Icma.az
close
up
RU
Yeni bir dönəmin başlandığını görməkdəyik MÜNASİBƏT BİLDİRİLDİ

Yeni bir dönəmin başlandığını görməkdəyik MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"İran Prezidentinin Azərbaycana geniş heyətli səfəri və bu səfərdə müzakirə olunan məsələlər, yüksək səviyyəli qarşılanma verilən bəyanatlar onu göstərir ki, Azərbaycanla İran arasında uzun müddət davam edən soyuqlaşma nəhayət başa çatmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, yeni bir dönəmin başlandığını görməkdəyik: "Şübhəsiz ki, dünən müzakirə olunan məsələlər həm ikitərəfli münasibətlərə aid olan məsələlərdir, eyni zamanda regional məsələlərdir. Təbii ki, burada müzakirə olundu. Hesab edirəm ki, bu müzakirələrdə Azərbaycanla İran arasında mədəni, ticari, iqtisadi əlaqələr, siyasi dialoqun davam etdirilməsi kimi məsələlərlə yanaşı həm də Azərbaycan-Ermənistan arasında normallaşma prosesi, Zəngəzur dəhlizi ilə bağlı olan məsələlər, İran-İsrail məsələləri çox güman ki, dar çərçivədə müzakirə olunub. Amma ümumən həm İran prezidentinin burada səsləndirdiyi fikirlər, xüsusilə də, biznes forumdakı söylədiyi şeir əslində İranda müəyyən dəyişikliklərin olduğunu göstərir. Amma bu dəyişikliklərin köklü dəyişikliklər olacağını demək çox çətindir. Çünki İranda əsas hakimiyyət Prezident hakimiyyəti olmadığı üçün, İranda dövlət siyasətini müəyyən edən digər qurumların xarici siyasətə, dövlət siyasətinə çox ciddi təsirləri olduğundan ya İran daxilində Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən kifayət qədər güclü qüvvələrin olduğunu nəzərə alsaq, bu münasibətlər birdən-birə istiləşib yüksək səviyyəyə çata bilməz. Amma önəmli olan odur ki, İranın hazırkı prezidenti Azərbaycanla münasibətlərin normallaşmasını istəyir. Bütün müqavimətə baxmayaraq bu məsələdə irəliyə doğru addım atmaq niyyətindədir. Hər halda ümid edək ki, bu səfər Azərbaycanla İran arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi tarixə düşsün. Münasibətlər inkişaf etsin, aradakı gərginlik yaradan səbəblər də ortadan qaldırılsın".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri