Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir! FOTO
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Göyçay sakini, ictimai fəal Məhəmmədəli Səmədov tərəfindən "Hürriyyət"in redaksiyasına məktub daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
"Göyçay Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası ("KT") aparatı bir müddətdir sıradan çıxıb. Məlumata görə, aparatın təmiri üçün cəmi 500 manat lazımdır. Bu səbəbdən, xəstələr müayinə üçün digər klinikalara yönləndirilir, vaxt və enerji itirirlər.
KT-ni işlədən yeganə həkim Cavad Cavadov həm Skopia, həm də "KT" müayinələrini aparır – nəticədə növbələr uzanır, xəstələr əziyyət çəkir.
Əvvəllər bu sahədə ayrıca mütəxəssis olsa da, sabiq direktor onu əsassız olaraq işdən uzaqlaşdırıb.
TƏBİB və aidiyyəti qurumlardan xahiş olunur ki, "KT" aparatı təmir edilib istifadəyə verilsin və bu sahəyə ixtisaslı həkim təyin olunsun!"
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 28 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















