Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yəmənin cənub-qərbindəki Taiz əyalətində bazara endirilən zərbə nəticəsində 30-dan çox insan həlak olub. Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) hücuma görə Səudiyyə Ərəbistanını ittiham edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, husilərin məlumatına görə, hava zərbəsi bu gün səhər saatlarında endirilib.
“Səudiyyə Ərəbistanına məxsus “F-15″ qırıcısı Xamis-Muşayt bazasından havaya qalxaraq Taiz əyalətinin Əl-Vaziyə rayonundakı Əl-Xadara bazarına üç zərbə endirib. Nəticədə onlarla dinc sakin həlak olub və yaralanıb”, – deyə husilərin hərbi nümayəndəsi Yəhya Sarinin “Telegram” kanalında dərc olunan bəyanatda bildirilib.
Öz növbəsində, “Al Arabiya” telekanalı mənbələrə istinadən zərbəni husilərin özlərinin ballistik raketlə endirdiyini xəbər verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 06 Noyabr 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















