Icma.az
close
up
RU
“Yenə “Azərbaycan” şeir(lər)i haqqında:“Əsas müəllif” axtarışı,kimdir haqlı?

“Yenə “Azərbaycan” şeir(lər)i haqqında:“Əsas müəllif” axtarışı,kimdir haqlı?

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yenə “Azərbaycan” şeir(lər)i haqqında:“Əsas müəllif” axtarışı,kimdir haqlı?

Son illər mətbuatda tez-tez Səməd Vurğun-Əhməd Cavad “tandemi” və “münaqişəsi” haqqında yazılar gedir. Bəribaşdan onu demək lazımdır ki, hər iki sənətkarın ədəbiyyatımız qarşısında çox böyük xidmətləri olmuşdur.

Adətən, Səməd Vurğunu “vurmaq” istəyənlər onun məşhur misralarını yada salırlar:

Mən nə Sanılıyam, nə də Cavadam,

Onlara düşmənəm, onlara yadam.

Bəli, bu misraların müəllifi Səməd Vurğundur.

Bəziləri az qala şairin bu misralarını “donos” kimi qəbul edirlər. Hətta, ittiham irəli sürənlər də tapılır. Belələri Cavadın repressiya olunmasında məhz bu misraların “təqsirkar”, “günahkar” olduğunu iddia edirlər. Yanlış yanaşmadır. Əvvəla, ona görə ki, bu misraların qələmə alındığı dövrdə elə Səməd Vurğunun özünü “ifşa” edən kifayət qədər tənqidi yazılara, ittihamlara rast gəlmək mümkündür. İkincisi, Səməd Vurğun və yaxud onun özünü “ifşa” edən müəlliflər, ölkənin başçısı və ya Baş prokuroru deyildilər ki, kiminsə repressiya olunmasında “rol” oynasınlar. Ona qalmış bu günün özündə belə, bir-birini ifşa edən kifayət qədər qələm adamları, o cümlədən şairlər və şeir yazanlar vardır. “İfşaya” görə can alınsaydı onda gərək ölkədə bir adam da qalmayaydı…

Totalitar rejimin törətdiyi faciələri zor-xoşla o dövrün yaradıcı adamlarının boynuna qoymaq indi bir dəbə, daha dogusu, xəstəliyə çevrilib... Elə deyil axı. Adamlar tanıyırıq ki, yazı masasının arxasında qorxmazlıqdan, şücaətdən, hünərdən dəm vurur, amma necə deyərlər, bir balaca "quyrugu qapı arasında qalanda" bütün ətrafını, hətta öz nəslini, öz ata-balasını satmağa hazır olur. Şəxsən mən bu cür miskin, qorxaq adamları görəndən sonra 30-cu illərin bütün qurbanlarına qurban kəsmək istəyirəm. Onların çoxu əsl qəhrəmanlar nümunəsi göstərib… Tarixdə "yalançı cəngavərlər” həmişə olub, bu gün isə onların sayı daha çoxdur. Bəli, gizlətməyə ehtiyac yoxdur, Səməd Vurğun və Üzeyir Hacıbəyov Məmməd Əmini də tənqid ediblər. Amma dahi Rəsulzadə hər iki sənətkar haqqında kifayət qədər xoş sözlər deyib və günahı ayrı-ayrı şəxsiyyətlərdə deyil, mənfur sistemin, qəddar rejimin özündə görüb.

Səməd Vurğunu ittiham edənlərin bir qismi şairin məşhur “Azərbaycan” şeirinin guya “plagiat” olduğunu irəli sürürlər. Bəli, Əhməd Cavadın da “Azərbaycan” adlı şeiri var. Həmin şeir 1919-cu ildə dərc edilib. Səməd Vurğunun şeiri isə, səhv etmirəmsə, 1933-34-cü illərdə yazılıb və 1935-ci ildə dərc edilib, yəni 15 il sonra. Nəzərə almaq lazımdır ki, Sovet dönəmində yazılmış həmin şeir (yəni S.Vurğunun şeiri) dərc edilərkən Əhməd Cavad sağ idi. Səməd Vurğunun kiminsə şeirini “köçürməsi” barədə ortada hər hansı bir iddia yoxdur. Hətta, bəzi xatirələrdə nisbətən yaşlı şairin (yəni Ə.Cavadın) öz gənc həmkarını o zaman bu şeirə görə təbrik etdiyi də bildirilir. Və orasını da qeyd edək ki, S.Vurğunun bu şeiri işıq üzünə çıxandan sonra açıq səmada bir şimşək kimi parladı, tezliklə dillər əzbəri oldu. Yenə təkrara ehtiyac duyulur: həmin dövrdə Əhməd Cavad hələ sağ idi.

