Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 32 ci ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 32 ci ildönümü qeyd edilib

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası – yeni hədəflərə doğru” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelin, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülməklə əziz xatirəsi yad olunub. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Qaradağ rayonun musiqi məktəblilərinin ifasında təqdim olunan musiqi sədaları altında ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən kitab sərgisi və eksponatlarla tanış olublar.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev partiyanın Qaradağ rayon təşkilatının 32 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb. O, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs edib.

Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov partiyanın yaranmasını Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelin Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 32 il müddətində zəngin və şərəfli bir inkişaf yolu keçdiyini bildirib. YAP-ın yarandığı gündən Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsinə çevrildiyini vurğulayan Mixail Zabelin bu partiyanın yalnız azərbaycanlıarın deyil, həm də ölkəmizdə yaşayan digər xalqıarın mənafelərinin ifadəçisi olduğunu qeyd edib. YAP-ın təsis edildiyi gündən cəmiyyətin ən fəal və mübariz nümayəndələrinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu qeyd edən Azərbaycanda Rus İcmasının sədri bu partiyanın yaranmasının xalqımızın mütəşəkkilliyinin və siyasi təfəkkürünün yüksək göstəricisi olduğunu deyib. O, bu gün YAP-ın öz sıralarında ölkəmizin qabaqcıl gənclərini toplayaraq yetkin siyasi qüvvəyə çevrildiyini bildirib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanın görünməmiş fəlakətlə qarşılaşdığı bir zamanda Ulu öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formlaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs ediblər.

Konfransda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see211

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see209

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see203

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see180

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see137

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see135

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see132

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see130

Təhsilin İnkişafı Fonduna direktor təyin olunan Nicat Məmmədli KİMDİR? DOSYE

18 Dekabr 2025 12:13see130

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri