Icma.az
close
up
RU
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq AÇIQLAMA

Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq AÇIQLAMA

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bunu Ölkə.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramının təsdiqlənməsini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanın dağ-mədən sənayesinin əsas potensialının formalaşdığı Qarabağ və Şərqi Zəngəzurun uzun müddət erməni işğalı altında qalması həm bu istiqamətdə Azərbaycanın sərvətinin talanmasına yol açıb, həm də ölkəmizin bu resurslardan uzun müddət istifadəsinə mane olub:

“İşğal altında olduğu üçün nə bu sahədə araşdırmalar aparıla bilib, nə də bu resursların iqtisadiyyata, iqtisadi dövriyyəyə cəlb edilməsi mümkün olub”.

Ekspert vurğulayıb ki, yaxın 3 ildə bu sahəyə 5,3 milyard manat vəsait yatırılacaq, bunun 1,1 milyard manatı dövlət büdcəsi, qalan hissəsi isə dövlət müəssisələri və özəl sektordan cəlb edilmiş kreditlər və borc vəsaitləri hesabına olacaq:

“Yəni, dövlət 3 il ərzində təqribən 15-20 min kvadrat kilometrlik ərazidə axtarış-tədqiqat,  istismar işləri həyata keçirəcək, yeni müəssisələrin qurulması baş verəcək, minlərlə davamlı, dayanıqlı və yüksək əmək haqqı ilə iş yerləri açılacaq. Proqram uğurla nəticələndiyi təqdirdə, ixracın bu istiqamətdə 2.6 dəfə artacağı gözlənilir”.

X.Kərimlinin fikrincə, bu, qeyri-neft ixracının artırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək:

“Ölkəyə alternativ valyuta daxil olması kanalı genişlənəcək. Hazırda bu, bir neçə qızıl və alüminium müəssisələrinin ixracından formalaşır. Həm qızıl, həm qeyri-qızıl - mis, gümüş yataqlarının istismara verilməsi dövlətin qeyri-neft ixracı sahəsində imkanlarını genişləndirəcək və davamlılığı, dayanıqlı iş yerlərini təmin etməklə, büdcə-vergi ödənişlərini artırmaqla, həm də əhalinin rifahının yaxşılaşmasına müsbət töhfə verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 23-də “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməli, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.

Könül

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri