Icma.az
close
up
RU
Yeni binalarda kağız divar problemi Qonşular nə danışsa eşidirik

Yeni binalarda kağız divar problemi Qonşular nə danışsa eşidirik

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Yeni tikilən çoxmərtəbəli binalarda mənzil sahibi olan vətəndaşların ən böyük kabusu artıq məlumdur: qonşu mənzildə danışılan hər kəlməni eşitmək. Son illər paytaxtda və ətraf rayonlarda inşa edilən yaşayış komplekslərində səs izolyasiyası problemi kütləvi xarakter almağa başlayıb. Divarların sanki "kağızdan" olması sakinlərin həm şəxsi həyatının gizliliyini pozur, həm də gündəlik istirahət hüququnu əlindən alır. Ekspertlər bildirirlər ki, bu problem təkcə komfort məsələsi deyil, həm də tikinti normalarının kobud şəkildə pozulmasının göstəricisidir. Bir çox hallarda mənzil alıcıları təmir zamanı divarların vizual görünüşünə aldansa da, daxili qatdakı boşluqlar və keyfiyyətsiz materiallar sonradan ciddi fəsadlar törədir.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, mənzillərdə, xüsusilə yeni inşa olunan çoxmərtəbəli binalarda qonşular arasında səs keçirmə problemi tez-tez müşahidə olunur:
“Sakinlərin əsas şikayətlərindən biri divarlar vasitəsilə normadan artıq səsin ötürülməsidir. Ümumiyyətlə, yaşayış sahələrində həm xarici mühitdən, həm də mənzillərarası səs səviyyəsi normativlərə əsasən təxminən 40 desibelə qədər məqbul hesab olunur. Lakin bəzi hallarda bu göstəricilər pozulur və səs izolyasiyası zəifləyir. Bu problemin əsas səbəblərindən biri tikinti prosesində yol verilən texniki qüsurlardır. Müasir çoxmənzilli binalar adətən monolit karkas beton konstruksiya ilə inşa olunur. Mənzillərarası və xarici divarların tikintisində isə normativlərə uyğun olaraq ən azı 19 santimetr qalınlığında kərpicdən istifadə olunmalıdır. Bəzi layihələrdə 29 santimetrə qədər qalınlığa icazə verilsə də, minimum standart 19 santimetrdir”. 
O deyib ki, mənzillərin daxilindəki arakəsmə divarlar daha nazik materiallarla inşa oluna bilər:
“Problem o zaman yaranır ki, bəzi tikinti şirkətləri normativlərə uyğun olmayan kərpiclərdən istifadə edir, materiallar düzgün sıxlıqla yerləşdirilmir və ya suvaq qatı kifayət qədər qalın olmur. Həmçinin bəzi hallarda iqtisadi səbəblərlə qazobeton kimi materiallardan düzgün istifadə edilməməsi də səs izolyasiyasını zəiflədir. Nəticədə, bu cür qüsurlar qonşu mənzillər arasında səsin normadan artıq ötürülməsinə səbəb olur. Bu baxımdan, mənzil alan və ya təmir işləri aparan şəxslərin tikinti prosesinə diqqət yetirməsi, materialların keyfiyyətini yoxlaması vacibdir. Zərurət yarandıqda isə divarlarda əlavə səs izolyasiya materiallarının tətbiqi tövsiyə olunur”.
Hazırda bir çox mənzil sahibi problemi həll etmək üçün təmir zamanı əlavə xərc çəkərək divarlara xüsusi panellər və ya daş yunu qatları vurdurur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, binanın layihə mərhələsində nəzərdə tutulmayan bu boşluqlar sonradan həm mənzilin sahəsini daraldır, həm də sakinlər üçün əlavə maliyyə yükü yaradır.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri