Icma.az
close
up
RU
Yeməkdən sonra yuxululuq nədən yaranır?

Yeməkdən sonra yuxululuq nədən yaranır?

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Həddən artıq doyunca yeməkdən sonra yaranan “qida koması” yuxululuğa, yorğunluğa və diqqətin azalmasına səbəb olur”.

Ölkə.az “İzvestiya”ya istinadla xəbər verir ki, bu sözləri rusiyalı həkim Yevgeni Arzamassev deyib.

“Əsas səbəb birdəfəyə həddindən artıq çox yeməkdir: məsələn, insan gün ərzində yalnız bir dəfə yeməyə vaxt tapır və ya səhər yeməyini yemir, nəticədə günorta çox yeyir. Çox yemək həzm orqanlarında qan dövranını artırır, amma bu zaman beynin fəaliyyəti zəifləyir. Bu, insan bədənində çox qədimdən gələn bir refleksdir, insanlar yemək tapdıqdan sonra istirahət edirdilər.

Bundan başqa, yuxululuğa yüksək qlisemik indeksə malik məhsullar da səbəb olur. Belə ki, bir çox sürətli qəlyanaltılar (fastfood və şirniyyatlar) qanda şəkərin sürətlə qalxmasına, sonra isə sürətlə düşməsinə səbəb olur. Bu isə insanın özünü pis hiss etməsinə gətirib çıxarır”.

Həkim qeyd edib ki, bu hal xüsusilə diqqət tələb edən peşələrdə çalışanlar üçün təhlükəlidir, məsələn, sürücülər üçün.

O diqqətə çatdırıb ki, qida komasına səbəb olan amillər ümumilikdə orqanizmə zərər verir. Çox tez-tez rafinə olunmuş məhsulların (yəni tərkibində faydalı maddə qalmamış, süni şəkildə emal olunmuş qidaların) istifadəsi bağırsaq fəaliyyətini və karbohidrat mübadiləsini pozur. Onun sözlərinə görə, sistemli şəkildə çox yemək mədəaltı vəzə mənfi təsir edir və şəkərli diabetin yaranma riskini artırır:

“Səhər yeməyi mütləq yeyilməlidir. Günorta yeməyi iki yerə bölünsün: biri əsas (zülallar və tərəvəzlər daxil olmaqla), digəri isə yüngül qəlyanaltı şəklində. Bundan əlavə, qidalanmanın keyfiyyəti artırılmalı, faydasız məhsulların miqdarı azaldılmalıdır. Enerji və gümrahlıq üçün bədənin tam istirahətə ehtiyacı var, buna görə rejim qurulmalı və sağlam yuxu təmin edilməlidir. Bədəndə vitamin və mikroelementlərin normal səviyyədə olması maddələr mübadiləsində və enerji dövriyyəsində əsas rol oynayır".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri