Icma.az
close
up
RU
Yeni dövrdə jurnalistikanın vəzifəsi: “Jurnalistin qarşısında artıq bloqçu da var, süni intellekt də”… AÇIQLAMA

Yeni dövrdə jurnalistikanın vəzifəsi: “Jurnalistin qarşısında artıq bloqçu da var, süni intellekt də”… AÇIQLAMA

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Yeni dövrdə jurnalistika sadəcə xəbər ötürmək deyil, həm də məlumatı düzgün təqdim etmək, kontekstlə izah etmək və ictimai məsuliyyət hissi ilə yanaşmaq tələb edir. İndi jurnalist olmaq bəzən bir peşədən çox bir mövqe, bir vəzifə, hətta cəmiyyət qarşısında öhdəlik daşımaq anlamına gəlir. İnformasiya bolluğunda hər kəs “birinci” olmağa can atır. Ancaq artıq ilk sıralarda olmaq kifayət deyil. Mühüm olan dəqiq və məsuliyyətli olmaq, habelə cəmiyyətin etibarını qazanmaqdır”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Teleqraf İnformasiya Agentliyinin redaktoru, təhlilçi-jurnalist Ceyhun Alışlı yeni dövrdə jurnalistlərin qarşısında duran vəzifələr barədə danışarkən deyib.

Jurnalistin sözlərinə görə, sosial media kanallarının, bloqların və süni intellekt əsaslı xəbər istehsalı alətlərinin sürətlə yayıldığı müasir informasiya mühitində jurnalist sadəcə məlumat ötürücüsü deyil, həm də cəmiyyətdən bir addım öndə olan, daha bilikli, məsuliyyətli və prinsipial mövqe sərgiləyən şəxs olmalıdır:

“Müasir jurnalistikanın dəyəri təkcə xəbər verməkdə deyil, həmin xəbərin kontekstini izah etmək və onun mənasını oxucuya aydın şəkildə təqdim etməkdədir. Bu gün istənilən sosial media istifadəçisi xəbər yayımlaya bilər. Amma xəbəri anlamlı etmək, onun ictimai əhəmiyyətini göstərmək, cəmiyyətə doğru mesaj çatdırmaq yalnız peşəkar jurnalistin işidir. Texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə jurnalist əmək sərf etməli, araşdırmalı, təhlil etməli, məsuliyyətlə davranmalıdır. Süni intellekt artıq xəbər yazır, bloqçu gündəmin axarını dəyişir. Belə bir vaxtda müasir jurnalistikanın əsas rolu aydınlıq gətirmək, izah etmək və yol göstərməkdir. Bugünkü oxucu sadəcə informasiya istəmir. O, daha çox mənalandırılmış informasiya, təhlil, kontekst, arxa plan istəyir. Sadəcə “nə baş verdi” sualına yox, “niyə belə oldu” və “nə ola bilər” suallarına cavab axtarır. Bu gün demək olar ki, informasiyanı hamı yayır. Amma onu dəyərləndirən jurnalistdir. Empatiya qura bilən, insanı düşünməyə vadar edən və cəmiyyətlə ünsiyyət yaradan məhz odur. Bu gün jurnalist təkcə xəbər yayan şəxs yox, həm də emosional bağ yaradan, ictimai proseslərə ayna tutan və eyni zamanda etik məsuliyyət daşıyan bir tərəfdir. Bu gün istifadəsindən bəhrələndiyimiz yeni texnoloji dalğa jurnalistika üçün həm fürsətdir, həm də çağırış. Süni intellekt sistemləri artıq tərcümə, xəbər redaktəsi və hətta məqalə yazılması sahələrində istifadə olunur. Qeyri-peşəkar sosial media istifadəçiləri isə istənilən xəbəri istənilən şəkildə təqdim edə bilirlər. Bu gün informasiya bazarında jurnalistin rəqibi təkcə başqa jurnalist deyil. Onun qarşısında həm bloqçular var, həm də ChatGPT-lər, süni intellekt sistemləri. Belə şəraitdə onun yeganə üstünlüyü prinsiplərə sadiq qalmaq, cəmiyyətin güvənini qazanmaq və etik davranmaqdır”.


Ceyhun Alışlı vurğulayıb ki, jurnalistlər özlərini daim yeniləməli, texnologiyanı bilməli, amma eyni zamanda onun alətinə çevrilməməlidirlər:

“Yeni informasiya dövründə fərqlənmək üçün jurnalistin sahib olduğu tək dayaq etik dəyərlərə sadiqlikdir. Qeyri-jurnalistlər istədiklərini yaza bilər, bloqçular senzurasız fikir bildirə bilərlər. Ancaq peşəkar jurnalist müəyyən məsuliyyət daşıyır. Yəni əvvəlcə o, mənbəni yoxlamalıdır, tərəfləri dinləməlidir, təhrif etməməlidir, şəxsi fikrini fakt kimi təqdim etməməlidir.

Çünki cəmiyyətin jurnalistdən gözləntisi fərqlidir. Düşünürəm ki, oxucular cəmiyyətimizdə əsl jurnalisti doğru bilən, doğru yazan və bu doğrunu məsuliyyətlə paylaşan bir şəxs kimi qəbul edirlər. Jurnalist səhv edə bilər, amma yalan danışmamalıdır. Bu mənada, peşəkar jurnalistikanı qeyri-peşəkar informasiyadan fərqləndirən əsas cəhət məsuliyyət hissi, etik qaydalara sadiqlik və ictimai marağı şəxsi maraqlardan üstün tutmaqdır.

Sürətlə dəyişən bu informasiya çağında jurnalist yalnız zamanla deyil, həm də texnologiya, kütlə, emosiyalar və gözləntilərlə yarışır. Bu yarışda qalib gəlmək üçün onun əsas silahı nə təkcə informasiya sürəti, nə də texniki bilikdir. Məncə, əsas üstünlüyü peşəsinin prinsiplərə sadiq qalmağıdır.

Jurnalistika bu gün cəmiyyətin “dördüncü hakimiyyəti” olmaqla yanaşı, onun vicdanı, düşüncəsi və sosial refleksidir. Bu yük ağırdır. Amma peşəkarlıq, məsuliyyət və etikaya sadiqlik olduğu müddətcə, jurnalist bu yükü şərəflə daşıya bilər.

Müasir Azərbaycan jurnalistikası da bu çağırışlar fonunda mühüm inkişaf mərhələsindən keçir. Xüsusilə son illərdə medianın institusional formalaşması, peşəkar jurnalistlərin dəstəklənməsi və media sahəsində islahatların həyata keçirilməsi bu sahəyə olan dövlət qayğısının bariz ifadəsidir.

Medianın İnkişafı Agentliyi kimi qurumların fəaliyyəti, media savadlılığına dair təşəbbüslər, rəqəmsal transformasiya prosesində jurnalistlərin hazırlıq səviyyəsinin artırılması müasir jurnalistikanın dayanıqlı inkişafına yönəlib. Bu gün ölkəmizdə jurnalistlər təkcə informasiya daşıyıcısı deyil, dövlət və cəmiyyət arasında körpü, ictimai maraqların müdafiəçisi, doğru və etibarlı məlumatın təmsilçiləridirlər. Bu etimadı qorumaq, onu gələcək nəsillərə ötürmək üçün isə jurnalistika yalnız texnologiya ilə deyil, vicdanla da inkişaf etməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri