Icma.az
close
up
RU
Yelo Bank la vətəndaş arasında çəkişmə davam edir

Yelo Bank la vətəndaş arasında çəkişmə davam edir

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli ilə "Yelo Bank" arasında olan kredit mübahisəsi ilə bağlı məhkəmə çəkişməsi üzrə proses keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə keçirilən prosesdə Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə qərar elan olunub.

Qeyd edək ki, "Yelo bank" Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib.

Ekspertiza rəyləri borcun dollarla yox, manatla olduğunu təsdiqləsə də, bank işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub.

Suraxanı Rayon Məhkəməsi "Yelo Bank"ın xeyrinə qərar çıxarıb. Bu qərarla razılaşmayan Hacıbəyli apellyasiyaya şikayət verib və Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin onun xeyrinə dəyişdirilməsini istəyib.

Şikayətçi Mustafa Hacıbəyli Teleqraf-a bildirib ki, bu gün keçirilən prosesdə onun şikayəti təmin olunmayıb: "Halbuki bizim şikayətimizi təmin etmək üçün ciddi əsaslar var idi. Azərbaycan Respublikasının Auditorlar Palatası həmin borcun manatla götürüldüyünü və artıqlaması ilə ödənildiyi haqqında ekspertiza rəyi vermişdi. Amma çox təəssüf ki, bu rəy "Yelo Bank"ın xoşuna gəlmədiyi üçün vəsatət qaldırdı ki, təkrar ekspertiza keçirilsin. Ona görə məhkəmə vəsatəti təmin edərək daha bir ekspertizanın keçirilməsinə qərar verdi. Nəticədə daha bir ekspertiza keçirilənə qədər məhkəmə təxirə düşdü. Məhkəmə ekspertizanın nəticəsi bilinəndən sonra təyin olunacaq.

İndiyə qədər beş dəfə ekspertiza olub. Təəssüf ki, iş altıncı dəfə ekspertizaya göndərilir. İşin dəfələrlə ekspertizaya göndərilməsinin yeganə səbəbi odur ki, ekspertizanın rəylərində mənim haqlı olduğum ortaya qoyulmuşdu".

Qeyd edək ki, Mustafa Hacıbəyli evini "Yelo Bank" tərəfindən əlindən alınması təhlükəsi ilə üzləşdiyi barədə sosial şəbəkədə paylaşım edib. Bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir.

Mustafa Hacıbəylinin sözlərinə görə, vaxtı ilə "Nikoyl Bank" kimi fəaliyyət göstərən bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib:

"Bankın sahibi rusiyalı oliqarx Vahid Ələkbərov olub. 2022-ci ildə Rusiyanın bir sıra oliqarxları ilə yanaşı, Vahid Ələkbərova qarşı da sanksiyalar tətbiq edildikdən sonra bankın səhmləri Marina Kulişova adlı bir bank işçisinin adına rəsmiləşib. 2005-ci ildən 2017-ci ilə qədər "Nikoyl Bank"ın İdarə Heyətinin sədri olmuş Vasili Xamaza bankdan 20 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunub və bu səbəbdən Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. 2018-ci ilin sentyabr ayında o, Moskva şəhərində həbs edilib.

2008-ci ildə yaxın dostum və tələbə yoldaşım Azər Səlimov çətin problemlərlə üzləşmişdi və bu problemləri həll etmək üçün kredit götürməli oldu. O vaxt məndən xahiş etdi ki, evinin mülkiyyət kağızı olmadığı üçün mənim evimin girov qoyulmasına razılıq verim. "Nikoyl Bank"ın öz təklifi ilə formal ipoteka rəsmiləşdirildi və mən dostumu vəziyyətdən çıxarmaq üçün evimin girov qoyulmasına razılıq verdim.

Dostum bankdan 33 540 manat kredit götürüb, faizlər də daxil olmaqla ümumilikdə 58 355 manat qaytarıb. Ödənilən məbləğ götürülən məbləğdən 24 815 AZN artıqdır. Amma bank bir saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb edir. İpoteka müqaviləsi isə manatladır. Bankın tərtib etdiyi ödəniş tapşırığı manatladır. Pul manatla verilib. Pul verilərkən yazılan qəbz də manatladır. Amma bank "40 min dollar" deyir.

Halbuki ipoteka müqaviləsindən qabaq kredit müqaviləsi dollarla imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə dəyişsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Fevral 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri