Icma.az
close
up
RU
Yeni dördillik inkişaf hədəfləri

Yeni dördillik inkişaf hədəfləri

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2027-2030-cu illərə dair sosial-iqtisadi inkişaf strategiyası hazırlanır

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı işlər davam etdirilməkdədir. Müvafiq dövlət qurumları koordinasiyalı fəaliyyət çərçivəsində ölkəmizin əsas uzunmüddətli inkişaf istiqamətləri və makroinkişaf parametrlərinin müxtəlif istiqamətləri üzrə təkliflər ssenariləri hazırlayır.

Qeyd edək ki, Prezidentin 2025-ci il 30 may tarixli müvafiq sərəncamına əsasən, “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli qərarı imzalanıb və sənədə əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibində iki işçi qrup yaradılıb. Strategiyanın hazırlanması məqsədilə 9, Böyük Qayıdış Dövlət Proqramı üzrə isə 4 alt işçi qrup yaradılıb.

Qeyri-neftə əsaslanan yeni iqtisadiyyat quruculuğu başlayır

Azərbaycanın yeni inkişaf strategiyası sənədi sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş 5 milli prioritetə əsaslanır. Başlıca hədəf trendi iqtisadiyyatın strukturu və şaxələnməsini, yeni sənaye və innovasiya cəmiyyətinin qurulması ilə əlavə dəyər yaradan qeyri-resurs sahələrinin hərəkətverici drayverlərə çevrilməsidir.  Bu məqsədlə yaxın 5 illik ssenariyə əsasən, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni hərəkətverici dayanıqlı qüvvələr tapılacaq.

İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı, milli bank sektorunun dayanıqlığının təmin olunması, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılması və sahibkarlıq fəaliyyətinin inkişafına əlavə təkanların verilməsi, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlbinin  təşviqi və xarici investorlara daha geniş rəqabət mühitinin yaradılması da diqqət mərkəzində olacaq.

Konsepsiyada Azərbaycanın iqtisadi artım ssenariləri enerji fraqmentasiyaları və resurs daxilolmalarından daha çox ümumi iqtisadi güc və xüsusilə də qeyri-neft mənbələrinə əsaslanmaqla tərtib edilib.

Nikbin qənaətlərə görə, qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksəlməsi, “kölgə iqtisadiyyatı” təzahürlərinin minimallaşdırılması və şəffalıq göstəricilərinin artması, habelə qeyri-resurs bölmələri olan sənaye, tikinti-inşaat, ticarət, xidmət, turizm sahələrində yığım mənbələrinin genişlənməsi, bölgələrdə yeni müəssisələrin yaradılması və digər amillər həlledici rol oynayacaq. 2025-ci ildə qeyri-neft sektorunda ÜDM-in nominal həcmi 94,674 milyard manat (illik artım 10,46 faiz) təşkil edəcək. 2026-cı ildə isə qeyri-neft ÜDM-nin həcmi 102,595 milyard manat ( artım 8,37 faiz) 2027-ci ildə 110,434 milyard manat (artım 7,64 faiz), 2028-ci ildə isə 118,8 milyard manat (artım 6 faiz) təşkil edəcək. 2030-cu ilədək real artım tempi 8-10 faiz civarında qalmaqla 145 milyard manata çata bilər. Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, neft-qaz sektoru üzrə ÜDM-in artım dinamikası yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, növbəti illərdə bu rəqəm 80 faizi ötmüş olacaq.

“Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın iqtisadi prioritetləri

Strategiyada mühüm prioritetlərdən biri azad ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasıdır. Bu prinsiplər, eyni zamanda, “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nda da başlıca istiqamət kimi müəyyənləşib. Bu trendlər üzrə də ayrıca inkişaf  ssenariləri hazırlanır. Əsas məqam ərazidəki infrastrukturların tam başa çatdırılması və zəruri iqtisadi inkişaf arxitekturasını təmin edən hərəkətverici blokları işə salmaqdır.

Ötən dövr ərzində bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarının yaradılması istiqamətində sürətli ardıcıl işlər həyata keçirilib. Elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların yenidən qurulması, yaşayış evlərinin  tikintisi, həmçinin iqtisadi fəaliyyət sahələri üzrə layihələr, nəzərdə tutulan planlar tam yerinə yetirilib. Ərazilərin elektrik enerjisi ilə təchizatı üçün 72,2 km 110 kv-luq, 262 km 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib. Poçt və telekommunikasiya xidmətləri infrastrukturunun qurulması məqsədilə 2 yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib, 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb. 5 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb.

Azad ərazilərdə zəruri yol-nəqliyyat infrastrukturlarının inşası da sürətlə davam etdirilməkdədir. Həmin nəhəng infrastrukturlardan biri - Zəngəzur dəhlizinin ən mühüm qovşaqlarından olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85 faizindən çoxu yerinə yetirilib. Eləcə də Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd,Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib. Füzuli, Zəngilan və Laçın Hava limanları istifadəyə verilib və beynəlxalq uçuşların təşkili təmin edilib. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılışı baş tutub. “İstisu” mineral su zavodu istifadəyə verilib. Həmin ərazilərdə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin də sayında artım qeydə alınıb. Ötən ilin sonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 mindən çox mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 95 mindən çox fərdi sahibkarın fəaliyyəti təmin edilib.

Sülh sazişi bölgədə dayanıqlı təhlükəsizliyi və rifahı möhkəmləndirəcək

Bütün bu genişmiqyaslı işlər azad ərazilərdə artıq iqtisadi fəaliyyətlər üçün dayanıqlı baza və infrastrukturların hazır olmasına dəlalət edir. Avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişi isə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi üçün münbit şərait yaradır. Dayanıqlı sülhün təmin edilməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. Bu baxımdan yeni strategiya sənədi həm də müasir reallıqlar fonunda yeni milli və regional inkişaf trendlərini də özündə ehtiva edəcək. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın sosial-iqtisadi tərəqqisinin ayrılmaz tərkib hissəsinə çevrilməklə 2030-cu il hədəflərinə çatmaqda yeni mərhələ açacaq.

Sosial rifah cəmiyyətinin inkişaf etdirilməsi

Strateji hədəf blokunda əsas istiqamətlərdən biri sosial rifah cəmiyyətinin inkişaf etdirilməsidir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək. Hökumət hesab edir ki, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Bu konteksdə  ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanların yaradılmasına, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmasına səfərbər ediləcək. Həmçinin, gəlirlərin ədalətli bölgüsünün təmin edilməsi, aşağı gəlirli təbəqənin sosial-iqtisadi rifahının artırması, ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə imkanların yaradılması nəzərdə tutulur. Həmçinin, regionlarda ailə və ev təsərrüfatlarının gəlir əldəetmə imkanları və payının artırılması üçün təşviqedici addımlar atılacaq.

Beləliklə, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə ölkəmizin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see311

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see194

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see183

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see181

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see166

Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

12 Oktyabr 2025 03:23see152

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see146

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see136

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see136

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see134

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see127

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see125

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see125

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see125

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see120

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri