Icma.az
close
up
RU
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı?

Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı?

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabiq nazirdən təklif: “Hökumət Azərbaycanın regionlarında yeni iş yerlərinin açılması istiqamətində ciddi addımlar atmalıdır”

Rusiyada miqrantlar haqqında qanunun sərtləşməsindən sonra Azərbaycana qayıdanlar var. Azərbaycanın quru sərhədlərinin bağlı olması prosesi məhdudlaşdırsa da,  son aylar ölkəyə qayıdanların sayında artım olduğu deyilir.  Bəzi ekspertlərin fikrincə, azərbaycanlıların  ölkəyə kütləvi axını müəyyən iqtisadi problemləri də özü ilə gətirə bilər. Azpolitika.info Rusiyadakı azərbaycanlılara  istinadən yazır ki,  rublun dəyərdən düşməsi bu ölkədə çalışan azərbaycanlılar üçün böyük problem yaradıb.  Bu səbəbdən xeyli azərbaycanlı artıq ölkəsinə qayıdıb, bir qisim də yaxın aylarda geri dönəcək, çünki işləmək sərfəli deyil, əvvəlki kimi iş, ticarət də yoxdur. Hazırda 1000 rubl 15-16 manatdır. Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki, həm patent ödəsin, həm kirayə versin, həm burada yaşasın, sonra evə də pul göndərsin. Manatla heç olmasa aylıq 2 min manat təmiz gəlir olmasa, evə 300-400 manat göndərmək mümkün deyil.  

“Beləliklə, yüz minlərlə azərbaycanlı ölkənin bağlı qapılarını yavaş-yavaş döyməyə başlayır. Onlar öz vətənlərinə, ailələrinin yanına qayıdıb yaşamlarını sürdürməyə ümid edirlər. Amma sərhəd maneəsini keçsələr belə, Azərbaycanda onları qəbul edib, dolanışığını qismən də olsa təmin etməyə imkanlar varmı? Nəzərə alaq ki, Rusiyada çalışanların böyük əksəriyyəti rayon sakinləridir. Azərbaycanın rayonlarından isə əhali işsizlik səbəbindən sürətlə paytaxta axışır” , - deyə sayt yazır. Bu arada isə ABŞ İmmiqrasiya Agentliyi deportasiya təhlükəsi ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib. Barələrində deportasiya qərarı verilənlər arasında 709 Azərbaycan vətəndaşı da var. Siyahıya  3518 Rusiya, 1862 Ukrayna, 2808 Ermənistan, 709 Azərbaycan vətəndaşı daxildir.

Azərbaycanlıların  ölkəyə kütləvi axını müəyyən iqtisadi problemləri də özü ilə gətirə bilərmi? Azərbaycanda onları qəbul edib, dolanışığını qismən də olsa təmin etməyə imkanlar varmı?


Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiya hökumətinin miqrantlarla bağlı yürütdüyü siyasət Sovetlər İttifaqı dağıldıqdan sonrakı bir neçə il ərzində baş verənlərin  təkrarıdır: “Belə ki, 1990-cı illərdə Rusiyada miqrantlara qarşı çox aqressiv bir münasibət sərgilənirdi. Gələn miqrantlar hər addımda incidilir, onların qeydiyyata düşməsi, iş izini alması müşkül bir məsələyə çevrilirdi. Miqrantı polislər hər addımda saxlayır, onu sorğu-sual edir və bəzən də polis bölməsinə aparıb orada ona işgəncə verirdilər. Bu hal 2004-cü ilə qədər davam etdi. 2004-cü ildə Rusiya parlamentində ölkədəki demoqrafik vəziyyət müzakirə olunarkən bəlli oldu ki, müstəqillik illərində əhali 10 milyon nəfərə qədər azalıb. Bununla bağlı həyəcan təbili çalındı və saylı günlər ərzində Rusiyada ölkəyə gələn miqrantların qeydiyyata düşməsi, iş izini, oturum alması məsələləri əsaslı şəkildə sadələşdirildi. Hətta Sovetlər İttifaqının vətəndaşı olmuş şəxslərə birbaşa Rusiya vətəndaşlığını qəbul etmək təklif olundu. Bu siyasət 7-8 il ərzində öz bəhrəsini verdi və Rusiya əhalisinin sayı müstəqilliyin ilk dövründəki səviyyəyə yaxın arta bildi. Bu gün Rusiyanın miqrantlarla bağlı yürütdüyü siyasət sanki Sovetlər İttifaqı dağıldıqdan sonra 2004-cü ilə qədər onun bu məsələ ilə bağlı sərgilədiyi siyasətə bənzəyir”.

F.Yusifov qeyd etdi ki, bu dəfə məsələnin mahiyyəti tamamilə başqadır. Rusiya indi miqrantlara Ukrayna ilə apardığı müharibəyə cəlb etmək məqsədilə basqılar edir: “Miqrantlara Rusiya vətəndaşlığını qəbul edib müharibəyə getmək təklif olunur. Bunu etmək istəməyənlər isə Rusiya ərazisindən çıxarılaraq geriyə göndərilirlər. Yəni ruslar indi insanları seçim qarşısında qoymaqla öz istəklərinə nail olmağa çalışırlar. Ukrayna ilə üç ilə yaxındır davam edən müharibəyə cəlb ediləcək canlı resurslar tükənir və Rusiya hökuməti bu boşluğu miqrantları müharibəyə cəlb etməklə doldurmaq istəyir”.

Ekspert onu da dedi ki, bu gün Rusiyada demoqrafik durum olduqca acınacaqlıdır: “Hökumətin gördüyü bütün tədbirlərə baxmayaraq, rus qadını dünyaya uşaq gətirmək istəmir. 2024-cü ildə Rusiyada 1 milyon 400 min uşaq doğulub, 1 milyon 663 min insan dünyasını dəyişib. Təbii azalma bir ildə 260 min nəfərdən çoxdur. Belə bir vəziyyətdə ölkədən bu boşluğu dolduran miqrantları çıxartmaq, bir neçə ildən sonra Rusiya hökumətini ciddi demoqrafik problemlərlə üz-üzə qoyacaqdır. Ciddi işçi qüvvəsi çatışmazlığı olan bir ölkədə miqrantlara bəslənən bu münasibətin nə demək olduğunu Rusiya rəsmiləri anlamalıdılar. Bu gün Rusiyada "qara işlər"də və xüsusilə də kommunal xidmətlər sferasında çalışan bir dənə də olsun rus insanı görmək mümkün deyil. Bu sahədə çalışanlar ilk növbədə Orta Asiya respublikalarından Rusiyaya gələn miqrantlardı. Azərbaycan vətəndaşlarının Rusiyadan geri qaytarılmasına gəlincə, onlar bizim vətəndaşlarımızdır və Rusiyaya buradan gediblər. Geri qayıdan vətəndaşların iş yerləri ilə təmin olunması məsələsinə də aidiyyəti hökumət qurumları çalşmalıdılar. Azərbaycanın lazımi addımlar atmaq üçün potensialı var. Bütövlükdə hökumət Azərbaycanın regionlarında yeni iş yerlərinin açılması istiqamətində radikal addımlar atmağa üz tutmalıdır. Bunun alternativi yoxdur, Azərbaycan tək Abşeron yarımadasından ibarət deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Yanvar 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri