Icma.az
close
up
RU
Miqren müalicəsində yeni dərman...

Miqren müalicəsində yeni dərman...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neurology” jurnalında dərc edilən araşdırmaya əsasən, yeni təsdiq edilmiş atogepant adlı dərman miqrenin qarşısını almaqla yanaşı, dərhal təsir göstərmə potensialına malikdir. Bu ağızdan qəbul edilən kalsitonin geni ilə əlaqəli peptid (CGRP) reseptor antaqonisti miqren xəstələri üçün yeni ümid təqdim edir.

Albert Eynşteyn Tibb Kollecinin tədqiqatçısı və araşdırmanın aparıcı müəllifi Riçard B. Lipton bu barədə məlumat verib. Bildirib ki, miqrenin profilaktik müalicəsində düzgün dozanın tapılması aylar tələb edə bilər və bu səbəbdən bir çox insan müalicəni vaxtından əvvəl dayandırır: “Atogepant isə həm effektiv, həm də sürətli təsir göstərmə potensialına malikdir”.

Araşdırma 12 həftə ərzində üç müxtəlif klinik sınaqda (“Advance”, “Elevate” və “Progress”) aparılıb və həm epizodik, həm də xroniki miqren xəstələrini əhatə edib. Sınaqlarda 1243 iştirakçı arasında atogepant qəbul edənlərdə müəyyən nəticələr müşahidə olunub:

Birinci günün nəticələri - “Advance” sınağında dərman qəbul edənlərin yalnız 12 faizi miqren keçirib, plasebo qəbul edənlərdə isə bu göstərici 25 faiz təşkil edib. “Elevate” sınağında bu nisbət müvafiq olaraq 15 və 26 faiz, “Progress” sınağında isə 51 və 61 faiz olub. Risk azalma göstəriciləri - dərman qəbul edənlərdə miqren riski birinci sınaqda 61 faiz, ikinci sınaqda 47 faiz, üçüncü sınaqda isə 37 faiz daha az olub. Həftəlik miqren günlərinin azaldılması - ilk iki sınaqda dərman qəbul edənlərdə həftəlik miqren günlərinin sayı orta hesabla 1 gün azalıb, plasebo qəbul edənlərdə isə bu rəqəm daha az olub. Üçüncü sınaqda dərman qəbul edənlərdə bu göstərici həftədə 1,5 gün azalmaqla, plasebo ilə müqayisədə daha əhəmiyyətli olub.

Atogepant, xəstələrin gündəlik fəaliyyətlərinə və həyat keyfiyyətinə mənfi təsir göstərən miqren simptomlarını əhəmiyyətli dərəcədə azalda bilib. R.B.Lipton qeyd edir ki, miqren, xüsusən də gənc qadınlar arasında əlilliyin əsas səbəblərindən biridir və sosial, maliyyə, karyera və ailə həyatına ciddi təsir edir: “Tez və effektiv hərəkət edə bilən bir müalicə bu xəstəlikdən əziyyət çəkən insanlar üçün əsas ehtiyacı qarşılayır”.

Atogepantın həm effektivliyi, həm də tez təsir göstərmə xüsusiyyəti miqrenin profilaktik müalicəsində inqilabi bir addım olaraq qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri