Icma.az
close
up
RU
YENƏ İSTANBUL SON ŞANS, YOXSA NÖVBƏTİ “SÜLH OYUNU”? Və ya Putin danışıqlarla nə qazanmaq istəyir?

YENƏ İSTANBUL SON ŞANS, YOXSA NÖVBƏTİ “SÜLH OYUNU”? Və ya Putin danışıqlarla nə qazanmaq istəyir?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna və Avropa liderlərinin ABŞ-nin dəstəyilə Kremlə ünvanladıqları 30 günlük atəşkəs ultimatumundan sonra Vladimir Putinin gecə saatlarında verdiyi bəyanat topu yenidən Ukraynanın meydanına atmaq cəhdi oldu. Putin de-fakto 30 günlük atəşkəs tələbini rədd edərək, Ukrayna rəhbərliyini mayın 15-də İstanbulda birbaşa danışıqalra çağırdı.

Lakin rəsmi Kiyev də artıq belə diplomatik oyunları oynamağı öyrənib və bunun göstəricisi o oldu ki, Kiyev nəinki təklifi qəbul etdi, üstəlik, dərhal Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda mayın 15-də Putinlə təkbətək görüşə hazır olduğunu bəyan etdi.

Trampın Rusiya ilə danışıqlara “dərhal” başlamaq çağırışından sonra Zelenski İstanbulda Putini şəxsən gözləyəcəyini bildirdi: "Biz sabahdan atəşkəs gözləyirik - tam və davamlı, diplomatiya üçün lazımi baza təmin edəcək atəşkəs. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən. Ümid edirəm ki, ruslar bu dəfə niyə bunu edə bilməyəcəklərinə dair bəhanələr axtarmayacaqlar".

Bununla da Zelenski dərhal topu qaytarıb, Putinin meydanına atmış oldu.

Lakin təbii ki, Putinin Zelenski ilə belə tezliklə təkbətək görüşməyəcəyi və bunu istəmədiyi gün kimi aydındır. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Kreml Ukrayna ilə danışıqlar üçün İstanbulda Rusiya danışıqlar qrupuna kimin rəhbərlik edəcəyini açıqlayacaq. Aydın məsələdir ki, həmin rəhbər şəxsən Putin olmayacaq…

Kreml başçısı əlbəttə ki, özünü daha iri çaplı dünya lideri sayır və ilk növbədə Donald Trampla görüşmək istəyir. 

Tramp isə hələ buna o qədər də həvəsli görünmür. Əvəzində, Ağ Ev sahibi Putinin məlum bəyanatından sonra “Truth Social” sosial şəbəkəsində yazıb ki, Ukrayna Vladimir Putinin təklif etdiyi danışıqlara razılıq verməlidir, lakin Kreml də bəhanə axtarmamalı, ortaya real mövqe qoymalıdır: "Prezident Putin Ukrayna ilə atəşkəs razılaşmasını istəmir, lakin qan tökülməsinə mümkün son qoyulması məsələsini müzakirə etmək üçün cümə axşamı Türkiyədə görüşmək istəyir. Ukrayna bununla dərhal razılaşmalıdır. Ən azı onlar razılaşmanın mümkün olub-olmadığını anlaya biləcəklər. Əgər mümkün deyilsə, Avropa liderləri və ABŞ hər şeyin nə yerdə olduğunu biləcəklər və buna uyğun hərəkət edə biləcəklər! Mən Ukraynanın İkinci Dünya Müharibəsində qələbəni, hansı ki, ABŞ-siz mümkün olmayan(heç buna yaxın da getməyən) qələbəni bayram etməklə həddindən artıq məşğul olan Putinlə sövdələşmə əldə edəcəyinə şübhə etməyə başlayıram. DƏRHAL GÖRÜŞ KEÇİRİN!!!".

Tramp bu bəyanatı ilə bir yandan Putinin keçirdiyi parada nə dərəcədə qıcıqlandığını, digər yandan isə ona etibar etmədiyini və Putin tezliklə Ukrayan ilə razılıq əldə etməyəcəyi halda, Avropa ilə birgə müvafiq addımlar atmağa hazır olduğunu ifadə edib.

Bu arada Ukrayna tərəfi Putinin son bəyanatına münasibət göstərərkən qeyd edib ki, Kreml mayın 12-dən başlayaraq de-fakto atəşkəsə razılıq verməkdən imtina edib.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib ki, Putinin bəyanatı Ukrayna üçün sürpriz olmayıb: "Hesab edirəm ki, bu, ukraynalılar üçün yeni bir şey deyil. Biz işğalçı ilə illərdir danışıqlar aparırıq və bilirik ki, onlar vaxtı necə uzadırlar. Ukrayna ən çox ədalətli və davamlı sülhə can atır. Biz bu barədə bütün səviyyələrdə açıq danışırıq. Ona görə də biz daim vurğulayırıq: Ukrayna danışıqların istənilən formatına hazırdır. Biz Rusiyaya sülh prosesini pozması üçün əsas verməyəcəyik".

O vurğulayıb ki, əgər Rusiya həqiqətən də danışıqlara hazırdırsa, ABŞ və avropalı tərəfdaşların 30 günlük hərtərəfli atəşkəslə bağlı təkliflərini qəbul etməlidir. Doğrudan da, Kremlin sülhə hazır olmasının ən birinci göstəricisi ən azından bir aylıq atəşkəsə razılıq verməsi ola bilər. Lakin Putinin buna getməməsi və müharibə gedə-gedə danışıqlar aparmaq “ideyası” ondan xəbər verir ki, Kreml müharibəni indiki cəbhə xətti boyunca dayandırmaq niyyətində deyil və hələ tam işğal edə bilmədiyi Ukraynanın məlum 4 vilayətinin qalan ərazilərini də tələb etməkdə israrlıdır.

Putin üçün indiki cəbhə xətti boyu uzunmüddətli atəşkəsə razılıq vermək Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin qalan ərazilərindən de-fakto imtina etmək anlamına gəlir. Bu ərazilər isə Putin tərəfindən Rusiya konstitusiyasına Rusiya ərazisi kimi artıq daxil edilib. Odur ki, həmin ərazilər işğal olunmayınca, real atəşkəs sual altındadır və bu, 4 vilayətlə bağlı öz qərarının girovuna çevrilən Putinin böyük ölçüdə geri çəkilməsi anlamına gələ bilər.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Rusiya XİN başçısı Sergey Lavrov növbəti dəfə sözügedən ərzailərin Rusiyaya verilməsi tələbinin dəyişməz olaraq qaldığını bəyan edib. Bu tələb Kiyev üçün tapdanması birmənalı mümkünsüz olan “qırmızı cizgidir”.

Bəs, belə olan təqdirdə Putin İstanbulda birbaşa danışıqlara başlamaqla nəyə nail olmaq istəyir? 

İlk növbədə Yermakın da dediyi kimi, vaxt uzatmağa. Məsələ ondadır ki, Co Baydenin Ukraynaya ayırdığı silah və maliyyə dəstəyi təxminən yayın ortalarında bitəcək. Tramp isə dəfələrlə Ukraynaya yeni yardım paketi ayırmaqda qətiyyən maraqlı olmadığını bəyan edib. Bu, Kremldə yay hərbi kampaniyasında Rusiyanın cəbhədə yeni nələrəsə nail olacağına dair ümid yaradır.

Lakin Trampın “Avropa liderləri və ABŞ hər şeyin nə yerdə olduğunu biləcəklər və buna uyğun hərəkət edə biləcəklər” ifadəsi onu deməyə əsas verir ki, Ağ Ev Ukraynaya yardım məsələsinə yenidən baxa, silah tədarükünü kəskin çoxalda və Avropa ilə birgə Rusiyaya qarşı sanksiyaları daha kəskin səviyyəyə qaldıra bilər. Putin isə təbii ki, bunda maraqlı deyil və bu baxımdan Kreml sanki bir qədər küncə sıxışdırılmış kimi görünür…

Lakin Rusiyanın İstanbula 2022-ci ildə olduğu kimi, yenə də faktiki kapitulyasiya tələbləri ilə gələcəyi az şübhə doğurur. Putinin məhz İstanbulu seçməsi də təkcə Türkiyənin heç şübhəsiz artan beynəlxalq nüfuzu və rolu ilə bağlı deyil. Bu, həm də onunla bağlıdır ki, İstanbul danışıqları daha çox 2022-ci ildəki Ukraynanın de-fakto kapitulyasiya müzakirələri ilə asossasiya olunur. Yeni İstanbul danışıqları da Krenml tərəfindən əvvəlkinin davamı kimi qəbul olunur və sözsüz ki, Rusiyanın daxil auditoriyasına da bu cür – kapitulyasiya danışıqları kimi təqdim olunacaq.


Bu baxımdan Kremlin şərtlərində ciddi dəyişiklliklərin olacağı inandırıcı deyil. Bir yandan Zelenskini dəfələrlə qeyri-legitim adlandıran Kreml onunla birbaşa danışıqlara razılıq verirsə, digər yandan da yeni qəbuledilməz tələblər irəli sürür. Məsələn, tələb edir ki, atəşkəs əldə olunacağı təqdirdə, həmin müddət ərzində Ukraynaya Qərbdən silah tədarükü dayandırılsın. Sanki bu zaman Rusiyanın özü Hərbi Sənayesinin fəaliyyətini donduracaq, Şimali Koreyadan, İrandan silah almayacaq… Həmçinin, Rusiyanın işğal etdiyi ərazilərin hüquqi statusunun tanınması tələb olunur ki, bu da Ukrayna üçün birmənalı olaraq qəbuledilməzdir. Təbii ki, denasifikasiya və demilitarizasiya kimi absurd tələblər də qüvvədə qalır…

Bir sözlə, Kreml bir addım da geri atmadan, danışıqların imitasiyasını yaratmaq, paralel olaraq da Ukraynanın işğalını davam etdirmək niyyətindədir. Bunu Ukrayna və Avropa çoxdan bilir. Üstəgəl, artıq özünü görməməzliyə vuran Tramp və onun ətrafı da bunu “görməyə” başlayır…

Bu arada “Bloomberg” öz mənbələrinə istinadla yazır ki, Putinin gecə bəyanatına baxmayaraq, Avropa liderlərinin ABŞ ilə razılaşdırılmış mövqeyi dəyişməyib: “Avropalıların ümumi mövqeyini aşağıdakı tezislərlə ifadə etmək olar: Sabah atəşkəs başlamalıdır, Rusiya buna razı olmalıdır; imtina edildiyi təqdirdə, Avropa və ABŞ-dən cavab olacaq, o cümlədən əvvəllər razılaşdırılmış yeni sanksiyalar. Donald Tramp və Volodimir Zelenskinin sosial şəbəkədəki bəyanatları isə artıq əldə edilmiş razılaşmanı ləğv etmir”.

“Axios” isə öz mənbələrinə istinadla xəbər verir ki, Rusiya atəşkəslə razılaşmasa belə, Zelenski cümə axşamı Türkiyəyə gələcək. Bununla da Putindən fərqli olaraq, real danışıqlara hazır olduğunu göstərəcək. Hələlik, bununla bağlı rəsmi açıqalama verilməsə də, görünən odur ki, Qərb Putini bütün bəhanələrindən məhrum etmək istəyir.

Bəs, İstanbul danışıqları nəhayət, dönüş nöqtəsi ola biləcəkmi, Rusiya real sülhə gedəcəkmi? Təəssüf ki, əksər nüfuzlu ekspertlərin də dediyi kimi, bu şanslar olduqca zəifdir və Putinin İstanbul təşəbbüsü daha çox vaxt uzatmağa hesablanan addım kimi görünür…

C. Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 May 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Şimali Kipr mediası Heydər Əliyev irsi barədə materiallar dərc edir

10 May 2025 18:53see190

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see155

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see150

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see149

Prezident Ağdamda Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)

11 May 2025 00:00see144

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see143

Sakitlik uzun çəkmədi Kəşmirdə partlayış səsləri eşidilir

10 May 2025 19:50see141

ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadı KONKRET

10 May 2025 20:26see140

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see140

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see139

Veneranın yeni sirləri planetoloqları çaşdırır...

10 May 2025 23:16see138

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

10 May 2025 22:11see136

Batumi qaranlığa qərq oldu

10 May 2025 22:55see134

Bakıdan Pakistan Hindistan atəşkəsinə reaksiya

10 May 2025 20:15see132

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see131

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see127

Ukraynanın “MiQ 29” təyyarəsi rusların bazasını məhv edib

10 May 2025 19:23see126

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see122

İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır

11 May 2025 17:16see121

Makron Ukrayna planlarından danışıb

11 May 2025 18:45see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri