo App-də QR ilə ödəniş funksiyası artıq aktivdir.
Sahibkarlar üçün yeni imkan!
Yelo Bank-ın POS terminallarından istifadə edən sahibkarlar əlavə cihaz almadan QR ödənişləri qəbul edə biləcəklər. Kartı olmayan və ya limiti məhdud müştərilər hesablarındakı vəsaitlə ödəniş edə bilirlər ki, bu da sahibkar üçün nağdsız ödəniş həcmini artırır. Vəsait isə dərhal sahibkarın hesabına oturur.
Müştərilər üçün rahatlıq!
Bu yenilik yalnız sahibkarlar üçün deyil, fiziki şəxslər üçün də gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək qədər rahat və əlverişlidir. İstifadəsi olduqca sadədir: alış-veriş zamanı kassada QR ödəniş seçildikdə POS terminalda məbləğ daxil olunur və “QR ödəniş” funksiyası aktivləşdirilir. Formalaşan QR kodu Yelo App-dəki skanner vasitəsilə oxutmaq kifayətdir. Xüsusilə qeyd edək ki, müştəri ödənişi həm Yelo kartından, həm də bankdakı cari hesabından rahat şəkildə həyata keçirə bilər.
Yelo Bank-ın məqsədi sahibkarların inkişafına dəstək olmaq və müştərilərə innovativ bankçılıq həlləri təqdim etməkdir. Bu yenilik isə biznesin maliyyə dövriyyəsini daha çevik edir və müştərilərə daha rahat ödəniş imkanı təqdim edir.
Bankdan tez kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 09 Fevral 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















