Icma.az
close
up
RU
“Neftçi” üçün yeni çağırış imkanları

“Neftçi” üçün yeni çağırış imkanları

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

Bu ilin ilk həftələri ölkəmizin xarici siyasətinin uğurlarına xidmət edən tədbirlərlə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirakının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. 

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında və Zayed Dayanıqlılıq Mükafatının təqdimatı mərasimində bir çox dövlət və hökumət başçısı ilə bərabər Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi. 

Prezident İlham Əliyevin həmçinin bu səfərlərdə qarşı tərəfin təşəbbüsü ilə görüşdüyü şirkət rəhbərləri birmənalı olaraq Azərbaycanda fəaliyyətlərini genişləndirmək, yaxud iş birliyi qurmaq, əməkdaşlıq və tərəfdaşlıq etmək istədikərini bildiriblər.

Ölkələrarası dostluq münasibətlərinin yüksək səviyyədə olması futboldan da yan keçmədi. Nəticədə bunun məntiqi davamı kimi ötən günlərdə “Neftçi” sözügedən ölkənin “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” şirkəti ilə sponsorluq anlaşmasına imza atdı. Bu, ökə futbolunda nəinki rezonans doğuran xəbər, həm də bir ilk oldu.

İmzaların atılmasının ardından 2025-2030-cu illəri əhadə edəcək əməkdaşlıq fonunda artıq “Neftçi”nin maliyyə sabitliyini qorumaq imkanları genişlənir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) şirkəti ilə imzalanan saziş həm də klubun yeni inkişaf mərhələsinə qədəm qoymasının isbatıdı. Zəmin yaranmadığı təqdirdə həmçinin klubun əlavə maliyyə mənbələrinə müraciət etmək imkanları məcburi hal almır və bu da “Neftçi” adına gələcəyə nikbin baxmağa əsas verir.

Yaydan rəhbər səviyyədə yenilənən heyətlə mövsümə başlayan “Neftçi”də görülən işlər artıq müsbət mənada öz effektini verməkdədi. Mövsümün əvvəlində “Neftçi Arena”da aparılan renovasiya işləri, uzun müddətdən sonra “Neftçi” Futbol Mərkəzinin istifadəyə verilməsi və hazırda da “Palms Sports”la 5 ili əhatə edən əməkdaşlıq müqaviləsi hazırkı rəhbərliyin ayağına yazılacaq pozitiv məqamlardandı.

Bu anlaşmadan “Neftçi” illik təxminən 5 milyon dollardan çox gəlir əldə edəcək ki, bu da ölkə futbolunda hansısa xarici investorun bir Azərbaycan klubuna ayıra biləcəyi ən böyük rəqəm olaraq tarixə keçəcək.

Onsuz da maliyyə problemi olmayan “Neftçi”nin kassasını daha da zənginləşdirməsinin ardından klubdan gözləntilər də normal olaraq böyük olacaq. Əsas komandadan əlavə olaraq, əldə olunacaq vəsaitin müəyyən qisminin ilk növbədə uşaq futboluna, akademiyaya yatırılması vacibliyi yaranır. 

Klub rəhbərliyi mövcud maliyyə resurslarını ünvanlı istiqamətə yönəltməlidi ki, daha yüksək nəticələr əldə etmək şansları geniş olsun. Belə olacağı təqdirdə, bu, “Neftçi”nin yeni çağırışlar imkanlarını daha da artıracaq.

Səxavət Qurbanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 09 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri