Icma.az
close
up
RU
Yeni binalarda mərkəzi istilik sistemi quraşdırılır?

Yeni binalarda mərkəzi istilik sistemi quraşdırılır?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"İstilik təchizatı haqqında" yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, bundan sonra tikiləcək mənzillərdə mərkəzi istilik sistemləri quraşdırılacaq. Bu reallaşarsa, daha yeni tikilən binalardakı mənzillərdə kombi quraşdırılmasına ehtiyac olmayacaq.

Qanun layihəsinə əsasən, çoxmənzilli yaşayış binalarında hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır. Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçiriləcək. Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Həm vətəndaşların, həm də büdcənin yükü azalacaq"

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bu sahədə müəyyən problemlər olduğunu bildirdi: "Təəssüflər olsun ki, mərkəzi istilik təchizatının təmin edilməsi ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu sahədə nəzarət mexanizmi o qədər də güclü deyil. O səbəbdən yeni tikilmiş binalarda mərkəzi istilik sistemi təmin edilməyib. Yeni qanunun əsas məqsədlərindən biri bundan sonra mərkəzləşdirilmiş istilik təchizat sisteminin təmin edilməsidir".

N.Həmzəyev düşünür ki, yeni qanun vətəndaşlar üçün sərfəlidir: "Qanun layihəsi çox mütərəqqidir. Olduqca müsbət yanaşmalar var. Xeyli problemlər aradan qaldırılacaq. Ümid edirik ki, bu sistem yeni yanaşmalarla qurulacaq. Çünki belə olmazsa, subsidiyalara ehtiyac olacaq. Bu isə hökumətin yükünü artıracaq. Yeni texnologiyalara əsaslanan istilik sistemləri quraşdırılmalıdır ki, vətəndaşların ödəyəcəkləri pul hazırda istilik üçün ödədikləri sərfiyyata yaxın olsun. Çalışmalıyıq ki, vətəndaşların büdcəsinə xeyir etsin".

Məhəllə tipli istilik sistemləri olacaq

Deputatın sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra tikilən binalarda məhəllə tipli mərkəzləşdirilmiş istilik sistemləri yaradılacaq: "Mərkəzi istilik sisteminin quraşdırılması mümkün olan yerlərdə həyata keçiriləcək. Yeni tikiləcək binalara aid olacaq. İstilik sistemləri ya mərkəzi, yaxud da komplekslər üzrə ola bilər. Daha böyük əraziləri əhatə edən istilik sistemlərinin quraşdırılması uyğun deyil. Çünki yenidən boruların çəkilməsi, baş verə biləcək qəzalar, problemlər nəzərə alınmalıdır. O səbəbdən məhəllə tipli istilik sistemlərinin quraşdırılmasına üstünlük veriləcək".

"Kombi sistemlərinə nəzarət artırılmalıdır"

N.Həmzəyevin fikrincə, bu sistemlərin qurulması ilə bir çox problemlər aradan qalxacaq: "İlk növbədə təhlükəsizlik təminatı güclənəcək. Pərakəndə şəkildə istiliklə təchizat əlavə təhlükəsizlik problemləri ortaya çıxarır. Standartlara cavab verməyən sistemlər quraşdırılır. Burada kombilər və onlara yaxın cihazlar nəzərdə tutulur. Bu cihazlar qazla işlədiyindən təhlükəlidir. Kombidən çıxan qazlar eyvandan digər mənzillərə dolur.

Ümumiyyətlə, mənzillərdəki kombi sistemlərinə nəzarət artırılmalıdır. Bazarda standartlara cavab verməyən, yaxud köhnə üsullarla hazırlanmış cihazlar var. Vətəndaşlar markaya, görüntüyə aldanaraq hətta baha qiymətə alırlar. Sərfiyyat baxımından da xərcə düşürlər. Quraşdırılmasında da standartlar olmalıdır. Yalnız standartlara cavab verən şirkətlər bu işlə məşğul olmalıdır".

Müsahibimizin sözlərinə görə, qanunda təkcə mərkəzləşdirilmiş istilik sistemlərinə deyil, başqa məsələlərə də toxunulub: "Binalar tikilən zaman izolyasiya sistemləri düzgün quraşdırılmırsa, binaların fasadı düzgün formalaşdırılmırsa, tələblərə cavab verən tikinti materiallarından istifadə edilmirsə, bu, daha çox sərfiyyata səbəb olur. Nəticədə mənzilləri qızdırmaq daha da qəlizləşir. Ona görə də binalar tikilərkən standartlara cavab verən izolyasiya sistemləri quraşdırılmalıdır, fasadlarda da standartlara cavab verən materiallardan istifadə edilməlidir. Əgər bunlara əməl olunarsa, vətəndaşların istilik üçün çəkdikləri xərclər də azalacaq".

"Hər məhəllədə qazanxana olmalıdır"

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımovun sözlərinə görə, müasir dövrdə yenidən mərkəzi istilik sistemlərinin quraşdırılması çətin olardı: "Bu, iqtisadi cəhətdən də səmərəli deyil. Yenidən mərkəzi istilik sistemləri quraşdırmaq üçün hər məhəllədə qazanxana qurulmalıdır. Qazanxanaların borularının keçməsi üçün yerlər də məhduddur. Sovet dövründə doqquz istilik qazanxanası tikilmişdi. Onlardan altısı ləğv olunub, cəmi üçü qalıb. Onları da təmir etmək mümkün deyil. Çünki borular yerin altındadır. Bütün hər yer asfalt örtüyüdür. Yolların yenidən qazılması isə mümkünsüzdür".

N.Qasımovun fikrincə, deyilənlərin əksinə, kombi sistemləri daha sərfəli və təhlükəsizdir: "Mərkəzi istilik sistemi müəyyən vaxt aralığında fəaliyyət göstərir. Kombini isə vətəndaş istədiyi zaman qoşa bilir. Olduqca ağıllı cihazlardır, avtomatik tənzimlənir. Yanma prosesi tam getdiyi üçün dəm qazı ayrılması qeyri-mümkündür. Amma istilik qazanxanalarında tam yanma təmin olunmur. Əvvəlki illərdə bir neçə dəfə qazanxanalarda partlayış hadisələri baş verib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri