Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatında dəyirmi masa keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Laçın rayon İcra Hakimiyyətinin binasının önündə yerləşən abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub. YAP Laçın rayon təşkilatında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edərək bildirib ki, Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq və siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin edildi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. İlqar İlyasov, həmçinin vurğuladı ki, Azərbaycan dövləti Ulu Öndərin ideyaları əsasında inamla inkişaf edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri böyük sürətlə davam edir və qarşıdakı dövrdə Böyük Qayıdış Proqramının tam icra olunması, ordumuzun daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır. Prezident İlham Əliyev bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Bütövlükdə, qazanılan nailiyyətlər Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirilir. Çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhəmməd Şahbazov, Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaratdığını və müstəqil dövlət quruculuğu prosesinə başlanıldığını qeyd edib. Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyinin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan bu ideologiyanın həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Məhz Ulu Öndərin ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə dönüşündən sonra Azərbaycanda bütün atributlara malik güclü dövlətin formalaşması prosesinə start verildi. Laçın rayon 23 nömrəli tam orta məktəbin direktoru Sədaqət Məhərrəmova çıxışında Azərbaycanın inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. O qeyd edib ki, bu gün Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan, tarixin ən qüdrətli dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordu quruculuğu yüksək zirvəyə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən zəfər yürüşü ilə Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazilərimizi düşmən tapdağından azad edərək Ulu Öndərin vəsiyyətini həyata keçirdi.

Çıxış edən Laçın rayon Mişni kənd tam orta məktəbinin direktoru Qurban Həsənov Ulu Öndər Heydər Əliyevin özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimlərin təmin edə biləcəyini də müəyyənləşdirdiyini qeyd edib. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanlayaraq demişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm." Bugünkü tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 21 illik prezidentlik fəaliyyəti ilə təsdiqlədi. Çıxış edən Laçın rayon 37 nömrəli tam orta məktəbinin direktoru Şaiq Məmmədov, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, onların problemləri daim Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə böyük əhəmiyyət vermişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi böyük qayğı yalnız müstəqillik illərində deyil, hələ Sovet dönəmində də nəzərə çarpırdı. Belə ki, ötən əsrin 70-ci illərində məhz Ümummilli liderin təşəbbüsü və gərgin səyləri nəticəsində on beş mindən çox azərbaycanlı gənc SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil almış, bu addım Azərbaycanda müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət etmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri