Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Dövlət Proqramı: Bakı və Abşeronun su idarəetməsində yeni dövr ŞƏRH

Dövlət Proqramı: Bakı və Abşeronun su idarəetməsində yeni dövr ŞƏRH

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq üçüncü onillikdir ki, dinamik inkişaf tempinə malik olan Azərbaycan Respublikasının iqtisadi yüksəlişinin əsasında duran mühüm faktorlardan, əsas sosial tərəqqi istiqamətlərindən biri də çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev, paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafını maksimum diqqətdə saxlayır. Ötən 22 ildə qəbul və icra olunan regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) çərçivəsində çoxsaylı əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsi bunun sübutudur. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.

Bu dövlət proqramlarından ilk ikisinin tamamilə icra edilməsindən sonra, 2014-cü ildə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev infrastruktur layihələrinin icrasının prioritet məsələ olduğunu bildirərək deyirdi: “Son on ildə infrastruktur layihələrinin icrası prioritet məsələ idi. Çünki biz yaxşı başa düşürdük ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır. Xüsusilə, ölkəmizin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atılmışdır”. Bu il yanvarın 8-də “Xızı-Abşeron” Külək Elelktrik Stansiyasının açılış mərasimində və yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi, görülmüş tədbirlər nəticəsində ölkəmizin generasiya gücləri hazırda təqribən 10 min meqavata yaxındır və “yaşıl enerji” siyasəti bu sahədə aşkar prioritet istiqamətdir.

Qeyd edək ki, uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.

Ölkəmizdə həyata keçirilən bütün inkişaf proqramları çərçivəsində Bakı və Bakıətrafı qəsəbələr, regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz təchizatının yaxşılaşdırılması, nəqliyyat, su, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılıb, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bu baxımdan ötən illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üç dəfə xüsusi proqram qəbul olunub: “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı (2006-2007)” və 2011-2013-cü və 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı.

Beləliklə, çoxsaylı infrastruktur layihələri və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində bütövlükdə ölkəmizin iqtisadi inkişafı üçün güclü baza formalaşdırmışdır. Belə ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır və bu proses sürətlə davam etdirilir – elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır və s.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 22 iyul 2022-ci ildə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın verilməsi yuxarıda qeyd olunan ayrı-ayrı dövlət proqramları əsasında regionların, paytaxt Bakı şəhəri və ətraf yaşayış məntəqələrinin inkişafının yüksək səviyyədə həyata keçirilməsinin məntiqi nəticəsi oldu. Sərəncamda qeyd edilir: “Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir. Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir”.

Azərbaycannın yeni qlobal reallıqlar və transformasiya dövründə həyata keçirdiyi ərazi bütövlüyünün bərpası prosesindən əvvəlki, yəni torpaqlarımızın düşmən işğalı altında olduğu dövr ölkəmiz üçün çox ağır mərhələ olmuşdur. Belə ki, işğal altında olan ərazilərdəki faşist xunta rejimi ölkəmizin təbii resurslarından da Azərbaycana qarşı silah kimi istifadə etmişdir. Bir tərəfdən həmin ərazilərdəki təbii sərvətlərimiz qanunsuz yolla vəhşicəsinə istismar edilirdi, digər tərəfdən “Sərsəng” və “Suqovuşan” su anbarlarının qeyri-adekvat istifadə edilməsi, Azərbaycanın işğal altında olmayan ətraf ərazilərinin su altında qalması üçün qəsdən daşqınların törədilməsi, kənd təsərrüfatı sahələrinə məqsədli zərər vurulması, yaşayış məntəqələrinə dağıdıcı təhlükə mənbəyi kimi hədə vasitəsinə çevrilməsi cəmi beş il bundan əvvəlki 30 illik işğal mərhələsinin acı reallığı idi. Hazırda isə, başdan-başa bərpa, quruculuq və abadlıq meydanına çevrilmiş Qarabağda və Şərqi Zəngəzurda ən müxtəlif infrastruktur layihələri sürətlə və uğurla icra edilir. Bir neçə il bundən əvvəl düşmənin əlində “ekoloji silah” vasitəsinə çevrilmiş Laçın rayonundakı “Zabuxçay”, Tərtər rayonundakı “Suqovuşan”, Ağdərə rayonundakı “Sərsəng”, Ağdam rayonundakı “Xaçınçay”, Füzuli rayonundakı “Köndələnçay” su anbarları yenidən qurulub, Laçın rayonundakı “Həkəriçay”, Qubadlı rayonundakı “Bərgüşadçay” su anbarlarının tikinitisinə hazırlıq işləri aparılır.

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 12 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” da ölkə paytaxtının yerləşdiyi yarımadada mövcud problemlərin tam həllinə istiqamətlənib. Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək Dövlət Proqramının icrası 10 il ərzində icra ediləcək. Doğrudur, əvvəlki dövlət proqramlarının və ayrı-ayrı infrastruktur layihələrinin icrası Azərbaycanda içməli su və su ilə bağlı digər probemlərin həllinə mühüm töhfə verib. Lakin nəzərə alsaq ki, Bakı şəhəri sənaye, sosial-iqtisadi və demoqrafik baxımdan sürətlə inkişaf edir, böyüyür, onun dünya miqyaslı bir çox tədbirlərin mütəmadi şəkildə keçirildiyi mərkəz kimi beynəlxalq əhəmiyyəti artır, deməli, müvafiq sahədə də paytaxtın inkişafının qarşıya çıxardığı tələblərə uyğun tərəqqiyə nail olunmalıdır.

Yanvarın 12-də “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na həsr olunan müşavirədə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr bu mühüm Dövlət Proqramının icrasının ölkəmizin qarşıdakı inkişaf mərhələsində çox ciddi nəticələrlə yadda qalacağına əminlik yaradır. İlk növbədə böyük, genişmiqyaslı infrastruktur layihələri kimi 30-a yaxın yeni su anbarları inşa ediləcək, 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq. Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun və daha 64 yaşayış məntəqəsinin su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Nəzərə alsaq ki, hazırda əhalinin 70 faizi fasiləsiz içməli su ilə təmin olunur, proqramın icrası nəticəsində bu rəqəm 95 faizə çatacaq, tam sayğaclaşdırma təmin ediləcək, hazırda su verilişi sahəsində 40-45 faizlik həcmə malik göstərici kəskin şəkildə azaldılacaq. Digər tərəfdən, kanalizasiya xidməti əhalinin 95 faizini əhatə edəcək – hazırda bu xidmət əhalinin yarısını əhatə edir. İlin yağıtılı fəsillərində paytaxt əhalisini narahat edən yağış sularının idarə olunması probleminin həlli üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq. Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün dənizə buraxılan tullantı sularının tam həcmdə təmizlənməsinə nail olunacaq, bunun üçün Hövsan sutəmizləyici stansiyası modernləşdiriləcək və potensialı genişləndiriləcək. Eyni zamanda, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması nəticəsində əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin edilməsinə, həmçinin, suvarma üçün də böyük mənbənin yaranmasına nail olunacaq. Yeri gəlmişkən, bu il yanvarın 8-də açılış mərasimi keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının investoru olan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də icra edəcəkdir. Ən nəhayət, müasir texnoloji inkişafın əsas şərti kimi, su sektorunda rəqəmsal idarəetmə sistemi tətbiq ediləcəkdir.

Göründüyü kimi, Dövlət Proqramı konkret detallarla birlikdə çox genişdir və onun icrası nəzərdə tutulan sahədə, sözün həqiqi mənasında, ölkəmizin sosial-iqtisadi inkişafında misilisiz əhəmiyyətə malik olacaqdır. Sənədin icrası ilə bağlı siyasi iradəyə gəldikdə, Azərbaycan cəmiyyəti bu il yanvarın 5-də yerli telekanallara verdiyi müsahibəsində Prezident İlham Əliyevin: “Biz heç vaxt populizmlə məşğul olmamışdıq, heç vaxt həlli mümkün olmayan vədlər verməmişdik”, – sözlərinin 22 ildir ki, dövlət siyasətinin hər sahəsində əsas zəmanət olduğunu bilir. Lakin görüləcək işlərin həcmi o qədər geniş, əhəmiyyəti o qədər böyükdür ki, Dövlət Proqramının icrasının ölkəmizin beynəlxalq imicinə də müsbət təsir göstərəcəyi şübhəsizdir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Yanvar 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri