Icma.az
close
up
RU
“Yelo Bank”la bağlı kritik qərar LƏĞV OLUNDU

“Yelo Bank”la bağlı kritik qərar LƏĞV OLUNDU

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Avropa İttifaqı (Aİ) 21-ci sanksiyalar paketi çərçivəsində Azərbaycana məxsus "Yelo Bank" ASC-ni Rusiyaya qarşı sanksiyalar siyahısından çıxarıb.

“Yeni Sabah”ın məlumatına görə, bu barədə Brüsseldə Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, maliyyə sektoru Aİ-nin sanksiya siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır, çünki məhdudiyyətlərdən yayınma ilə bağlı əməliyyatların əhəmiyyətli hissəsi məhz banklar vasitəsilə həyata keçirilir. pizza

"Biz Azərbaycandakı "Yelo Bank"ı siyahıdan çıxara bildik, çünki o, bütün Rusiya sistemlərindən ayrılıb və sanksiyalardan yayınmanın qarşısını almaq üçün etibarlı tədbirlər tətbiq edib", - Avropa Komissiyasının nümayəndəsi bildirib.

Eyni zamanda, Aİ sanksiyalardan yayınmağa kömək edən həm Rusiya banklarına, həm də üçüncü ölkələrin banklarına təzyiqləri artırmaqda davam edir.

Bundan əlavə, 21-ci paket çərçivəsində daha 33 Rusiya bankına məhdudiyyətlər tətbiq edilib. Həmin banklara əməliyyatlar aparmaq qadağan edilir və onlar maliyyə məlumatlarının mübadiləsi sistemi olan SWIFT-dən ayrılır.

Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Aİ Rusiyanın iri regional banklarına və artıq sanksiya altında olan bankları əvəz edən maliyyə qurumlarına diqqət yetirib.

Bundan əlavə, məhdudiyyətlərdən yayınmağa kömək etdiklərinə görə üçüncü ölkələrdəki üç banka - Monqolustandakı bir banka, Rusiyanın "Sberbank" və "VTB" banklarının Hindistandakı iki törəmə strukturuna, eləcə də Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etməyə davam edən Qırğızıstandakı banka qarşı sanksiyalar tətbiq edilib.

Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, sanksiya təhlükəsi bir çox xarici bankları sanksiya rejiminin pozulması risklərini aradan qaldırmaq üçün öz fəaliyyətlərini əvvəlcədən nəzərdən keçirməyə və Avropa orqanları ilə qarşılıqlı əlaqədə olmağa sövq edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyul 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri