Icma.az
close
up
RU
Yeni araşdırma sənətin mənşəyi haqqında fikirləri altüst edib

Yeni araşdırma sənətin mənşəyi haqqında fikirləri altüst edib

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Yeni bir araşdırma sənətin mənşəyi haqqında mövcud fikirləri tarixi faktlara söykənən öz qədim və potensial mənbəyi ilə alt-üst edib. Beynəlxalq alimlər qrupunun araşdırması zamanı məlum olub ki, ilk rəssamların çəkdikləri "rəsmlər" bundan öncəki nəzəriyyələrin elmi yanaşma baxımından yanlış olduğunu sübuta yetirir.
Reyting.az
-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu tapıntı ilk rəssamların bizim birbaşa əcdadlarımız - Homo sapiens olduğunu inkar edir və bu rəsm müəlliflərinin neandertallar ola biləcəyi ehtimalını ortaya qoyur.
Alimlər İspaniya ərazisindəki Maltravieso mağarasını geniş tədqiq etdikdən sonra belə qənaətə gəliblər ki, burada daş üzərində həkk olunmuş rəsm əsəri Homo sapiens insanlarının əl işi deyil. Bu qədim mağarada xurmanın divara qoyulması və üzərinə boya üfürülməsi vasitəsilə yaradılmış onlarla kustar üsulla işlənən belə əl trafaretləri aşkar olunub.

Qədim rəsmlərin yaşı, təhlillə göstərildiyi kimi, 66.000 ildən çoxdur və bu, bir daha onu sübut edir ki, təsvirlərin yaradıcıları yalnız yerlilər hesab edilən neandertallar ola bilərdi. Alimlərin fikrincə, onlar bu ərazilərdə ilk sakinlər olub və müasir insanlar onlardan çox sonralar Avropaya ayaq basıblar.
Ümumiyyətlə, qədim incəsənət növü kimi qəbul edilmiş bu cür əl trafaretləri dünya mədəniyyəti tarixində birmənalı şəkildə simvolik sənətin ən erkən formalarından biri sayılır və bütün alimlər tərəfindən məhz belə qəbul olunur. Bu rəsmlər təkcə insanın fiziki imkanlarının deyil, həm də onun mücərrəd düşüncəsini və dünyasını anlamaqdan ötrü fərdi simvolik qavrayış qabiliyyətini əks etdirir.
İspaniya ərazisində tapılmış Maltravieson adlı bu qədim mağaranın kəşfi elm aləmi üçün böyük yenilik olub. Bu, bir daha göstərir ki, neandertallar tədqiqatçıların düşündüyündən daha çox formalaşıblar.
Alimlərin ehtimalına görə, onlar orta səviyyə həddindən də yuxarı inkişaf etmiş idrak qabiliyyətlərinə malik olublar. Bu, neandertalların həyat tərzində, ətraf mühitə, hadisələrə münasibətdə və sənətkarlıq düşüncəsində qavramada da özünü göstərir.
Uzun müddət neandertallar vəhşi, kobud və ibtidai canlılar kimi təsvir edilib. Bununla belə, son araşdırmalar getdikcə onların daha mürəkkəb canlı olduqlarını sübuta yetirir.
Müxtəlif dövrlərdə bir çox elm adamları tərəfindən irəli sürülən elmi fərziyyələrə, eləcə də elmi-nəzəri iddialara görə, hətta icma quruluşunu belə formalaşdırmayan, nizamsız halda yaşayan neandertallar haqqında artıq təsəvvürlər dəyişib. Onlar az qala, anlaqsız vəhşi kimi təqdim edilsə də, yeni tapıntı nəticəsində yanaşma dəyişməyə başlayıb. Hazırda elm adamlarını maraqlandıran əsas məsələ, həmçinin ən maraqlı sual neandertalların bu bacarığa necə sahiblənmələri, yaradıcılıqla məşğul olmaları vərdişinin haradan və kimlərdən mənimsəmələridir. Sapiens ilə müqayisədə daha bəsit düşüncəyə malik olduğu qeyd edilən Neandertal növünün belə yaradıcı təfəkkür nümayiş etdirməsi çoxlarının təəccübünə səbəb olub.
Alimlər belə qənaətə gəliblər ki, neandertalların hamısı ustalıq bacarığını kollektiv halda çalışmalarla mənimsəyiblər və elə bunun nəticəsində də əmək alətləri yaradıblar. Daha sonra onlar özlərini, sığınacaqlarını bəzəməyi öyrəniblər.
Neandertal canlılar ölülərini xüsusi rituallarla dəfn etmək ənənəsi də yaradıblar. Qədim dünyanın sakinləri olan bu növ canlılar növbəti mərhələdə sənətkarlığın inkişafına çox böyük üstünlük veriblər.

Beynəlxalq mütəxəssislər qrupunun son hesabatında deyilir ki, məhz bu təkamül dövründə tədricən qayaüstü rəsmlər, yəni dünyanın ən qədim və ilk ibtidai rəngkarlıq sənəti yaranıb.
Maltravieso mağarasındakı yeni kəşf elm aləmində neandertallar barədə indiyədək mövcud olan ideyaları yenidən nəzərdən keçirməyə və bəşər tarixinin ayrılmaz bir hissəsi kimi bu qədim canlıların yaşadığı dövrləri daha da çox yaxından tanımağa imkan verir.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Dekabr 2024 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri