Icma.az
close
up
RU
Menu

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

Vüqar Rəhimzadə: Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə yeni yeni Zəfərlərə doğru inamla irəliləyir

Vüqar Rəhimzadə: Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə yeni yeni Zəfərlərə doğru inamla irəliləyir

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkilərinin keçirilməsi 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müəyyənləşdirdiyi siyasətin 2003-cü ildən Prezident İlham Əliyevin uğurla davam etdirməsinin təqdimatıdır. Seçkilərdə inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi” söyləyən dövlətimizin başçısı qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olduğunu təsdiqlədi. Cənab İlham Əliyevin 2003-cü ilin 15 oktyabr prezident seçkilərində qələbəsindən bizləri ayıran 22 il Azərbaycanın müstəqillik tarixinə möhtəşəm uğurlar, Zəfərlər yazdı. Ümummilli Lider 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə özü qədər inandığını bildirdi, Prezident İlham Əliyev isə ilk qələbəsindən sonra andiçmə mərasimində Ulu Öndərə bu müraciəti etdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da zənginləşdirəcək, gücləndirəcək, yeni-yeni zəfərlərə aparacağıq. Ötən 22 il hər bir vədin reallıqda öz əksini tapmasının nümayişidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, nəyi deyiriksə, onu da edirik.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 22 ildə qazandığı uğurların zirvəsində dayanır. Bu zirvədən arxada qalan illərə baxdıqda böyük qətiyyətin, fədakarlığın, böyük səylərin şahidi oluruq. Güclü Azərbaycan hər zaman əsas hədəf olub. Azərbaycan gücləndikcə əsl sahibini gözləyən torpaqlarımızın azad ediləcəyinə inam daha da artdı. Dayanıqlı iqtisadi inkişafı, güclü, qüdrətli Ordusu, beynəlxalq nüfuzu, xalqın birliyi, həmrəyliyi ilə diqqətdə olan Azərbaycan torpaqlarının azad edilməsi üçün möhkəm hüquqi baza yaradılmasına nail oldu. Ümummilli Lider Heydər Əliyevin bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi siyasət Azərbaycanın yolunu daim açıq edərək yeni-yeni hədəflərə doğru inamla irəliləməsini şərtləndirdi. Prezident İlham Əliyev həm 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində, həm də Prezident kimi jurnalistlərə ilk müsahibəsində Azərbaycanın gələcəyi üçün 1993-2003-cü illərdə möhkəm təməl yaradıldığını önə çəkərək “Sizcə Sizi asan işlər gözləyir, yoxsa çətin” sualını belə cavablandırmışdı ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıb. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaq. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin atdığı hər bir addımda dövlətin, xalqın maraqları öndə dayanır. İnsan amilinə yüksək dəyər, vətəndaş məmnunluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır. Dövlətimizin başçısının Prezident kimi fəaliyyətə başladığı ilk gündən səsləndirdiyi “Neft kapitalını insan kapitalına çevirək!” çağırışı özündə bütün məqamları ehtiva edir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə verdiyi önəm son 22 ildə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlara geniş imkanlar yaratdı. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın bütün iqtisadi çətinliklərdə uğurla çıxmasını təmin edir. Dünya bunu həm iqtisadi və maliiyə böhranın baş verdiyi, istərsə də koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi dövrdə şahidinə çevrildi. Azərbaycan COVID-19 pandemiyası dövründə onlarla ölkəyə maliyyə və hunanitar yardımlar etdi. Bu gün ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumaqla təkmil inkişaf modelini dünyaya təqdim edir. Dünyanın yeni iqtisadi və sosial çağırışlarının ölkəmizdə müzakirə edilməsi, yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın sözünə, mövqeyinə böyük önəm verilməsi dünənimiz, bugünümüz və gələcəyimiz üçün yaradılan möhkəm təməlin söykəndiyi düşünülmüş siyasətə əsaslanır. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında böyük imkanlar açır. Azərbaycanın iqtisadi və maliyyə gücünün nəticəsidir ki, son beş ildə, tarixi Zəfərimizdən sonrakı dövrdə azad edilmiş ərazilərimizdə ölçüyəgəlməz bərpa-quruculuq işləri görülüb. Azərbaycan hərb tarixində belə bir ilkə imza atdı ki, müharibə başa çatan kimi quruculuq işlərinə başladı. Prezident İlham Əliyevin 22 illik Prezidentlik dövrünün 17 ili, yəni 2003-2020-ci illər torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, Azərbaycanın postmünaqişə dövründə görəcəyi işlər üçün iqtisadiyyatını daha da inkişaf etdirmək dövrü kimi xarakterizə edilir. Azərbaycanın iqtisadi inkişafı ordu quruculuğu sahəsində uğurlu addımları təmin etdi. Silahlı Qüvvələrimiz bunun nəticəsi olaraq dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi, 2023-cü ilin sentyabrında bir sutkadan az davam edən antiterror tədbirləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu nümayiş etdirdi.

Milli Məclisin deputatı bildirib ki, 22 il zaman baxımından az olsa da görülən işlərin, qazanılan uğurların, Zəfərlərin miqyası baxımından 100 ilə bərabər bir dövrdür. Hər bir vədin arxasında real addımlar dayanır, Azərbaycan təkmil inkişaf modeli ilə hər kəsi heyrətləndirir. Çünki elə bir sahə yoxdur ki, ölkəmizin təcrübəsi nümunə göstərilməsin. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində stimulverici amildir. Malik olduğumuz enerji resurslarından səmərəli istifadə, Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası yüksək dəyərləndirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan 14 ölkəyə qaz ixrac edir. Əməkdaşlığın coğrafiyası genişlənir, yeni körpülər qurulur, dövlətlər, xalqlar arasında birləşdirici rolunu oynayan Azərbaycanın nüfuzu artır. Bugünümüzün reallıqları dünənimizə baxış, yeni dövrün hədəflərinin təqdimatıdır.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı qalibiyyətə qovuşdurdu. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın hədəflərindən bəhs edirik. Artıq Xankəndidə, Xocalıda, Şuşada, Cəbrayılda, Xocavənddə, azad edilmiş bütün şəhər və kəndlərimizdə Azərbaycan Bayrağı dalğalanır. Bu torpaqlarımız genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyaya şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezidentliyinin 20-ci ildönümü, 2023-cü ilin 15 oktyabrı Azərbaycan tarixinə qürurverici hadisəni yazdı. Həmin tarixdə Prezident İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı. Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində bildirdi ki, şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şəhidlər xiyabanından Şuşanın azad edilməsi müjdəsini çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bəyan etdi.

Millət vəkili bildirib ki, 22 ilin uğurları, Zəfərləri irəliyə daha böyük inamla addımlamağa stimul verir. Qarabağımız, Şərqi Zəngəzurumuz azadddır, dirçəlir, bu torpaqlara yeni həyat qayıdır. Qarabağın, Şərqi Zəngəzurun hava qapıları dünyaya açılıb. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları bu ərazilərimizin gələcəkdə böyük turizm, investisiyalar məkanına çevriləcəyində əhəmiyyətli rol oynayacaq. Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi gələcəyimizə böyük çağırış, yol xəritəsidir. Qazandığı uğurlarla kifayətlənməyən Azərbaycan suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyaraq müəyyənləşdirdiyi yeni hədəflərə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri hər bir hədəfə yüksək səviyyədə nail olacağımıza böyük əminlik, inam yaradır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı güclü, qüdrətli, qalib, suveren Azərbaycanla qürur duyur. Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə yeni-yeni Zəfərlərə doğru inamla irəliləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see295

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see285

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see213

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see205

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see190

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see180

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see158

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see150

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see150

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see148

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see141

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see140

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see139

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see132

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see131

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see131

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see131

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see128

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri