Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyası yarandığı gündən cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

Yeni Azərbaycan Partiyası yarandığı gündən cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü qeyd olunub

Qax, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 33 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası (YAP) şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini hər daim sübuta yetirib. YAP yarandığı gündən etibarən xalqın səsinə cavab verən, ölkənin gələcəyi üçün məsuliyyət daşıyan və dövlətçiliyin qorunması üçün qətiyyət nümayiş etdirən siyasi qüvvə kimi formalaşıb. Otuz üç illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən YAP xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə noyabrın 21-də YAP Qax rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

YAP Qax rayon təşkilatında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP rayon təşkilatının sədri Natiq Allahverdiyevin “Yeni Azərbaycan Partiyası – 33 illik şərəfli yol” mövzusunda məruzəsində partiyanın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin partiyanın həyatındakı fəaliyyətindən, partiyanın seçkilərdəki qələbəsindən, 33 ildə əldə etdiyi uğurlardan ətraflı bəhs olunub. Bildirilib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Ümummilli Lider Heydər Əliyevin yaratdığı YAP-ın 33-cü ildönümünü tarixi bir anlarda – 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin diplomatik siyasəti, şanlı Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Zəfərin beş illiyinin sevincini yaşadığımız günlərdə qeyd edirik.

Vurğulanıb ki, bu gün YAP 700 mindən çox üzvü özündə birləşdirən geniş sosial bazası, intellektual potensialı, dövlətçilik ideyalarına sadiqliyi ilə siyasi sistemdə aparıcı mövqedədir. Partiyanın sıralarında gənclərin fəallığı, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ölkənin gələcəyi üçün etibarlı kadr ehtiyatı yaradır. YAP yalnız bir siyasi təşkilat deyil, həm də dövlətçilik məktəbi, idarəetmə strategiyasının formalaşdırıldığı platforma, milli inkişaf konsepsiyasının ideoloji mərkəzidir.

Qeyd olunub ki, YAP-ın 33 illik fəaliyyəti göstərir ki, milli maraqlar üzərində qurulan, xalqın iradəsinə söykənən, dövlətçilik fəlsəfəsini özündə birləşdirən siyasi xətt zamanın bütün sınaqlarından keçə bilir. Bu illər ərzində Azərbaycan güclənib, sabitlik əldə edib, dünya miqyasında etibarlı tərəfdaş kimi tanınıb. Dövlətin strateji inkişaf xətti uğurla həyata keçirilir və bu xəttin ardıcıllığını Prezident İlham Əliyevin qətiyyətli siyasəti təmin edir.

Diqqətə çatdırılıb ki, 49 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 5229 üzvü var. Partiya üzvləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.

Tədbirdə Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin direktoru Aybəniz Məmmədova, Vətən müharibəsi iştirakçısı Polad Seyidli, rayon Gənclər və İdman Sektorunun müdiri Elvin Həsilov çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər.

Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Heydər Əliyev tarixə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran bir lider kimi düşüb.

Tədbirin sonunda YAP sıralarına yeni daxil olan şəxslərə üzvlük vəsiqələri, partiya həyatında fəallıq göstərən üzvlərə fəxri fərmanlar, həmçinin yubiley yaşını qeyd edən partiya üzvlərinə hədiyyələr təqdim edilib.

Sonda partiya həyatına aid videoçarx nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see133

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri