Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyasının tarixi uğurlarla zəngindir

Yeni Azərbaycan Partiyasının tarixi uğurlarla zəngindir

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Bu baxımdan böyük inam və fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında dönüş nöqtəsi olaraq yeni mərhələyə yol açdı. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 800 minə yaxın üzvü sıralarında birləşdirir. Bu, hər zaman qeyd edildiyi kimi, sadəcə bir statistika deyil. Xalqın Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətinin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın ifadəsidir.

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. YAP Azərbaycanın qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. Müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı.

Xalqın bu partiyaya inamı sonsuzdur. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəfdir. Ümummilli Liderin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Yarandığı gündən Azərbaycanın bu günü və gələcəyi üçün səy göstərən Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçkilərdə böyük uğur qazanmasında bu amilin rolu böyükdür. Dünənin, bu günün və gələcəyin partiyası kimi mövqeyini möhkəmləndirən YAP daim irəli sürdüyü qərarları, təşəbbüsləri ilə diqqətdə olub. 32 ildə partiyanın keçirilən seçki proseslərinə qatıldığı şüarlara diqqətə yetirsək görərik ki, hər dövrün tələblərini özündə əks etdirir, yeni vəzifələri qarşıya qoyur. Azərbaycanın müstəqilliyinin yenidən bərpası illərinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının tarixi mühüm hadisələrlə, uğurlarla zəngindir.

2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında, həmçinin partiyanın yaradılmasının 30 illiyinə həsr edilən mərasimdə dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 21 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək, hər gün bir addım Qarabağın azadlığına yaxınlaşdı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu illərdə Qələbəyə hazırlığın təqdimatı oldu. Tarixi Zəfərimizin ardınca ötən ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Hazırda işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar.

Tarixi Zəfərimizin reallıqları əsasında YAP-ın yeni Proqramı təsdiqləndi. Partiyanın 800 minə yaxın üzvü “Biz birlikdə güclüyük!” söyləyərək yeni Proqramın hədəflərinin reallığa çevrilməsinə öz töhfələrini verməyə səy göstərirlər. Əsas hədəf Böyük Qayıdış Proqramının uğurlu icrasına dəstək olmaqdır. Yeni Azərbaycan Partiyasının yeni Proqramında hazırkı dövrün əsas hədəfləri öz əksini tapıb. 32 il gələcək üçün möhkəm təməldir. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında bu çağırışı etdi: “Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq”.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri