Icma.az
close
up
RU
Yeni baş məşqçi də “Neftçi”də nəyisə dəyişməyi bacarmayacaq bədbin proqnoz

Yeni baş məşqçi də “Neftçi”də nəyisə dəyişməyi bacarmayacaq bədbin proqnoz

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə ölkə çempionatında mövsüm yarılandı.

Turnir cədvəlinə baxanda iki “beşlik” yarandığını görmək mümkündü. “Qarabağ”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə” və “Sabah” avrokuboklara əsas namizədlərdi. Yolayrıcında mütəxəssis fikrinə ehtiyac duyduq: cari mövsümün ilk yarısını necə dəyərləndirirsiz? Sizcə, çempionatın səviyyəsi artıbmı? Ciddi rəqabət görürsüzmü? Konkret hansı klublar avrokuboklara vəsiqə uğrunda mübarizəni sona qədər davam etdirəcək?
Aslan Kərimovu dinləyək:

“Əslində çempionat gözlədiyimiz kimi davam edir. Düzdü, ilk yarıda bəzi surprizlər vardı. “Qarabağ” yenə çempionluq savaşında tək olacaq. Amma “Araz-Naxçıvan” bizi təəccübləndirdi. “Turan Tovuz” Kurban Berdıyevin gəlişi ilə gücləndi. Mənfi mənada təəccübləndirən “Neftçi” oldu. Axı maliyyə durumuna baxanda “Neftçi” ilk “üçlük”də mübarizə aparmalıdı. Əfsus ki, çempionata çox pis başladılar. Radikal addıma əl ataraq baş məşqçi dəyişikliyi etdilər. Samir Abasovun gəlişindən sonra “ağ-qaralar” bir qədər dirçəldilər, ən azı əzmkarlıq baxımından. Amma oyunçuların keyfiyyəti və komandaya uyğunlaşma o qədər də yaxşı deyil. Yəqin ki, qış fasiləsindən sonra “Neftçi”nin dəyişikliyi barədə nəsə danışmaq mümkün olacaq. Nəticə etibarilə yeni baş məşqçi də “Neftçi”də nəyisə dəyişməyi bacarmayacaq. Əldə olan oyunçularla bunu etmək mümkün deyil. Ümumiyyətlə, “Qarabağ”la rəqabət aparmaq başqa komandalar üçün mümkünsüzdü. Çünki transfer məsələsində Ağdam təmsilçisinə həddən artıq uduzurlar. “Köhlən atlar”ın oyun təcrübəsi nə qədər çox olsa da, hər şeyi həll edən oyunçu keyfiyyətidi. “Neftçi” ilə “Sabah”ın büdcəsi də keyfiyyətli oyunçu almağa icazə verir. Onlar yetərincə yaxşı oyunçular transfer etmədikləri üçün “Qarabağ”la rəqabətdə geri qalırlar. Avrokuboklara vəsiqəyə qalan əsas iddialılar “Turan Tovuz”la “Araz-Naxçıvan” olacaq. Ən azı indi tutduqları yerə görə Avropaya yollana bilərlər. Hesab edirəm ki, “Sabah” və “Zirə” də sona qədər bu döyüşün içində olacaq. “Neftçi”də isə bunun nə dərəcədə alınacağını bilmirəm. Çünki həddən artıq xal itiriblər. Amma mübarizə apara bilərlər”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri