Icma.az
close
up
RU
Yeni inkişaf hədəfləri...

Yeni inkişaf hədəfləri...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Qalib Azərbaycan Böyük Qayıdışın növbəti mərhələlərini reallaşdırır

Dinamik inkişaf tempinə malik olan Azərbaycan özünün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir. Bu zaman bir sıra fundamental amillər, o cümlədən ölkənin potensialı, mövcud reallıqları, yeni qlobal çağırışlar nəzərə alınır və uğurlu koordinasiya təmin edilir. Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixində imzaladığı “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında müvafiq sərəncam bunun növbəti təsdiqidir.

Yeri gəlmişkən, Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və ölkənin işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramının  hazırlanmasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə müvafiq Komissiya yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə komissiyaya Baş nazir Əli Əsədov rəhbərlik edəcək.  Bundan başqa, komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə işçi qruplar yaradılıb və onların tərkibi təsdiqlənib.

İqtisadiyyatda hər il dahaüstün inkişaf mərhələsi...

2020-ci ildə böyük Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz  inkişafının keyfiyyətcə yeni bir mərhələsinə keçid edib. Prezident İlham Əiyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yeni strateji mərhələnin çağırşları nəzərə alınıb. 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyib.

Hazırda respublikamızda  2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası uğurla icra olunur və bunun da nəticəsində ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaranıb. Ayrı-ayrı illər üzrə əldə olunan nəticələr əvvəlki strategiyada ifadə olunan proqnozların tam şəkildə doğrulduğunu əyani şəkildə təsdiqləyir. Respublikamızda artıq ənənə halını alıb - hər il iqtisadiyyat daha üstün inkişaf mərhələsinə keçid edir. 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib. Ötən il çoxsaylı infrastruktur layihələri, ölkənin sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn tapşırıqlar yüksək səviyyədə icra olunub, habelə sosial islahatlar davam etdirilib, bununla yanaşı fiskal çərçivə də qorunub.

Azərbaycan yeni çağırışlara hazır olmalıdır

Belə möhkəm bazaya istinad edilməklə gələcək üçün daha mühüm hədəflərin müəyyənləşdirlməsi, necə deyərlər, inkişaf çərçivəsinin genişləndirlməsi artıq bir zərurət kimi çıxış edir.  Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Yeni strategiyanın hazırlanması ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi kimi mühüm məqsədləri hədəfləyir. Azərbaycan yeni çağırışlara hazır olmalıdır!

Daha güclü əzmlə Böyük Qayıdış hədəfinə doğru

İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər iddia edirdilər ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud bunun üçün uzun zaman lazım gələcək. Qalib Azərbaycan isə belə iddiaları alt-üst edərək işğaldan azad olunmuş ərazilərin bərpasına vaxt itirmədən başladı. Yeni strateji mərhələdə “Böyük Qayıdış” ökəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək əzmindədir. Qeyd edək ki, azad ərazilərin quruculuq salnaməsinin ilk konsepsiyası olan “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı nəzərdə tutulan tədbirlər plan üzrə tam şəkildə icra olunmaqdadır. Ötən dövr ərzində azad edilmiş ərazilərdə, şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların yenidən qurulması, yaşayış evlərinin  tikintisi, həmçinin iqtisadi fəaliyyət sahələri üzrə çoxsaylı layihələr yüksək səviyyədə yerinə yetirilib. 

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sərmayə qoyuluşları ölkə üzrə investisiya portfelində xüsusi üstün yer tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonrakı yerləri tutub. Bu rayonlarda 2021-2024-cü illərdə kapital qoyuluşlarının həcmi təxminən 20 milyard manata yaxın olub.

140 min insanın köçürülməsi planlaşdırılır...

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır.

İkinci Dövlət Proqramı isə Böyük Qayıdışın daha geniş miqyas almasını, insanların öz doğma yurdlarına geridönüşünün, məşğulluğunun, sosial rifahının yeni mərhələyə daxil olmasını təmin edəcək. Yeni proqram çərçivəsində ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun böyük inkişaf məkanına çevrilməsi daha geniş miqyasda öz həllini tapacaq.

MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 İyun 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri