Icma.az
close
up
RU
Yemək yedikdən sonra özünüzü pis hiss edirsinizsə...

Yemək yedikdən sonra özünüzü pis hiss edirsinizsə...

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çox vaxt yemək yedikdən sonra xoşagəlməz hisslər, bəzən hətta ağrılı hallar olur. Qəbizlik, şişkinlik, ümumi zəiflik və digər problemlər səhv qidalanma ilə bağlı ola bilər.

Bu problemlərdən xilas olmaq üçün qida rasionunu necə dəyişmək olar?

Publika.Az xəbər verir ki, məşhur həkim, "Sağlam yaşamaq" verilişinin aparıcısı Yelena Malışeva yeməkdən sonra özünü pis hiss etməyin səbəblərini açıqlayıb.

Qarın şişkinliyi

Bəzən nahardan bir neçə saat sonra mədədə gurultu başlayır və şişir. Bəlkə də bu, laktoza qarşı dözümsüzlükdən qaynaqlanır. Bu, allergiya deyil. Mümkündür ki, bədəninizdə süd şəkərini həzm etmək üçün laktaza fermenti yoxdur. Süd digər məhsulların əsas tərkib hissəsidir, məsələn, demək olar ki, bütün qənnadı məmulatları.

Bu halda nə etməli? Bütün süd məhsulları və ağartı məhsullarını rasiondan iki həftəlik çıxarın. Əgər problem laktoza idisə, şişkinlik sizi narahat etməyəcək.

Yeri gəlmişkən, ağartı məhsullarını demək olar ki, həmişə istifadə etmək olar. Laktoza onlarda emal olmuş haldadır. Ancaq adi südü, aşağı laktozalı ilə əvəz edə bilərsiniz.

Qəbizlik

Qəbizliyin yaranmasının səbəbləri müxtəlifdir. Ancaq makaron, çörək, kökə və s. karbohidrat məhsullarına üstünlük verən insanları qəbizlik daha çox vaxt yorur.

Nə etməli? Rasiona lifli taxıl məhsulları, göyərti, tərəvəzlər və kəpək daxil edin. Gündəlik tələbatı ödəmək üçün 30 qram qarğıdalı kəpəyi yemək kifayətdir. Buğda və yulaf isə daha kalorili olur.

Yeməkdən sonra zəiflik və yorğunluq

Bu, əlamətlər anemiyaya işarə edir. İnsanlar tez-tez nar, alma və qarabaşaq sayəsində problemi xalq üsulları ilə həll etməyə çalışırlar. Amma tamamilə faydasızdır. Qan azlığından əziyyət çəkən insanlar üçün ən effektiv vasitə ət məhsullardır. Çünki məhz onlarda bu xəstələrə lazım olan kifayət qədər dəmir mövcuddur. Xüsusilə mal əti qaraciyəri dəmirin ən zəngin mənbəyidir.

Nə etmək lazımdır? Qan testlərində dəmir azlığı və ya hemoqlobin varsa, qida rasionuna müntəzəm olaraq ət, qaraciyər də daxil edin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri