Ermənistan Türkiyə ilə sərhədin açılmasının iqtisadi təsirlərini qiymətləndirir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ermənistan hökuməti Türkiyə ilə sərhədin açılmasının ölkə iqtisadiyyatına təsirlərini araşdırır.
APA xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan açıqlama verib.
Nazirin sözlərinə görə, hazırda hökumət sərhədin açılmasının ticarət dövriyyəsinə göstərəcəyi təsiri, hansı malların idxal və ixrac edilə biləcəyini, eləcə də iqtisadi əlaqələrin potensial istiqamətlərini qiymətləndirir.
“Bu dəfə biz sərhədin açılmasının ticarət dövriyyəsinə necə təsir göstərəcəyini, hansı məhsulların idxal və ixrac ediləcəyini araşdırırıq. Anlayış, iş var, lakin bu müəyyən təcrübə tələb edən bir prosesdir və biz onu öyrənirik”, - Papoyan qeyd edib.
Nazir əlavə edib ki, məsələ üzrə işlər davam edir və Ermənistan hökuməti iqtisadi riskləri və imkanları hərtərəfli şəkildə qiymətləndirməyə çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 28 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