Sual yaranır: bəs ikinci “Azərbaycan” şeirinin eyniadlı birinci şeirə oxşarlığı var ya yox? Bəli, var. Hər iki şeirdə, hətta, bəzi söz və ifadələrin eyni olduğu da nəzərdən qaçmır. Məsələr, “durnagözlü bulaqlar”, “bəhri-Xəzər”, “orman”, “maral” və digər anlayışlar, ifadələr bu deyilənlərə aiddir.

Hər iki şeir oxşardır. Amma bu “oxşarlıq” qətiyyən eyniyyət təşkil etmir. Açığını deyim ki, kim sonralar “Azərbaycan” rədifli (və ya adlı) şeir yazıbsa, məhz S.Vurğunun şeirinə “bənzəyib”. Bəli, bundan sonra da Azərbaycan haqqında yazılacaq bütün şeirlər məhz Səməd Vurğunun (və təbii ki, həm də Ə.Cavadın) şeirini yada salacaq: necə ki, ölkə haqda sonralar yazılan “ölkə” rədifli bütün şeirlər Cəfər Cabbarlının “Ölkəm” şeirini, ana dilimiz haqda yazılan bütün şeirlər Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirini, repressiyalar haqqında qələmə alınmış bütün poemalar Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasını, Xəzər haqqında yazılan bütün poetik nümunələr Nəbi Xəzrinin “İki Xəzər” poemasını, keçi haqqında yazılan şeirlər Abdulla Şaiqin dillər əzbəri olan şeirini, meşəbəyi haqqında yazılan bütün şeirlər Hüseyn Arifin məşhur qoşmasını “yada salır” və gələcəkdə də yada salacaq… Bütün bunları təbii qarşılamaq lazımdır.

S.Vurğundan sonra həmin rədifdə onlarla, bəlkə də yazlərlə şeir, musiqi mətni yazılıb.Və həmin şeirlərin hamısı məhz Səməd Vurğunun “Azərbaycan” şeirinə bənzəyir.

Sonra. Şeirlərin strukturunda əsaslı fərqlər də mövcuddur. Belə ki, Ə.Cavadın şeiri “dördlükdə” (bənddəki misralar nəzərdə tutulr) yazılıb. Məsələn, bu cür:

İpək, pambıq, yunun çoxdur!

Arpa, buğda, dügün çoxdur!

Hər şeyin var, nəyin yoxdur?!

Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!

Gur-gur axar neçə çayın!

Bol veribdir, fələk payın!

Azərbaycan! Azərbaycan!

Bildiyimiz kimi, S.Vurğunu “Azərbaycan” şeiri “beşlikdə” yazılıb:

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır.

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Haqqında söhbət gedən şeiri Səməd Vurğun gələcək “Azərbaycan” epopeyasının proloqu kimi nəzərdə tutmuşdu.

Bəli, Azərbaycan haqqında və ya “Azərbaycan” adlı çox şeirlər var. Onların hansı yaxşıdır? Əlbəttə, bu çox banal, mənasız, yersiz sualdır. Hər iki şeir bizim üçün qiymətlidir.

İllərdir ki, Səməd Vurğunun adı çəkilən möhtəşəm şeiri bir himn kimi səslənməkdədir. Və ədalət naminə deyək ki, ölkədə ən adi adamdan tutmuş ən yüksək səlahiyyət sahibinə qədər, elə bir adam tapılmaz ki, bu misraları əzbərdən bilməsin və onun müəllifini tanımasın:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan…”

p.s. Bu müxtəsər yazı düz 3 il əvvəlin bu günü qələmə alınıb.

Gündəlik belə "deyir"..

Firuz Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 23 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri