Icma.az
close
up
RU
Nəsimi rayonunda Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının 32 ci ildönümü qeyd olundu

Nəsimi rayonunda Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının 32 ci ildönümü qeyd olundu

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatı özünün 32-ci ildönümünü təntənəli şəkildə qeyd etdi. Tədbir, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirin açılışında videoçarx təqdim olundu. Çıxışlar hissəsində YAP Nəsimi Rayon Təşkilatının sədri cənab Azər Süleymanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı cənab Mübariz Qurbanlı , Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri cənab Vaqif Şadlinski və Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini cənab Zahid Xəlilov çıxış etdilər.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Bu illərdə onlarla partiya yaradılmış, lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə respublikadakı ümumi vəziyyəti daha da ağırlaşdıraraq iqtisadi və siyasi böhran yaratdı. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd əslində bütöv xalqın arzu və istəyinin ifadəsi idi”.

Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı cənab Mübariz Qurbanlı xalqımızın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə vətənpərvər insanların, ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasının qısa bir müddətdə xalq partiyasına çevrildiyini vurğulayıb.

Daha sonra çıxış edən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri cənab Vaqif Şadlinski Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə sabitliyi bərpa etdiyini, separatçı qüvvələri zərərsizləşdirdiyini söyləyib. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsi sayəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, müasirləşən bir dövlətinə çevrildiyi vurğulanıb.

Sonda çıxan edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini cənab Zahid Xəlilov Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə artdığını bildirib. O, partiyanın Nəsimi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini söyləyib.

Tədbirdə bir sıra şəxslərə Fəxri Fərmanlar təqdim edildi. Fəxri Fərman alanlar arasında Qurbanlı Fərman Vahid oğlu , Əliyeva Gülbəniz Baba qızı , Bədəlov Fuad Qağakişi oğlu , Nağıyev Elxan Cavanşir oğlu , Seydiov Şirzad Abbasəli oğlu , Eyvazov Vüqar Eldar oğlu , Məhərrəmli Vasif Məhəmmədəli oğlu , Məmmədova Ayşə Zaurovna , Əfəndizadə Zöhrə Araz qızı , İsmayıl Firuzə Bəhman qızı , Quliyev Azər Kamal oğlu , Hüseynli Allahverdi Valeh oğlu və Rəhimli Əşrəf Sabir oğlu yer aldılar. Fəxri Fərmanları YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı cənab Mübariz Qurbanlı və yerli təşkilatın sədri Azər Süleymanov  təqdim etdi.

Həmçinin, bir sıra təşkilat və müəssisələr üzrə Ərazi Partiya Təşkilatları ( bundan sonra ƏPT) Təşəkkürnamələr təqdim edildi. Təşəkkürnamə alanlar arasında Azərbaycan Dəmir Yolları QSC üzrə ƏPT , Nəsimi rayon İcra Hakimiyyəti üzrə ƏPT, AZSTANDART üzrə ƏPT , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə ƏPT , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə ƏPT , Kliniki Tibbi Mərkəz PHŞ üzrə ƏPT , Respublika Pediatriya Mərkəzi PHŞ üzrə ƏPT , Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi PHŞ üzrə ƏPT , Azərbaycan Tibb Universiteti üzrə ƏPT , Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə ƏPT, Bakı Slavyan Universiteti üzrə ƏPT, Azərbaycan Dillər Universiteti üzrə ƏPT, Bakı Musiqi Akademiyası üzrə ƏPT, Musiqi Kolleci üzrə ƏPT və Nəsimi rayonundakı bir sıra tam orta məktəblər (9, 35, 44, 46, 111, 159, 164, 247 nömrəli)  üzrə ƏPT-lər vardı. Təşəkkürnamələri YAP Nəsimi Rayon Təşkilatının sədri cənab Azər Süleymanov və Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini cənab Zahid Xəlilov təqdim etdilər.

Tədbirdə bir qrup gəncə Partiya biletləri təqdim olundu. Partiya biletlərini Nəsimi rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə xanım Verdiyeva və  Ərazi Partiya Təşkilatının sədri Sabir Əliyev təqdim etdilər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissəyə keçid alındı. Bədii hissədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Gənclik mahnı və rəqs ansamblının ifasında “Sarı Gəlin” və “Yallı rəqsi” rəqsləri, Bakı Musiqi Akademiyasının tələbələri Ayşə Məmmədovanın ifasında “Ana” və “Leyla” mahnıları, Rauf Məmmədzadənin ifasında “Ay Laçın” və “Alagöz” mahnıları, Bakı Musiqi Akademiyasının Simli Kvartetinin ifasında “Xəyyam Mirzəzadənin miniatürləri” əsəri , Sunay Hacıyevanın ifasında “Yaşa Mənim Xalqım” və Azərbaycan Respublikasının əməkdar artisti Vasif Məhərrəmlinin ifasında “Heydər Xalqım deyəcək”  mahnısı səsləndirildi. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndi və tədbir qapalı elan edildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri