Icma.az
close
up
RU
Yəmənin qərb sahili üsyançıların nəzarətinə keçib

Yəmənin qərb sahili üsyançıların nəzarətinə keçib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Radikal “Ənsar Allah” hərəkatının dəstələri sentyabrın 11-də Yəmənin qərb sahilinə tam nəzarəti ələ keçirib və sahilə yaxın adalara desant çıxarıb. Bu, qruplaşmanın bir gün əvvəl Yəmənin mərkəzi hökumətinə tabe qüvvələrin Bəb əl-Məndəb boğazının sahilyanı əsas ərazilərində müdafiəsini yararaq irəliləməsindən sonra baş verib. Yəmənin mərkəzi hakimiyyətini dəstəkləyən və İran tərəfindən blokadaya alınmış Hörmüz boğazına alternativ kimi Qırmızı dənizdən istifadə edən Səudiyyə Ərəbistanı yeni dəniz blokadasının yaranacağından ehtiyat edir və ABŞ administrasiyasından yardım istəyir.

Yəmənin mərkəzi hökumətindəki mənbələrin BƏƏ-nin The National nəşrinə verdiyi məlumata görə, husilər sentyabrın 11-də Yəmənin bütün qərb sahilinə, eləcə də Bəb əl-Məndəb boğazının mərkəzində yerləşən Perim adasına nəzarəti ələ keçirib.

“Mənbə bildirir ki, onlar hər şeyi ələ keçiriblər. Bütün qərb bölgəsi, eləcə də Perim adası onların nəzarətinə keçib. İndi hər şey onların əlindədir”, – deyə nəşr təhlükəsizlik sahəsində çalışan mənbədən sitat gətirib.

The National-ın ikinci mənbəsinin sözlərinə görə, “Ənsar Allah”ın hücumu nəticəsində Bəb əl-Məndəb boğazı ərazisində yerləşən digər strateji əhəmiyyətli ada – Züqar da hökumət qüvvələrinin nəzarətindən çıxıb. Bununla da “Ənsar Allah” Bəb əl-Məndəb boğazına tam nəzarət əldə edib.

Bundan bir gün əvvəl, sentyabrın 10-da husilər sahildə yerləşən Moha şəhərində rəqib qüvvələri geri çəkilməyə məcbur edib və burada yerləşən dərin sulu limanı ələ keçiriblər. Bu, bir həftə əvvəl başlanan genişmiqyaslı hücumun nəticəsi olub. Bəb əl-Məndəb boğazından cəmi 70–80 kilometr şimalda yerləşən şəhərin tutulması husilərə boğaza doğru irəliləmək və boğazdakı adalara desant çıxarmaq üçün quru və dəniz dayaq məntəqəsi yaradıb.

Yəmənin Rəhbərlik Şurasının sədri, ölkənin hökumət başçısı Rəşad əl-Əlimi həmin gün beynəlxalq ictimaiyyətə təcili yardım çağırışı ilə müraciət edib.

Rəşad əl-Əlimi xəbərdarlıq edib ki, husilər İranın Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlanğıcında Hörmüz boğazını bağlamasına bənzər şəkildə Bəb əl-Məndəb boğazını da bloklamaq niyyətindədir.

“Bəb əl-Məndəbdə Hörmüz böhranının təkrarlanmasına yol vermək olmaz”, – deyə Yəmən lideri bildirib. O, Tehranı region ölkələrinə təzyiq göstərmək üçün husilərdən istifadə etməkdə ittiham edib. Əl-Əliminin sözlərinə görə, Yəmən İranın maraqları naminə geosiyasi şantaj meydanına çevrilməyəcək. O, yaranmış vəziyyətin enerji və ərzaq tədarükünə təhlükə yaratdığını vurğulayıb.

Yəməndəki gərginliyin artmasına beynəlxalq dəniz daşımaları da dərhal reaksiya verib. Kpler monitorinq platformasının məlumatına görə, Bəb əl-Məndəb boğazından keçən gəmilərin sayı sentyabrın 10-da günün ikinci yarısında kəskin azalıb. Həmin gün boğazdan cəmi 6 ticarət gəmisi keçib. Bir gün əvvəl isə bu göstərici 30 olub.

Cəbhədə vəziyyətin dəyişməsi barədə məlumat yayıldıqdan sonra Bəb əl-Məndəb boğazından Hörmüz boğazına alternativ marşrut kimi istifadə edən Səudiyyə Ərəbistanı da tankerlərini təcili olaraq digər istiqamətlərə yönəltməyə başlayıb.

Qırmızı dənizdə olan və ya Yanbu limanında yüklənən gəmilər təcili şəkildə şimala – Misir istiqamətinə yönəldilib.

Husilər isə beynəlxalq gəmiçiliyə təhlükə olmadığını bildirirlər. “Ənsar Allah” hərəkatının rəsmi nümayəndəsi Yəhya Səriya sentyabrın 11-də çıxışı zamanı bildirib ki, Səudiyyə Ərəbistanına məxsus gəmilər istisna olmaqla, bütün digər gəmilər üçün Qırmızı dənizdən keçid təhlükəsizdir.

“Biz ‘mühasirəyə qarşı mühasirə’ prinsipinə sadiq qalırıq və Səudiyyə təcavüzkar qüvvələrinə zərbələr endiririk”, – deyə husilərin nümayəndəsi bildirib. O, Ər-Riyadı “Ənsar Allah”a qarşı düşmənçilik fəaliyyətini dayandırmağa çağırıb.

The National-ın İran mənbələri isə iddia edir ki, hazırkı hərbi kampaniyaya başlamaq barədə husilərə məhz Tehran göstəriş verib. Mənbələrin məlumatına görə, bunun müqabilində üsyançılara silah tədarükü, maliyyə yardımı və iranlı hərbi məsləhətçilərin xidmətləri vəd olunub.

Mənbələr iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri artıq husilərin nəzarətində olan ərazilərdədir və hərəkatın hərbi rəhbərliyinə döyüş əməliyyatlarının aparılması ilə bağlı məsləhətlər verirlər.

Axios nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhdi və faktiki hökmdarı Məhəmməd bin Salman sentyabrın 10-da ABŞ Prezidenti Donald Trampla iki dəfə telefonla danışaraq yardım istəyib.

Nəşrin mənbələrinə görə, vəliəhd Ağ Evdən husilərə qarşı hərbi əməliyyata başlamağı xahiş edib. Lakin Vaşinqton bu təklifi dəstəkləməyib.

Axios-un mənbələrinin sözlərinə görə, Tramp administrasiyası bütün səylərin Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə yönəldilməli olduğunu düşünür. Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri həmin ərazidə ticarət gəmilərinin cənub gəmiçilik dəhlizi ilə hərəkətini təmin edir.

Bununla belə, CNN-in mənbələri bildirir ki, ABŞ Səudiyyə Ərəbistanı ilə kəşfiyyat məlumatlarının mübadiləsini artırıb və hədəflərin müəyyənləşdirilməsində Ər-Riyada dəstək göstərib.

Donald Trampın husilərlə mübarizədə uğursuz təcrübəsi də var. 2025-ci il martın 15-də Ağ Ev rəhbəri Yəməndə “Ənsar Allah” hərəkatının hərbi potensialını zəiflətməyə yönəlmiş genişmiqyaslı hava və dəniz əməliyyatına başlanması barədə əmr verib.

ABŞ-ın bir neçə həftə davam edən intensiv zərbələrinə baxmayaraq, husilər həm hərbi potensiallarını, həm də silah-sursatın kustar üsulla istehsal edildiyi obyektləri qoruyub saxlayıblar.

Əməliyyat 2025-ci il mayın 6-da başa çatıb. Buna Oman vasitəçiliyi ilə ABŞ administrasiyası ilə husilər arasında atəşkəs barədə razılaşmanın əldə olunmasından sonra qərar verilib. Husilər isə bu fasilədən silah-sursat ehtiyatlarını artırmaq üçün istifadə ediblər.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri