Icma.az
close
up
RU
Yeni doğulacaq körpələrə yalnız təmiz milli adlar verilsin Deputatdan TƏKLİF

Yeni doğulacaq körpələrə yalnız təmiz milli adlar verilsin Deputatdan TƏKLİF

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

""Azərbaycan dilinin qorunması" ilə "Azərbaycan dilinin saflığının qorunması" fərqli məsələlərdir. Bir neçə il öncə verilən prezidentin fərmanı da "Dilin saflığının qorunması" adı altında təqdim olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında  yazıb.

"Müstəqilliyini qazanmış dövlətdə rəsmi dövlət dili olan Azərbaycan dilinin qorunması birbaşa dövlətin vəzifəsidir. Ona görə də bu termini biz öz vətəndaşlarımızın deyil, Borçalıda, İranda, Dərbənddə, eləcə də başqa xarici ölkələrdə yaşayan azərbaycanlıların qarşısında vəzifə və tövsiyə kimi işlədə bilərik. Çünki onların bu dili qorunmasını təmin edəcək müstəqil dövlətlərin yoxdur və haradasa ana dilində məktəb açmaq, qəzet və ya kitab buraxmaq daha çox tabe olduqları dövlətin siyasətindən asılıdır. Lakin Azərbaycan Respublikasında yaşayan və onun vətəndaşlığını daşıyan azərbaycanlılardan isə tələb olunan, tövsiyə olunan dilin saflığının qorunmasıdır. Ancaq bu tələbin yerinə yetirilməsinin də xeyli çətinlikləri var. Dilin zənginləşməsi ayrı- ayrı elm və ədəbiyyat mətnlərində yeni terminlərin dəfələrlə işlək vəziyyətə gətirilməsi və ictimai süzgəcdən keçirilərək legitimləşdirilməsi zərurəti vardır. Böyük Atatürk bunu 1932-ci ildə Türk Dil Qurumu yaradıb on minlərlə yeni sözü fransızca, ərəbcə və farscanı əvəzləməklə etdi. Təəssüf ki, bizdə fəlsəfi, bədii, elmi, publisistik mətn qıtlığı var və bu prosesi də süni şəkildə irəlilətmək arzulanan nəticəni verməz. Bəlkə də ən sadəsindən başlamağı düşünə bilərik".

Millət vəkili təklif edir ki, bundan sonra doğulacaq körpələrə təmiz milli adlarının verilməsi ilə dilin saflığının qorunmasına faydalı olacaq addım atmaq olar:

"Hər cür fars, ərəb (dini məna daşıyan adlar da daxil), rus, latın, yunan və başqa yabançı adların uşaqlara verilməsindən imtina edək. Təmiz tarixi və yeni milli adlarının siyahısı ayrıca kitablarda müəyyənləşib, ürəyin istəyən adı oradan seçib verə bilərsən. Son illərdə yeni ənənənin tez-tez şahidi oluruq. Ata oğluna, baba oğlan nəvəsinə, ana qızına, nənə qız nəvəsinə öz adını köçürməyi adiləşdirir. Orqan transplantasiyası kimi ad transplantasiyası da geniş vüsət alıb. Əlbəttə, bu o halda uyğun görünür ki, adamın öz adı milli olsun, bu adın yaşaması üçün onu nəsildən-nəsilə ötürsün. Bunu kimisə qınamaq üçün yazmıram və qətiyyən başqasının hüququna müdaxilə etməyi də düşünmürəm. Sadəcə özüm də milli ad prinsipinə əməl etdiyimə görə mənsub olduğum ərəb mənşəli adımı, eləcə də babalarımın, nənələrimin adını öz nəslimin davamı olaraq kimsəyə köçürməyi məqbul saymıram. Maraqlıdı ki, istər öz ailəmdə, istər qohumların, dostların xahişi ilə onların övladlarına təklif etdiyim adların hamısı milli adlar olub. Qısacası, gəlin dilimizin saflığına hər bir Azərbaycanı sevən vətəndaş kimi yeni doğulan övladlarımıza milli adların verilməsindən başlayaq. Digər sahələrə aid terminlərin, ifadələrin qarşılığının tapılması isə davam edən peşəkar sürəc olduğundan onu da addım-addım çözməyə çalışaq".

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Yanvar 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see192

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see152

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see152

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri