Icma.az
close
up
RU
Yeni dünya nizamında Azərbaycan: İlham Əliyevin liderliyi ilə sülh və strateji tərəfdaşlıq erası

Yeni dünya nizamında Azərbaycan: İlham Əliyevin liderliyi ilə sülh və strateji tərəfdaşlıq erası

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dünya nizamı dəyişir. Burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir.”  Bu fikirləri Prezident İlham Əliyev ilin əvvəlində yerli TV kanallara müsahibəsi zamanı səsləndirmişdi. 

Tarixdə əvvələ qayıtsaq, Prezident 2024-cü ilin sonlarında bir müsahibəsində ölkəmizə qarşı olan təzyiqlərdən, hədələrdən, qarayaxma kampaniyalarından danışır. Sonda isə vurğulayır ki, biz ümidliyik ki, yanvar ayından hər şey dəyişəcək. Bu, məhz, yanvarın 20-də ABŞ-da dəyişəcək administrasiyanın tarixinə işarə idi. Bu, ölkə başçımızın böyük uzaqgörənlik ilə hədəflədiyi məqsədləri bir mesajla Azərbaycan ictimaiyyətinə çatdırması idi. Prezidentin ABŞ-la bağlı tam 9 ay əvvəl səsləndirdiyi “ümidlər var, ümidlər böyükdür” ifadələri bugün həmin ümidlərin reallaşması ilə nəticələndi. 

Yanvarın 7-də Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir daha bu mövzunu şərh edir. Prezident açıq şəkildə bildirir ki, Donald Trampın birinci prezidentlik dönəmində ABŞ–Azərbaycan münasibətləri problemsiz və məhsuldar olub, əlaqələrdə irəliləyiş enerji, təhlükəsizlik və regional əməkdaşlıq kimi sahələrdə özünü göstərib. Prezident müsahibədə əgər hər iki tərəf maraqlı olsa, ABŞ–Azərbaycan münasibətlərinin strateji səviyyəyə qaldırıla biləcəyini bildirmişdi. 

Co Baydenin prezidentliyi dövründə Azərbaycan Ermənistan prizmasından qiymətləndirilib və bunun nəticəsində əvvəlki müsbət nəticələr kölgədə qalıb. Bayden-Blinken administrasiyası nankorcasına Azərbaycanın Əfqanıstanda ABŞ missiyasına verdiyi dəstəyi, hərbi kontingent göndərilməsini və logistika dəstəyini unutmuş, “Azadlığı Müdafiə Aktına” 907-ci düzəlişi yenidən tətbiq etmişdi. Bütün bunlar soyuq münasibətin və ədalətsiz yanaşmanın nəticəsi idi. Bu gün isə Prezident Trampın ABŞ hökumətinin Azərbaycana birbaşa yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı dövlət başçımıza, Azərbaycan xalqına qarşı bir jesti idi.

Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra ölkəmizlə münasibətlərin inkişafı üçün yeni qapılar açıldı. Hazırda isə ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Məhsuldar və “qarşılıqlı fayda” prinsipinə əsaslanan əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəlilədi. Cümə günü Ağ Evdə imzalanan“ Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur.

Vaşinqton səfərinin ikitərəfli münasibətlərin inkişafından başqa, digər mühüm uğuru Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması oldu. Sülhün təşəbbüskarı və sülh müqaviləsinin müəllifi olan Prezident İlham Əliyevin prosesin əvvəlindən bəri diktə etdiyi və irəli sürdüyü müqavilənin qalan iki şərti də qəbul olundu. Müqavilə mətni sabah ictimaiyyətlə bölüşüləcək. Bununla da, ATƏT-in Minsk qrupu tarixə qovuşur. Bundan sonra isə, qısa zamanda reallaşacaq Ermənistan Konstitusiyasında müvafiq dəyişikliyin edilməsi qalır. Bu dəyişiklikdən sonra isə Sülh müqaviləsi imzalanacaq. 

Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi açılacaqdır, açılmalıdır” diktəsi də reallaşır. ABŞ Zəngəzur dəhlizinin fəaliyyətinin zəmanətində rol oynayacaq. Bu, Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcıdır. Cənab Trampın şəxsən bu rolu öz üzərinə götürməsi, Vaşinqtonun təhlükəsiz və açıq nəqliyyat əlaqələrini dəstəkləməyə hazır olması, regionun sabitləşməsinə, yenigeosiyasi və geoiqtisadi reallıqların gəlməsi deməkdir. ABŞ-ın iştirakı ilə nəhəng bir layihə icra olunacaq. Təbii ki, İranın bu qərara qarşı həzmsizliyi artıq özünü biruzə versə belə, bu, prosesə təsir etməyəcək. Çünki İran tərəfinin yanaşması həmişə bundan ibarət olub ki, onun sərhədlərində ikinci bir dövlətin təmsilçiliyi olmasın. Amma İran Avropa İttifaqının “mülki” adı altında hərbi kəşfiyyat missiyasının İran-Ermənistan sərhədində də “binokullu” səyahətlərinə səsini çıxarmadı. Burdan da, anlaşılır ki, İranın ittihamları birtərəfli qaydada Azərbaycana yönəlmiş ittihamlardır və əsassızdır.

Beləliklə, ölkəmizə zəfərləri gətirən Prezident İlham Əliyev bu dəfə də regionumuza sülhü gətirdi. Azərbaycan dövlət başçımızın güclü siyasi rəhbərliyi ilə son 80 ildə tam və mütləq qələbə qazanan ölkə olaraq tarixə düşdü. Regionda 200 ildən artıq hökm sürən diplomatik balans dəyişdi. Cənubi Qafqaz üçün yeni yol xəritəsi kodları – sülh, sabitlik və rifahdır.

Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Avqust 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri